Ana Səhifə > Qurban və nəzir > Tərviyyə gününün əhəmiyyəti

Tərviyyə gününün əhəmiyyəti

Zilhiccə ayının 8-ci gününə Tərviyə günü deyilir. O gün Hacılar Məkkədən Minaya çıxarlar. Tərviyə deyilməsinin səbəbi Hacıların o gün Zəmzəm  suyundan çox içib doymalarıdır. Tərviyə təfəkkür mənasında da istifadə edilir.
İbrahim əleyhissəlam, Zilhiccə ayının 8-ci gecəsi yuxusunda “Öz oğlunu kəsdiyi vəziyyətdə” gördü. Səhər olanda “Yuxu şeytanidirmi, Allah tərəfindəndirmi?” deyə tərviyə və təfəkkürə dalıb, o günü təfəkkürlə keçirdi. Arəfə gecəsi olduğunda ona”Əmr olunduğun şeyi yerinə gətir” buyurulanda, Allahü təala tərəfindən olduğunu başa düşdü. Bildiyi üçün o günə Bilmək mənasına gələn Arəfə, deyildi. Arəfə Zilhiccənin 9-cu günüdür. Başqa günlərə Arəfə deyilməz.
Hədisi-şəriflərdə buyuruldu ki:
     “Bir Müsəlman, Tərviyə günü (Arəfə günündən bir gün əvvəl) oruc tutarsa və günah söyləməzsə, Allahü təala onu əlbəttə Cənnətə qoyar”
     “Rəhmət qapılar 4 gecə açılır. O gecələrdə edilən dua, tövbə rədd olunmaz. Ramazan və Qurban bayramının 1-ci gecələri, Bəraət və Arəfə gecəsidir” 



Geri qayıt