Bayram günü nə etməli
  Bayram günlərində bunları etmək sünnətdir:
  1. Tezdən qalxmaq
  2. Qüsl almaq
  3. Misvaq istifadə etmək
  4. Gözəl ətir sürtmək
  5. Yeni və təmiz paltar geyinmək
  6. Küsülüləri barışdırmaq
  7. Qəbirləri ziyarət etmək
  8. Üzük taxmaq
  9. Gülər üzlü olmaz
  10. Məscidə tezdən getmək
  11. Məscidə gedərkən təkbir söyləmək
  12. Möminlərə salam vermək
  13. Möminlərlə bayramlaşmaq
  14. Kasıblara sədəqə vermək
  15. Qohumları ziyarət etmək
  16. Din qardaşını ziyarət etmək
  17. Ziyarətdə hədiyə aparmaq
  18. Qonaqlara ikram etmək
  19. Çox dua və tövbə etmək
 
Bayram namazı iki rəkatdır. Camaatla qılınar. Birinci rəkatda Subhanəkə-dən sonra əllər üç dəfə qulaqlara qaldırılıb birinci və ikincisində iki yana salınır. Üçüncüsündə göbək altına bağlanır. Fatihə və zammı-surə oxunub rükü və səcdələr edilir. İkinci rəkata qalxaraq, Fatihə və zammı-surə oxunduqdan sonra iki əl yenə üç dəfə qulaqlara götürülür. Üçündə də əllər yana sarılır. Dördüncü təkbirdə əllər qaldırılmayıb rüküyə əyilinir.  Səcdələr edilib oturduqdan sonra salam verilir.