İsraf da, xəsislik də etməmək lazımdır
Sual: Çox sədəqə verənlər olur. Sədəqə vermək israf olar?
CAVAB
            Sədəqə verməkdə də israf olar. Sabit ibn Qays həzrətləri bir gündə 500 ağacının xurmalarını yığıb hamısını sədəqə verərək evi üçün xurma saxlamayanda, “Hamısını verməyin!”  ayəti-kəriməsi gəldi. Muaz ibn Cəbəl həzrətlərinin bir xurma ağacı vardı.  Xurmalarını yığıb hamısını sədəqə verib özünə bir şey saxlamayanda,  “Fəqət israf etməyin!” məalindəki ayəti-kərimə gəldi. Bir oğlan uşağı Rəsulullah əfəndimizə gəlib bəzi lazımlı şeylər istədi. Peyğəmbər əfəndimiz onların heç birinin bu gün özündə olmadığını bildirəndə uşaq köynəyini istədi. Dərhal mübarək əynindən köynəyini çıxarıb verdi. Köynəksiz qaldı. O vaxt, “Ey Həbibim, özünə qalmayacaq şəkildə paylama!” ayəti-kəriməsi gəldi.   
            Borcundan çox malı olmayan və ya uşaqları çətinliyə səbir edə bilmədiyi halda bunların ehtiyacını qarşılayacaq maldan çoxu olmayan və ya çətinliyə dözə bilmədiyi halda, özü möhtac olanın  sədəqə və borc verməsi israf olar. Bir hədisi-şərif məali:
            “Özü və ya uşaqları  möhtac ikən və ya borcu varkən verilən sədəqə qəbul olmaz. Borc ödəmək, sədəqə və hədiyyə verməkdən əvvəl gələr.”  (Buxari)
            Özü və ya uşaqları səbir edə bilməyənin sədəqə verməsi məkruh olar, hətta bəzi alimlərə görə, heç qəbul olmaz. (Təriqəti Muhammədiyyə)