Zəkat borcu və dövr
Sual: Verilməmiş zəkatların dövrü necə edilər
CAVAB
Verilməmiş zəkatların dövrü deyil, birbaşa zəkatını vermək lazımdır. Amma kağız pul ilə verilmişdirsə, yanlışlıq etmişdir, ona görə də dövr edilməlidir.
Zəkat borcunun dövr yolu ilə verilməsində diqqət ediləcək xüsuslar
1- Zəkat veriləcək kasıb (və ya kasıblar) dinən kasıb olmalıdır.
2- Pulu geri verəcəyi üçün borcu da olmamalıdır.
3- Öncədən anlaşma və hiylə olmamalıdır. Dinin hökmü izah edilməli, necə yerinə yetirildiyi öyrədilməlidir.
Məsələn, beş illik zəkat borcu olan necə etməlidir?
Bunu təxmini rəqəmlərlə bir misal göstərərək açıqlayaq
Şəxsin, birinci il iki dörddə bir qızıl, ikinci il üç dörddə bir, üçüncü il yox, dördüncü il bir qızıl, beşinci il 2 qızıl borcu olsun. Bunların cəmi olan 4 tam bir dörddə bir qızıl, bir kasıba verilir. Kasıb, qızılları aldıqda zəkat işi tamam olur.
Başqa bir örnək verək: Bir şəxsin birinci il 10 qram, ikinci il 14 qram, üçüncü il yox, dördüncü il 20 qram, beşinci il 25 qram qızıl zəkat borcu olsun. Bunların cəmi olan 69 qram qızıl bir kasıba verilir. Kasıb qızılları aldıqda zəkat işi həll edilmiş olur.
Kasıb bir şəxs isə:
Deyək ki, əlimizdə sadəcə 10 qram qızıl (məsələn, bir bilərzik) var. Zəkat niyyətiylə bunu kasıba veririk. Kasıb bunu bizə hədiyyə edə və ya sata bilər. Hər iki halda da bu bilərzik təkrar bizim olur. Yenidən bunu zəkat niyyətiylə kasıba veririk. Bu yolla prosesi 7 dəfə (69 qram zəkat borcumuz olduğu üçün) təkrar edirik. Yeddinci dəfədə qızıl kasıbda qalır. Bizim zəkat borcumuz ödənmiş olur. Kasıb istərsə bilərziyi bizə təkrar hədiyyə edə və ya sata bilər. Amma hədiyyə etməyə və satmağa məcbur etmək olmaz. Çünki mal onundur, kimsə qarışa bilməz.
Kasıb iki şəxs isə:
Yuxarıdakı misalda kasıb bir şəxs deyil, iki şəxs isə birinci kasıba zəkat niyyətiylə 10 qramlıq bilərziyi verdikdən sonra kasıb bilərziyi geri hədiyyə edər və ya satar. Bilərziyə bu yolla yenidən sahib olduqdan sonra bunu ikinci kasıba eyni şəkildə verər. O, da bunu geri hədiyyə edər və ya satar. Üçüncü dəfə yenə birinci kasıba eyni şəkildə verər. Bu prosesi 69 qram tamam oluncaya qədər eyni şəkildə edər. (Öncə birinci kasıba, sonra ikinci kasıba, sonra təkrar birinci kasıba və ikinci kasıba deyə 69 qram olana qədər davam edər.)
Kasıb üç nəfərdisə:
Yuxarıda göstərilənləri sırayla birinci kasıbla, sonra ikinci kasıbla, sonra üçüncü kasıbla edər. Bu cür etməsi dövr sayını azaldar, başqa bir özəlliyi yoxdur.
Sual: Ailəliklə 10 ildir zəkatı pul şəklində veririk. Bu zəkatı dövr yoluyla necə verə bilərik?
CAVAB
Təxmini olaraq 10 ildir nə qədər zəkat vermişsə, yəni nə qədər qızıl vermişsə deyək ortalama hər il yarım qızıl verdi. On ildə 5 qızıl edər. Bu daha az və ya daha artıq da ola bilər. 5 qızıl alınıb bir kasıba verilər. Kasıb da könüllü olaraq bunu hədiyyə edərsə, keçmiş illərin dövrü edilmiş olar. Əgər beş qızıl tapılmazsa bir qızıl tapıb beş dəfə eyni kasıba verilir. Kasıb hər aldığında bunu verənə hədiyyə edər. Amma bir dəfəyə olarsa, yəni beş qızıl tapılarsa problem qalmaz. Çox zəngindirsə daha çox qızıl lazımdır.