Ana Səhifə > Sədəqə > Sədəqə ilə əlaqədar müxtəlif sual-cavablar

Sədəqə ilə əlaqədar müxtəlif sual-cavablar

Sual: Borcu olan bir kimsənin sədəqə verməsi caiz olar?
CAVAB
            Borc alınan və təcilli verilməsi lazım olan borclar isə sədəqə vermək caiz olmaz. Fəqət kreditli borcları olarsa zərəri olmaz. 
Sual:  Kreditli borclarım var. Müntəzəm ödəyirəm. Borclunun əvvəl borcunu ödəməsi lazım olduğu üçün az miqdarda da olsa sədəqə versəm olar?
CAVAB
            Bəli, qəbul olar.
Sual: Hədiyyə yoxsa sədəqə daha savabdır?
CAVAB
            Əvvəl ailənin ehtiyacı, sonra sədəqə, sonra hədiyyə.
Sual:  Sədəqə niyyəti ilə edilən pul yardımları vəkalət ilə də olar?
CAVAB
            Olar.
Sual: Sədəqə verərkən savabını Peyğəmbər əfəndimizə göndərməyə də niyyət etmək caizdirmi?
CAVAB
            Sədəqə verənin sədəqə savabını Rəsulullah əfəndimizə və bütün möminlərə göndərməyə niyyət etməsi yaxşı olar. Çünki öz savabından bir azalma olmadığı kimi hamısına da ayrı-ayrı, həmişə o qədər savab verilər. (Rədd-ül Muxtar)
Siqaret istəmək
Sual: Dilənmək haram olduğuna görə birindən bir tək siqaret və ya atəş istəmək caizdir?
CAVAB
            Caizdir. O qədər az şey dilənmək olmaz. 
Sədəqə və qürur
Sual: Bir yoldaş şəkər və vafli kimi bir hədiyyə verərkən “Tut!” deyərək uzaqdan atır. Bu, qürur əlaməti  deyilmi?
CAVAB
            Bəlkə, səmimi olduğu üçün və ya hədiyyəyə önəm vermədiyi üçün ola bilər, çünki İslam Əxlaqı kitabında, “Sədəqə verənin qürurlu görünməsi, kasıba qarşı deyildir. Verdiyi malı kiçiltməkdir. Mala qiymət vermədiyini göstərər” deyilir. Hədiyyə verən də hədiyyəsinə önəm vermədiyi üçün elə etmiş ola bilər, amma  aralarında səmimiyyət  yoxsa, elə etmək doğru deyildir.
Xeyir cəmiyyəti
Sual: Məscid üçün verilən pulu daha önəmli bir xeyir cəmiyyətinə vermək caizdir?
CAVAB
            Daha önəmli isə daha yaxşı olar. 
Heyvan bəsləmək
Sual: Evdəki pişiklərə və ya küçədəki itlərə verdiyimiz yeməklər sədəqə hökmünə girər?
CAVAB
             Əlbəttə girər. Hətta pişik, it, donuz kimi heyvanlar, evimizdəki, bağçamızdakı tapdıqları şeyləri yesələr, məsələn qurd qoyunumuzu, tülkü toyuğumuzu, qartal ev quşlarını yesə hamısı  sədəqə olar. Bir hədisi-şərif:
            “Müsəlmanın əkdiyi ağacdan yeyilən şey sədəqədir. O ağacdan oğurlananlar, vəhşi heyvanların və quşların yedikləri sədəqə olar.” (Müslim)
 



Geri qayıt