Ana Səhifə > Qurani Kərim > Tilavət səcdəsi

Tilavət səcdəsi

Sual: Səcdə ayələri hansı surələrdədir?
CAVAB
Aşağıdakı surələrdədir. Yanlarında ayət nömrələri də bildirilmişdir:
Əraf 206
Rad 15
Nəhl 49
İsra 107
Məryəm 58
Həcc 18
Furqan 60
Nəml 25
Səcdə 15
Sad 24
Fussilət 37
Nəcm 62
İnşiqaq 21
Ələq 19
Sual: Tilavət səcdəsi nədir, nə vaxt və necə edilir?
CAVAB
Asan anlaşılması üçün maddələr şəklində bildirək:
1- Tilavət, Quran oxumaq deməkdir. Səcdə ayəsi oxunduqda edilən səcdəyə tilavət səcdəsi deyilir.
2- Namaz qılmağı fərz olan bir kəs, Qurani-kərimdə olan 14 yerdəki səcdə ayəsindən birini oxusa və ya eşitsə, mənasını anlamasa belə bir səcdə etməsi vacibdir.
3- Tilavət səcdəsi etmək üçün niyyət edilir. Niyyət şərtdir. Niyyətsiz səhih olmaz. Dəstəmazlı olaraq, qibləyə qarşı ayaq üstə durub, əllərini qulaqlara qaldırmadan, Allahü əkbər deyib səcdəyə gedilir. Səcdədə üç dəfə Sübhanə rabbiyəl-əalə deyib, sonra, Allahü əkbər deyib, ayağa qalxar. Bələcə səcdəyi-tilavət tamam olur.
4- Səcdə ayəsinin səcdəsini edər. Ancaq heyzliyə və nifaslıya [doğuşdan sonrakı qan] təmizləndikdən sonra da tilavət səcdəsi lazım gəlməz.
5- Bir oturuşda bir səcdə ayəsini bir neçə dəfə oxuyan və eşidən hamısı üçün bir səcdə edər.
6- Bir oturuşda nə qədər səcdə ayəsi oxunmuşsa, o qədər tilavət səcdəsi lazımdır. Məsələn, üç səcdə ayəsi oxunarsa, üç səcdə lazımdır.
7- Namaz qılarkən, kənardan birinin oxuduğu səcdə ayəsini eşidən, namazdan sonra tilavət səcdəsi edər.
8- Namazda oxuyarsa, tez ayrıca rükü və ya bir səcdəyə gedib ayağa qalxar. Oxumasına davam edər. Səcdə ayəsini oxuduqdan iki üç ayə sonra namazda rükuya gedərsə və tilavət səcdəsinə niyyət edərsə, namazın rüku və ya səcdələri, tilavət səcdəsi yerinə keçər.
9- Səcdəyi-tilavətin qəzası təcili deyildir. Gecikərsə günah olmaz. Ancaq səbəbsiz, zərurətsiz təxir etmək tənzihən məkruhdur.
10- Səcdə ayəsini mübah vaxtda oxuyub, namaz qılmaq məkruh olan üç vaxtda tilavət səcdəsi etmək caiz deyildir. Səcdə ayəsi məkruh vaxtda oxunarsa, bu vaxtda səcdə etmək caiz deyən alimlər olduğu kimi məkruh deyən alimlər də var. Məkruh olmayan vaxta təxir edilərsə, bütün alimlərə tabe olunmuş olar. (Hindiyyə)
11- Qurani-kərim oxunan yerdə olduğu halda eşitməyən səcdə etməz.
12- Səcdə ayəsini yazan və hecalayan səcdə etməz.
13- Bir necə nəfərdən hər biri səcdə ayəsindən bir neçə kəlimə oxusalar, bunu eşidənlərə tilavət səcdəsi etmək lazım gəlməz. Çünki, səcdə ayəsini bir nəfər oxuyarsa, bunu eşidənlərin səcdə etməsi vacib olur.
