Övliyanın vəsfləri
Sual: Övliya necə tanınar, vəsfləri nələrdir?
CAVAB
İşləmək fərz olduğu üçün, ənbiya və övliya da işləyər. Məsələn: Adəm aleyhissəlam, əkinçiliklə məşğul olardı. Nuh aleyhissəlam dülgər, Davud aleyhissəlam dəmirçi idi. Övliyai-kiram da müxtəlif peşə sahibi idilər. Allahü-təala, “Sevdiklərimi [övliyamı] xalqın içində gizləyərəm, hər kəs tanıya bilməz” buyurur. Onları tanıyan kimsələr az da olsa vardır.
Övliyanın vəsflərindən bəziləri belə bildirilmişdir:
1- Övliyanın kəraməti olar. Qeybi yalnız övliya deyil, mələklər və hətta Peyğəmbərlər belə bilməz. Ancaq Allahü-təala, diləyərsə, hər hansı bir quluna da bildirər. Peyğəmbər əfəndimizin qeybi bildirən çox möcüzəsi vardır. Övliyanın da qeybi bildirən çox kəramətləri görülmüşdür.
2- Övliyanı görən kimsənin qəlbi ona meyl edər. Övliyanın hər sözü, hər hərəkəti İslama uyğundur. Yanında olan kimsələrin qəlblərində Allah qorxusu və Allah sevgisi hasil olar. Başqa şeylərdən soyuyar. Övliya, ölü qəlbləri dirildər. Qəlblərdəki pası təmizləyər. Onun yanında duranın günah işləmə arzusu yox olmağa başlayar.
3- Etiqadında yalnışlıq olan, övliya ola bilməz. Əməldə və etiqadda bidətin zülməti, övliyalıq nurunun qəlbə girməsinə mane olar. Qəlb, bidətlərdən təmizlənmədikcə və doğru etiqad ilə bəzənmədikcə, həqiqət günəşinin işıqları ora girə bilməz.
4- Övliya bütün pis xasiyyətlərdən uzaqdır. Yaxşı xasiyyətlərlə bəzənmişdir. Özünə zülm edəni əfv edər, inciyənə yaxşılıq və ehsan edər. Onda mal, mövqe və şöhrət hərisliyi olmaz. Təriflənməyi sevməz. Təhqir edilməkdən qorxmaz. Təvazö sahibidir. Özünü kimsədən üstün görməz. Heç kəsi təhqir etməz. Elm sahibidir, ixlasla əməl edər. Heç kəsin zərər çəkməsini istəməz. Hər kəsə mərhəmət edər, yazığı gələr. İnsanların səadəti üçün çalışar. Sözündə durar. Əmanətə riayət edər. Heç kəsə xəyanət etməz. Sui-zənn, qeybət və fitnədən qaçar. Haqlı olsa da münaqişə etməz. Bəlalara, sıxıntılara sinə gərər. Nemətlərə şükr edər. Əhlinə danışaraq iş görər. Günah işləməkdən və xüsusilə imansız getməktən çox qorxar. Çox istiğfar edər.
Qısacası, övliya ən yaxşı insan deməkdir. Muhamməd Salim həzrətlərinə, “Bir kimsənin övliya olduğu necə bilinər?” dediklərində, “Şirin dili, gözəl əxlaqı, gülər üzü, cömərdliyi, münaqişə etməməsi, üzrləri qəbul etməsi və hər kəsə mərhəmət etməsi ilə bir kimsənin vəli olduğu bilinər” buyurdu.
Əvvəllər övliya çox idi
Əvvəllər Abdulqadiri Geylani, İmamı Rabbani və Əhmədi Rüfai həzrətləri kimi mürşidi kamil olan övliyalar var idi. Övliya olduqları bəzi vəsfləri ilə bilinərdi. Belə şəxslərin vəsfləri kitablarda bildirilmişdir. Allahu təalanın sevgisinə qovuşmuş olana Övliya deyilir. Başqalarının da qovuşmalarına vasitə olana Mürşid deyilir. Mürşidi kamilin, yəni rəhbərlik edən övliyanın əlaməti, etiqadının düzgün olması və İslam əhkamına tam uymasıdır. Sözləri, hərəkətləri İslam əhkamına uyğun olmayan şəxs, havada uçsa da, rəhbər ola bilməz. Övliya ilə danışmaq və onu görmək, Allahu təalanı xatırlamağa səbəb olar. Allahu təaladan başqa hər şey qəlbə soyuq gələr. Allahu təala, “Övliyam bunlardır ki; mən xatırlanaramsa, onlar xatırlanar, onlar xatırlanınca mən xatırlanaram” buyurur. Rəsulullah əfəndimizə, övliyanın əlamətləri soruşulunca, “Onlar görüldükdə Allah xatırlanar” buyurdu. Bugün ediləcək iş, əvvəllər yazılmış, İslam alimlərinin kitablarını oxumaqdır.
