Hansı heyvanlardan qurban olur
Sual: Hansı heyvanlardan qurban olur, xüsusiyyətləri nələrdir?
CAVAB
  • Yalnız davar, mal-qara və dəvədən qurban olu Davar dedikdə qoyun-keçi, mal-qara dedikdə də inək, öküz, camış, dana, düyə, buğa nəzərdə tutulur.
  • Dişi heyvandan da, erkək heyvandan da qurban olu Qoyunun erkəyi və ağı qarasından çox olanı, keçinin dişisi daha savabdır. Qiymətləri eyni isə qoyun mal-qaradan daha savabdır.
  • Yunu qırxılmış qoyunu qurban etmək və qurban üçün almaq məkruhdur.
  • Davarın 1, mal-qaranın 2, dəvənin 5 yaşını keçməsi lazımdır. 6 ayı keçən quzu, iri isə qurban olar.
  • Bir gözü görməyən, topal olub gəzə bilməyən, dişlərinin yarısı olmayan, qulağının və ya quyruğunun çoxu olmayan, bir ayağı kəsik və ya ölmək üzrə olan xəstə heyvandan qurban olmaz.
  • Əti yeyilən vəhşi heyvandan qurban olmaz. Yabanı öküz (kəl), yabanı dəvə (lama) və yabanı qoyundan da qurban olmaz. Mələzdirsə, anasına bağlıdır. Məsələn, yabanı bir qoçla, ev heyvanı olan bir qoyundan meydana gələn bala qurban edilər. Tərsinə, yəni bir erkək keçi (təkə) bir maraldan meydana gələn bala qurban edilməz. Anası ev heyvanı isə balası qurban edilə bilər.
  • Husyələri (xəyaları və s.) kiçik, hamilə, tükü tökülmüş heyvanı qurban etmək məkruhdur.
  • Burnu və ya dili kəsik, yaxud çoxu olmayan heyvandan qurban olmaz.
  • Davarda bir, mal-qarada iki məməsi kəsik isə qurban olmaz, amma balasını əmizdirirsə olar.
  • İki qulağı kəsik, biri kökündən kəsik, quyruğu kəsik, bir və ya iki qulağı yoxdursa, qurban olmaz.
  • Diz qapaqları kimi bir yeri sümüyünün başına qədər qırılan heyvandan qurban olmaz.
  • Qurbanlıq buğaya minmək və ya onunla cüt sürmək məkruhdur.
Sual: Anadan qulağı çox kiçik olan heyvanı qurban etmək olar?
CAVAB
            Bəli.
Sual: Keçi-ceyran mələzi heyvanından qurban olar?
CAVAB
            Qurban olmaz.
Sual: Quyruqsuz qoyunu qurban etmək caizdir?
CAVAB
            Quyruqsuz heyvandan qurban olmaz. Ancaq, quyruqlusu tapılmırsa, ikinci bir qövllə quyruqsuz olanı da qurban etmək caizdir.
Sual: Yabanı heyvanlardan və ya mələz olanlardan qurbanlıq olur?
CAVAB
            Yabanı qoyun, yabanı öküz (kəl) və yabanı dəvə (lama) kimi  heyvanların ətini yemək caiz isə də, qurban olmaz. Mələz isə, məsələn yabanı bir qoçla, ev heyvanı olan bir qoyundan meydana gələn bala qurban edilər. Tərsinə, yəni bir erkək keçi (təkə) ilə bir maraldan meydana gələn bala qurban edilməz, çünki hökümdə anaya etibar edilir. Anası ev heyvanı isə, balası qurban edilə bilər. (Dürr-ül-muxtar) 
İlk dəfə qurban kəsən
sual: İlk dəfə qurban kəsəcək kimsənin mütləq qoyun kəsməsi lazımdır?
CAVAB
            Xeyr, elə bir şey yoxdur.
İki yaşındakı mal-qara
Sual: 04 noyabr 2011 tarixində doğulan bir mal, bu il qurban bayramında miladi təqvimə görə iki yaşını doldurmuş olmur. Bu malı qurban olaraq kəsmək caiz olar?
CAVAB
            İki yaşına çatmayan malı qurban etmək caiz olmaz. Ancaq dini işlərdə yaşlar miladi ilə görə deyil, hicri ilə görə hesab edilir. Hicri ilə görə 13 Oktyabrda iki yaşı tamam olur. Bu Qurban bayramında yəni 15 Oktyabrda qurban edilməsində heç zərər yoxdur.