Bir neçə nəfərin oxudugu kəlimələr toplanaraq, bir nəfərin bütün ayəsi oxumuş kimi sayılmaz. Çünki, Qurani-kərimi oxumaq üçün heç kim başqasının yerinə vəkil ola bilməz. (Dürr-ül-muxdar)
14- Səcdə ayəsinin tərcüməsini oxuyan və ya eşidən bunun səcdə ayəsi olduğunu anlayarsa, səcdə edər.
15- Nə etdiyini anlayacaq yaşda olan uşağın oxuması ilə, eşidənlərin səcdə etməsi lazımdır. Daha kiçik yaşda isə lazım gəlməz.
16- Ara-sıra dəli olan, dəli ikən səcdə ayəsini oxuyarsa, səcdə lazım gəlməz. Ağıllı ikən oxuyarsa lazımdır.
17- Dağdan, çöldən və bir yerdən əks edib, yansıyıb geri gələn sədanı eşidən, tutuquşudan və ya başqa quşdan eşidən səcdə etməz. İnsan səsi olması lazımdır. (Dürr-ül-müntəka)
18- Radiodan eşidilən səs hafizin səsinə bənzəyən cansız alət səsidir. Bunun üçün fonoqrafda [qromofonda, maqnitofonda, radioda, tv-də və bənzəri vasitələrdə] oxunan səcdə ayəsini eşidən tilavət səcdəsi etməz. (Məzahibi ərbəa)
Almalılı Hamdi Yazır Araf surəsinin 204-cü ayəsinin təfsirində deyir ki:
Qiraət, bir ixtiyari işdir ki, ağıllı və danışa bilən bir insanın ağzından çıxanı anlamağa ve anlatmağa yönəlmiş, məqsədyönlü səsli olaraq oxumağa deyilir. Ağıllı olmayandan və cansız varlıqlardan çıxan səslərə qiraət deyiləməyəcəyi kimi, əks-sədadan, səsin titrəməsindən meydana gələn şeyə də qiraət deyilməz. Buna görədir ki, fakihlər bir qiraətin titrəməsindən hasil olan sədaya qiraət və tilavət hökmünün şamil olunmayacağını və məsələn, tilavət səcdəsi lazım gəlməyəcəyini bəyan etmişdirlər. Bir kitabı səssiz oxumağa qiraət deyilməyəcəyi kimi, çalan, səda salan bir səsi dinləmək də qiraət deyildir, bir cingilti dinləməkdir. Quran-oxuyanın səsini əks etdirən qromofondan [maqnitofondan] və ya radiodan gələn səsə də qiraət deyilməz. Bunun kimi səslər bir qiraət deyil, bir qiraətin yansıması və əksidir. Bunlara dinləmə və susma əmrinin hökmü şamil olunmaz. (s.2361)
19- Kafirin oxuduğunu eşidən müsəlmanların səcdə etməsi vacib olur.
20- İmam Nəsəfi, Kafi kitabında buyurur ki:
Sıxıntıdan qurtulmaq üçün Allahü təalaya qəlbdən yalvararaq 14 səcdə ayəsini [əzbərdən, ayaq üstə] oxuyub hər birindən sonra həmin səcdə edəni Allahü təala o dərd və bəladan qoruyar. (Dürr-ül-muxtar, Nur-ül-izah)
Son səcdədən qalxınca, ayaq üstə əllərini uzadıb, özünün və bütün müsəlmanların dünya və dinlərinə gələn bəladan, sıxıntıdan qurtulmaları, qorunmaları üçün dua etmək lazımdır.
21- Səcdə ayəsi üç məkruh vaxtda oxunarsa, tilavət səcdəsini bu vaxtlarda etmək bir qəvlə görə caiz isə də, məkruh olmayan vaxta təxir etmək daha yaxşıdır. (Dürər, Tahtavi)


Geri qayıt