Qüslün fərzləri
Hənəfi məzhəbində qüslün fərzləri üçdür:
1- Ağzın içini yumaqdır. Ağzın içində iynə ucu qədər islanmayan yer qalarsa, dişlərin üstü və diş oyuqları islanmazsa qüsl olmaz.
2- Burnu yumaqdır. Burnundakı quru kirin altına və ağızdakı çeynənilmiş çörəyin altına su keçməzsə, qüsl olmaz. Hanbəli məzhəbində, ağzı və burnu yumaq, dəstəmaz alarkən də, qüsldə də fərzdir.  Şafii məzhəbində də qüsl edərkən niyyət etmək fərzdir.
3-  Bədənin hər yerini yumaqdır.  Göbək içini, bığ, qaş, saqqalı və altlarındakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və ya bədənin hər hansı bir yerində su keçirməyən maddələr olarsa, [dırnaqda lak olarsa], qüsl alınmış sayılmaz.