Nurunun pak alınlardan keçməsi
     Adəm əleyhissalam yaradılınca alnına sevgili Peyğəmbərimiz Məhəmməd əleyhissalamın nuru şərifi qoyuldu. O nur alnında parıldamağa başladı. Qur’ani Kərimdə ifadə edildiyi kimi; Adəm ələyhissalamdan etibarən pak atalardan və pak analardan keçərək, cənabi Peyğəmbərimizə qədər gəldi. Bunu Allah Təala ayədə belə bildirmişdir;
     “Sən, yəni sənin nurun, ancaq səcdə edənlərdən dolaşdırılıb, sənə inqilab etmiş, çatmışdır”4
      Hədisi şərifdə; “Allah Təala insanları yaratdı. Məni insanların ən yaxşı qismindən meydana gətirdi. Sonra, bu qisimlərdən ən yaxşısını (Ərəbistanda) seçdi.Məni bunlardan meydana gətirdi. Sonra evlərdən, ailələrdən ən yaxşısını seçib, məni bunlardan meydana gətirdi. O halda, mənim ruhum və cəsədim məxluqların ən yaxşısıdır. Mənim silsiləm, əcdadım ən yaxşı insanlardır” buyurulmuşdur.
      Başqa bir hədisi şərifdə isə; “Allah Təala, hər şeyi yoxdan var etdi. Hər şey içindən insanları sevdi, qiymətləndirdi; insanlar içində də seçdiklərini Ərəbistanda yerləşdirdi. Ərəbistandakı seçilmişlər arasında da məni seçdi. Məni hər zaman insanların seçilmişləri, ən yaxşıları arasında yerləşdirdi. O halda, Ərəbistanda mənə bağlı olanları sevənlər, mənim üçün sevərlər. Onlara düşmənlik edənlər mənə düşmənlik etmiş olarlar” buyurulmuşdur. 
     Yaradılan ilk insan olan Adəm əleyhissalam, Məhəmməd əleyhissalamın zərrəsini daşıdığı üçün alnında Onun nuru parıldayırdı. Bu zərrə Həzrəti Həvvaya, ondan da Şit əleyhissalama və beləcə pak kişilərdən pak qadınlara və pak qadınlardan pak kişilərə keçdi. Məhəmməd əleyhissalamın nuru da zərrə ilə birlikdə alınlardan alınlara keçdi. Mələklər nə zaman Adəm əleyhissalamın üzünə baxsalar, alnında Məhəmməd əleyhissalamın nurunu görər və Ondan bağışlanmalarını istəyərdilər. 
     Adəm əleyhissalam vəfat edəcəyi zaman, oğlu Şit əleyhissalama dedi ki; “Oğlum! Bu alnında parıldayan nur son Peyğəmbər Məhəmməd əleyhissalamın nurudur. Bunu mö’min və əfif, pak xanımlara ver və oğluna da belə vəsiyyət et!” Məhəmməd əleyhissalama gəlincəyə qədər bütün atalar oğullarına belə vəsiyyət etdilər. Hamısı da bu vəsiyyəti yerinə yetirib, ən əsalətli və ən kibar qızlarla evləndilər. Nur, qadın-kişi pak alınlardan keçərək əsil sahibinə çatdı. Cənabi rəsulullahın babalarından birinin iki oğlu olsa, yaxud bir qəbilə iki qola ayrılsa, Peyğəmbərimiz Məhəmməd əleyhissalamın nuru ən şərəfli və ən xeyirli olan tərəfdə olardı. Hər əsirdə Onun babası olan zat, üzündəki nurdan tanınardı. Onun nurunu daşıyan seçilmiş bir soy vardı ki, hər əsirdə bu soydan olan zatın üzü çox gözəl və çox nurlu olardı. Bu nur ilə qardaşları arasında seçilir, aid olduğu qəbilə başqa qəbilələrdən daha üstün, daha şərəfli olardı.5
      Necə ki, Cənabi Peyğəmbərimiz hədisi şərifdə buyurdular ki; “Mənim babalarımın heç biri zina etmədi. Allah Təala məni ən yaxşı atalardan, pak analardangətirdi. Babalarımdan birinin iki oğlu olsaydı, mən bunların ən xeyirlisində, ən yaxşısında olardım”
       Adəm əleyhissalamdan bəri, övladdan övlada keçərək gələn bu nur Taruha, ondan oğlu İbrahim əleyhissalama, sonra oğlu İsmayıl əleyhissalama keçmişdir. Onun da alnında günəş kimi parıldayan nur övladından Adnana, ondan Mə’ada, ondan da Nizara keçmişdir. Nizar anadan olunca, atası Mə’ad oğlunun alnında nuru görüp sevinmiş, böyük bir ziyafət verərək; “Belə oğul üçün bu qədər ziyafət az şeydir” dediyi üçün oğlunun adı Nizar, yəni “az bir şey” mənasında qalmışdır. Bundan sonra da nur sıra ilə keçərək əsil sahibi olan sevgili Peyğəmbərimiz Məhəmməd əleyhissalama çatmışdır.



Məhəmməd Əleyhisəlləm
Abdullah
Əbdülmütəllib (Şeybə)
Haşım (Əmr)
Əbdümənaf  (Muğirə)
Qusayy (Zeyd)
Kilab
Mürrə
Kə`b
Lüveyy
Qalib


   Cənabi Peyğəmbərimizin şərəfli nəsəbi Adnana qədər belədir; Cənabi Peyğəmbərimiz bir hədisi şərifdə belə buyurdu; Mən Abdullah, Əbdülmüttəlib, Haşım (Əmr), Əbdü Mənaf (Muğirə), Qusayy (Zeyd), Kilab, Mürrə, Kə’b, Lüveyy, Qalib, Fihr, Malik, Nadr, Kinanə, Huzeymə, Müdrikə (Amir) İlyas, Mudar, Nizar, Mə’ad, Adnan oğlu Məhəmmədəm. Mənsub olduğum cəmiyyət nə zaman ikiyə ayrılmış isə, Allah Təala məni şüphəsiz onların ən xeyirli olan tərəfində yerləşdirmişdir…”.[6] 
   Başqa bir hədisi şərifdə də; “Allah Təala, İbrahim oğullarından İsmayılı seçdi. İsmayıl oğullarından Kinanə oğullarını seçdi. Kinanə oğullarından Qureyşi seçdi. Qureyşdən Haşım oğullarını, Haşım oğullarından Əbdülmüttəlib oğullarını seçdi. Əbdülmüttəlib oğullarından da məni seçdi”[7] buyurmuşdur.
Fihr
Malik
Nadr
Kinanə
Huzeymə
Müdrikə (Amir)
İlyas
Mudar
Nizar
Mə’ad
Adnan


_______________________________________
[4] əş-Şüəra, 26/219
[5] Qazı İyaz, Şifayi Şərif, s. 82.
[6] İbn Sə’d, ət-Təbəqat, I, 55-56.
[7] İbn Sə’d, ət-Təbəqat, I, 20.