Qüsl necə alınır?
Sünnət üzrə qüsl belə alınır:
1- Öncə, təmiz olsalar belə, iki əli və övrət yerini, bədənində nəcasət (pislik) olan yerləri yumalıdır.
2- Sonra tam bir dəstəmaz almalı, üzünü yuyarkən qüslə niyyət etməlidir. Ayaqların altında su yığılmırsa, ayaqları da yumalıdır.
3- Sonra bütün bədənə üç dəfə su tökməlidir. Öncə üç dəfə başa, sonra sağ çiyinə, sonra sol çiyinə tökməlidir. Hər töküşdə o tərəf tamam islanmalıdır. Birinci töküşdə ovmalıdır. Qüsldə bir üzvə tökülən su başqa üzvlərə axıdılarsa, ora da təmizlənir. Çünki qüsldə bütün bədən bir üzv sayılır. Dəstəmaz alarkən bir üzvə tökülən su ilə başqa üzv islanarsa, yuyulmuş sayılmaz. Qüsl tamam olunca, təkrar dəstəmaz almaq məkruhdur. Lakin qüsl alarkən dəstəmazı pozularsa, bir daha almaq lazım olar