Mürşidin vəsfləri
Əvvəlki mürşidlərin vəsflərindən bir neçəsi belədir:
1- Lazım olan əqaid və fiqh elmlərinə vaqif idilər. Fiqh bilməyən övliya ola bilməz.
2- Həmişə gülər üzlü olub, bir ana şəfqəti ilə tələbəni tərbiyə edərdilər.
3- Heç bir tələbənin pulunda gözü olmazdı. “Allahın övliyası, cömərdlik və gözəl əxlaq üzrə yaradılmışdır” hədisi-şərifinə uyğun vəsfdə olub, tələbələrinə əlindən gələn yardımı edərdilər.
4- Tələbələrinin sirlərini gizli tutardılar. “Seçilmişlərin qəlbləri sirlərin məzarıdır” deyilərdi.
5- “Ustada da, tələbəyə də sayğılı olun” hədisi-şərifinə görə mərhəmətli və təvazö sahibi idilər.
6- “Hər elm sahibinin üstündə daha yaxşı bilən vardır” məalındakı ayəti-kərimə gərəyincə elmləri ilə böyüklənməzdilər.
Elmi ilə məğrur olanlar, elmləri az olanlardır. Az bir şey öyrənincə hər şeyi öyrəndiklərini zənn edərlər. Çox elm sahibi olanlar isə, elmin sərhədi olmadığını və sonuna çatmaqdan aciz olduqlarını bildiklərindən təvazödən ayrılmazlar. Onsuz da alim, bilmədiklərinin bildiklərindən çox olduğunu bilən şəxsdir.
7- Bilmədikləri olarsa, “Bilmirik” deməkdən çəkinməzdilər.
Peyğəmbər əfəndimiz də bütün yaradılmışların ən üstünü olduğu halda, “Bilmirəm, Cəbrail aleyhissəlama soruşum da elə cavab verim” buyurmuşdur. Həzrəti İbni Abbas da “Bilmirəm deyə bilməyən həlak olmuşdur” buyurur.
8- Mələyani, yəni boş danışmazdılar.
9- Tələbələri də üstün kimsələr idi. Hər tələbə, Allahu təalanın sevgisi ilə və Onun sevgisinə qovuşmaq arzusu ilə yanardı. Bilmədiyi, anlamadığı bir eşq ilə çaşbaş halda idi. Yuxuları qaçar, gözyaşları dinməzdi. Keçmişdəki günahlarından utanaraq başını qaldıra bilməz, hər işində Allahdan qorxar, titrəyərdi. Allahu təalanın sevgisinə qovuşduracaq işləri etmək üçün çırpınardı. Hər işində səbr edər və əfv edər, hər keçimsizlikdə, sıxıntıda qüsuru özündə görərdi. Hər nəfəsdə Allahı düşünər, qəflət ilə yaşamaz, heç kimlə münaqişə etməzdi. Bir qəlbi incitməkdən qorxar, qəlbləri Allahu təalanın evi bilərdi. Əshabı kiramın hamısına, (radıyallahu təala anhum əcməin) deyərək yaxşı bilər, hamısının yaxşı olduğunu söyləyərdi.
10- Elmi ilə amil idilər. Yəni bildikləri ilə əməl edərdilər. Bildiyi ilə əməl etməyən, öz görüşünü din kimi ortaya atan və parçalanma edənlər pis alimlərdir. Pis alimlər Qurani-kərimdə “Kitab yüklü uzunqulağa” bənzədilmişdir. (Cümə, 5)
Bilin ki, övliyada üç əlamət olar:
Biri, görənin qəlbi, həmişə ona meylli olar.
İkinci əlaməti söhbətdən anlaşılar, hər nə desə, dinləyən sözünə qane olar.
Üçüncüsü belədir, onun bütün üzvləri, dinin ədədbləriylə, hər zaman amil olar.
Övliyanı sevənlər, ona könül verənlər, saysız nemətlərə şübhəsiz nail olar.
Bəsirəti açılar, qəfləti aradan qalxar.
Üveysilik nədir?
Sual: Üveysilik nədir?
CAVAB
Peyğəmbər əfəndimiz və ya övliyanın ruhları ilə tərbiyə edilənə üveysi deyilir. Kitablardaki məlumatlar belədir:
Övliyadan birinə üveysi olmaq üçün hər gün tənha bir yerdə iki rəkat namaz qılıb, bir Fatihə oxuyub, savablarını onun mübarək ruhuna göndərməli, bir müddət onun ruhunu düşünməli. Bir neçə gün sonra onun üveysisi olunur. (Dürr-ül-məarif)
Övliyadan birinin üveysisi olmaq üçün tənha bir yerdə iki rəkat namaz qılıb, savabını o vəlinin ruhuna göndərib ruhunu düşünərək gözləməlidir. (Məqamatı Mazhariyyə)
Üveysi olmaq üçün etiqadın düzgün olması və dinimizin əmrlərinə uyulması gərəkir. Ayrıca, çox sevmək də şərtdir. Belə bir kimsə, istədiyi vəlinin üveysisi ola bilər. Üveysi olan da, o vəli tərəfindən tərbiyə edilərək yüksələr.
