Quranda ziddiyyət ola bilməz
Ateist deyir ki:
Sual: Quranın bəzi ayələri niyə təzadlıdır?
CAVAB
Bir qarışqanı yaratmaqdan aciz birinin kainatı bir nizam içində yaradan və yaşadan bir Yaradana bu şəkildə deməsi nə qədər axmaqlıqdır. Bu nəhəng kainatı görürlər, amma bunun bir yaradanının olduğunu qəbul etmirlər. 
Allahın kəlamında ziddiyyət ola bilməz. Cənab Allah buyurur ki:
“Əgər o [Qurani-kərim] Allahdan başqası tərəfindən [gəlmiş] olsaydı, əlbəttə onda tutarsız [uyğunsuz] çox şey olardı.” [Nisə 82] 
Əshabı-kiramdan bir neçə şəxs bir ayəti-kərimələri müxtəlif cür şərh edərkən, Rəsulullah əfəndimiz gəldi və buyurdu ki: 
“Sizdən əvvəlki ümmətlər, Allahın göndərdiyi kitabı səhv şərh etdikləri üçün həlak olmuşdur. Bu Quranın bir qismi digər bir qisminə zidd deyildir. Anlaya bilmədiyiniz yerləri bilənlərdən soruşun! ” (İ. Əhməd)
Peyğəmbər əfəndimiz heç kimdən bir şey öyrənməmiş, heç yazı yazmamış ikən və keçmişdən, ətrafdakılardan xəbəri olmayan insanlar arasında olmuş ikən, Tövratda, İncildə və bütün başqa kitablarda yazılan məlumatları bildirdi. Keçmişlərin hallarından xəbər verdi. Hər dindən, hər sənətdən irəli gələnlərin hamısını dəlil və sübutlarla susdurdu. Ən böyük möcüzə olaraq Qurani-kərimi ortaya qoydu. Allahü təala Rəsuluna buyurur ki:
“Sən [Quran gəlmədən] əvvəl bir kitab oxumuş və əlinlə onu yazmış deyildin. Əgər elə olsaydı müşriklər, [Quranı başqasından öyrənib və ya əvvəlki səmavi kitablardan götürüb] deyər və [Yəhudilər də, Onun vəsfi Tövratda ümmidir, bu isə ümmi deyil, deyə] şübhəyə düşərdilər.” (Ənkəbut 48)
Qurani-kərimdə ziddiyyət yoxdur və ola da bilməz. Qurani-kərim hər cahilin asanlıqla anlayacağı bəsit bir kitab deyildir. Qurani-kərimin tərcüməsini oxuyub, ondan  hökm çıxarmağa çalışmaq çox səhv işdir.