Əqiq qurbanı nədir
Sual: Əqiq qurbanı nədir?
CAVAB
Əqiq, övlad nemətinə qarşılıq Allahu təalaya şükr etmək üçün heyvan kəsmək deməkdir. Əqiq heyvanı qurbanlıq heyvan kimi olmalıdır.
Sonra da kəsə bilər. Hər zaman kəsə bilər. Qurban bayramında da kəsə bilər. Rəsulullah əfəndimizin nübuvvətdən sonra özü üçün əqiq kəsdiyi “Şira”da yazılıdır.
Əqiq qurbanı əqiqin adı olduğu üçün əqiq qurbanı deyilincə qurbanda kəsilməsi lazım deyil. Onu da qurban olaraq söylənirsə o zaman qurbanda kəsmək lazım olur. Əqiq qurbanını qurban edəcəyəm desə qurbanda kəsər.
Əqiq uşaqları bəlalardan, xəstəliklərdən qoruyur. Qiyamətdə valideynlərə ayrı bir şəfaət edərlər. Oğlan uşağı üçün iki, qız uşağı üçün bir əqiq heyvanı kəsilir. Kəsilən əqiqdən özü və varlı-kasıb hər kəs yeyə bilər, bişmiş və ya çiy olaraq varlı-kasıb hər kəsə verə bilər.
Əqiqi kəsməyib, dəyərini kasıba vermək əqiq yerinə keçməz. Əqiq dəyəri qədər din kitabı versə əqiq yerinə keçməz.
Şəfaət etsin deyə ölmüş uşaq üçün, nəvə üçün, hətta yaşlı bir şəxs özü üçün də kəsə bilər. Peyğəmbər əfəndimiz də özü üçün əqiq kəsmişdir. Bunun üçün hansı məzhəbdən olursa olsun hər kəsin əqiq kəsməsi yaxşı olar.
Nəzir, əqiq və ya ölülər üçün kəsilən qurban da elm nəşri ilə məşğul olan fonda kəsdirə bilər. Beləcə elm nəşrinə köməyimiz dəydiyi üçün fərz savabı alarıq. Elm təhsili verilən yerlərə zəkat, fitrə, nəzir, əqiq və ya sədəqə şəklində edilən yardım insanı qəzalardan, bəlalardan qoruyar. Dünyada səhhət və salamat içində bir ömür sürməyə səbəb olur. Ayrıca fərz olan elm yaymaq savabına qovuşulur.
Sual: Ölmüş olan uşaq üçün də əqiq kəsilir?
CAVAB
Kəsilsə yaxşı olar, şəfaətinə səbəb olar.
Sual: Əqiqi kəsməyib dəyərini kasıba vermək əqiq yerinə keçər?
CAVAB
Xeyr keçməz. Ancaq fərz olan elmləri nəşr edən qurumlara vermək caiz olar. Çünki əqiq müstəhəbdir, elm nəşri isə fərzdir. Fərz müstəhəbə tərcih edilir.
 Sual: Övlad nemətinə qarşılıq Allahu təalaya şükr etmək üçün kəsilən əqiq heyvanı uşaq həddi-buluğa çatdıqdan sonra da kəsilə bilər?
CAVAB
Bəli kəsilə bilər. Hətta şəfaət etsin deyə ölmüş uşaq üçün yaxud yaşlı bir şəxs özü üçün də kəsə bilər. Peyğəmbər əfəndimiz də özü üçün əqiq kəsmişdir. Bunun üçün hər kəsin kəsməsi yaxı olar.
Sual: Uşaqları bəlalardan, qəzalardan qorumaq məqsədilə oğlan uşağı üçün iki əqiq heyvanı kəsmək lazımdır. İmkanı olmayan bir dənə kəssə zərəri olmaz?
CAVAB
Kasıb olan bir dənə də kəsə bilər. Yaxud ikincisini daha sonra kəsə bilər. Yəni ikisini eyni anda kəsməsi şərt deyil.
Əqiq qurbanı
Sual: Əqiq kəsmək istəyən bir şəxs, “Allah rizası üçün əqiq qurbanı kəsəcəm” desə, qurban kəliməsini dediyi üçün qurban bayramında kəsməsi lazımdır?
CAVAB
Əqiq qurbanı əqiqin adı olduğu üçün əqiq qurbanı deyilincə qurban bayramında kəsilməsi lazım deyil. Əgər, “Allah rizası üçün əqiq heyvanını qurban edəcəm” deyilsə, o zaman qurban bayramında kəsmək lazımdır.