Qüsl haqqında
 Namazın doğru olması üçün dəstəmazın və qüslün doğru olması lazımdır. Cünüb (qüslsüz) olan hər qadının və kişinin, hayzdan (aybaşı) və nifasdan (doğumdan sonra gələn qan) qurtulan qadınların, namaz vaxtının sonunda o namazı qılacaq qədər zaman qalınca, qüsl alması fərzdir. Cünüb olmaq, cima (cinsi münasibət) və ihtilam (yuxuda cünüb olmaq) ilə olar. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurur ki: “Qüsl almağa qalxan bir kimsəyə üzərindəki tük sayı qədər  [yəni lap çox] savab verilir. O qədər də günahı əfv olar. Cənnətdəki dərəcəsi yüksəlir. Qüslü üçün ona veriləcək savab dünyada olan hər şeydən daha xeyirli olar. Allahü təala mələklərə - Bu quluma baxın! Gecə ərinmədən qalxıb, mənim əmrimi düşünərək cünublükdən qüsl edir. Şahid olun ki, bu qulumun günahlarını əfv etdim və bağışladım.”
     Digər bir Hədisi-şərifdə, “Kirlənincə, tez qüsl alın! Çünki kiramən katibin mələkləri cünüb gəzəndən inciyərlər” buyurulduİmami Qazali “rahmətullahi aleyh” buyurdu ki: “Bir kimsə yuxuda mənə dedi ki, “Bir miqdar zaman cünüb qaldım. İndi üzərimə atəşdən köynək geyindirdilər. Hələ də atəş içindəyəm”. Bir Hədisi-şərifdə də, “Rəsm, it və cünüb kimsə olan evə rəhmət mələkləri girməz” buyuruldu.
    Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünüb keçirərsə, çox acı əzab görəcəkdir. Su ilə yuyunmaq mümkün olmazsa təyəmmüm etməlidir. Cünüb olan kimsələr aşağıdakıları edə bilməz:
1- Heç bir namazı qıla bilməz. 2- Qurani-Kərimə və ayətlərinə əl vura bilməz. 3- Kəbəni təvaf edə bilməz. 4- Məscid və camilərə girə bilməz.