Qüslün sünnətləri
Qüslün sünnətləri aşağıdakılardır...
1- Öncə əlləri yumaq.
2- Ədəb yerlərini yumaq.
3- Bütün bədəni pislikdən təmizləmək.
4- Qüsldən əvvəl dəstəmaz almaq, üzü yuyarkən qüslə niyyət etmək. Şafii məzhəbində niyyət etmək fərzdir.
5- Bütün bədəni üç dəfə ovaraq yumaq.
6- Bütün bədəni yuduqdan sonra iki ayağını yumaq.