Feyz gəlmənin əlaməti

Hikmət əhli buyurur ki:
Böyüklərin özləri, qəbirləri, sözləri, kitabları, əşyaları feyz qaynağıdır
, hətta əllərinin toxunduğu daşdan belə qiyamətə qədər feyz yayılır. Feyz gəldiyi bu yollarla anlaşılır:
1- Feyz gəlibsə, Allahü təala onu küfrdən qoruyur.
2- Haramlardan uzaqlaşdırır.
3- Dünyadan so
yudur.
4- Böyükləri, saleh insanları sevdirir.
5- Ölümü sevdirir, ölümə qarşı həsrət duymağa başlayır.

Əgər bunlar varsa, feyz gəlir deməkdir. Feyz, insanı küfrdən qoruduğu kimi, övliyalığa qədər də apar;r. Əgər haramlardan, günahlardan soyumuruqsa, dünyaya olan tamah eynilə davam edirsə, deməli feyz ala bilmirik. Bu da iki səbəbdən olur: Bəlkə getdiğimiz şəxs nöqsandır. Getdiyimiz, görüşdüyümüz və ya qəbirdəki şəxs, bu işə əhil biri deyildir, çünki nöqsandan fayda gəlməz. Yaxud da, gələn feyzi ala bilmirik.

Gələn feyzi almağımıza əngəl də 
budur: Bəlkə bir böyük günaha davam edilirçünki günah əngəldir. O zaman, dərhal o şəxsi rədd etməməli, hər kəs qəbahəti özündə axtarmalı, bütün günahlara istiğfar etməlidir. Davamlı tövbə edilməlidir ki, bu qapı açılsın. Yağış yağır, ancaq qabda yığılmır, qab boşdur. Yağış suyu axıb gedir. Qabın dolması üçün iki əsas krana ehtiyac vardır. Biri istiğfar, biri də təvazödür, çünki su dağlardan düzənliklərə axır. Heç bir su yuxarı doğru axmaz. İstiğfar edildiyi halda bir şey hasil olmursa, oranı tərk etmək lazımdır. Feyz gəlməsi üçün şərt, saleh insanlarla birlikdə olmaqdır. Feyz gəlmənin əlaməti, günah işləməməkdir. Feyzin kəsildiyinin əlaməti isə günahlara dalmaqdır.

Allahü təala, rızasını Müsəlmanların rızasına bağlamışdır. Onlar razı olarsa, Allahü təala da razı olar. Məsələn, ana-ata övladından, əri xanımından, m
üdir məmurundan, müəllimi tələbəsindən razı olarsa, Allahü təala da, böyük şəxslər də, o kimsələrdən razı olar. Razı olmaq, məmnun olmaq deməkdir. Allahü təalaya qovuşduran ən kəsdirmə yol, insanların duasını almaqdır. Gözəl əxlaq demək, onlarla yaxşı keçinib, yaxşılıq edərək, insanların duasını almak deməkdir.

Övliyanın söhbətində qəlb rahatlayır və insanı yuxu basır.

Dinin əmr və qadağalarını anlamaq başqa şeydir, öyrənmək başqa şeydir. Məsələn, qul haqqını öyrənən kimsə, mən kimin qəlbini qırdım, kimin malını aldım deyə düşünməkdən, bir an olsun ayaqlarını 
rahat uzadıb yata bilməz.

İslamiyyət, hər dərəcəsi, əxlaqı, etiqadı
 və əməli ilə yaşanan bir dindir. Hamısı bir yerdə olarsa, tam olar, yoxsa insanın dini əksik olar. Hamısına əməl olunmazsa da, mümkün qədər az qismini əldən qaçırmamağa çalışmaq lazımdır.