İmamı Rabbani həzrətləri kimi Rasulullah əfəndimizin varislərindən birinə üveysi olan, eyni zamanda Rasulullaha da üveysi olmuş olar.
Övliyanın fərqi
Sual: Övliya da insan olduğuna görə, digər insanlardan fərqi nədir?
CAVAB
Övliya da insandır; fəqət bir vəli, övliya olmamış minlərlə Müsəlmandan üstündür. Hədisi-şərifdə buyuruldu ki: “Heç bir şey, mislinin, min qatı ola bilməz. Fəqət həqiqi mömin, [vəli qul, arifi billah] min insandan daha yaxşıdır.” [Tabərani]
Qurani kərimdə də bu möminlərin yəni övliyanın, ariflərin üstün olduğu bildirilir:
“Siz həqiqətən mömin isəniz, çox üstünsünüz.” [Ali-İmran, 139]
Övliya və mürşidi kamil
Sual: Hər övliya eyni zamanda mürşidi kamildirmi?
CAVAB
Hər mürşidi kamil övliyadır; amma hər övliya mürşidi kamil deyildir, hətta mürşid belə olmaya bilər. Mürşidi kamil, bütün işləri, İslamiyyətə uyğun olan, təsəvvüf elmində mütəxəssis Əhli sünnət alimi deməkdir. Dərin alim yəni müctəhid olmayan, mürşidi kamil ola bilməz. Başqa elmlərin mütəxəssislərinə kamil deyilməz. Mürşidi kamil, ictihad dərəcəsində yüksək alim olduğu üçün, həm elm, həm də mərifət sahibidir. Buna, “Zül-cənaheyn” deyilir. Ağılla anlaşılan məlumatlara “elm”, qəlblə anlaşılan məlumatlara “mərifət” və “irfan” deyilir.
İnsan çalışmaqla övliya ola bilər; fəqət mürşidi kamil fərqlidir. Mürşidi kamil, həm zahiri elmlərdə, həm də təsəvvüf elmində ixtisas sahibidir. Kamil və mükəmmildir, yəni həm yetişmişdir həm də başqalarını yetişdirə bilmə qabiliyyətinə sahib böyük alimdir.
Bir kimsə, kitab oxumadan övliya olabilərsə də, mürşid ola bilməz. Mürşidin, müctəhid olması və mərifətdə, “Vəlayəti xassai Muhammədiyyə” mərtəbəsində olması lazımdır. İmamı Rabbani həzrətləri buyurur ki:
“Mürşidi kamilin baxışları, qəlb xəstəliklərinə şəfa verər. Onun təvəccühü, yəni qəlbini bir kimsəyə çevirməsi, pis, çirkin xasiyyətləri insandan silər, süpürər.”
Abdulhaqı Dəhləvi həzrətləri də buyurur ki:
“Mürşidi kamillərin ən üstünləri, dörd məzhəb imamlarıdır. Bu dörd imam, İslam dininin dörd təməl dirəkləridirlər.”
Uləma və övliya
Sual: Alimlərmi daha üstündür, yoxsa təsəvvüf yolunda irəliləyən övliyamı?
CAVAB
İmamı Rabbani həzrətləri buyurur ki:
Elm öyrənən kimsə, nəfsinə uyaraq günah işləyərsə, özünə zərər edərsə də, onun elmindən faydalananlar olar. Özünü yandırarsa da, başqalarının qurtulmasına səbəb olar. Təsəvvüf yolunda irəliləməyə çalışan kimsə, özünü qurtarmaqla məşğul olar. Başqalarına faydası olmaz. Dinimiz, insanların səadətinə çalışanları, özünü qurtarmağa çalışanlardan, daha üstün tutar. Təsəvvüf yolunda irəliləyən bir kimsə, təsəvvüfdə bildirilən məqamlara qovuşar və sonra insanları dəvət etmək vəzifəsiylə şərəfləndirilərsə, İslamiyyəti bildirənlərdən, hər kəsi səadətə nail edənlərdən olar. İslam alimləri kimi üstün və qiymətli olar. Bu, Allahu təalanın elə bir nemətidir ki, dilədiyi seçilmişlərə lütf edər. Onun lütfü çox böyükdür. (1/48)
Əvvəlki mürşidlər
Sual: Əvvəllər Mürşidi kamil olan şəxslər, müridlərinin hallarından necə xəbərdar olardı?
CAVAB
Bəziləri, Həzrəti Ömərin gördüyü şəkildə, televizor ekranındakı kimi açıq şəkildə görərdilər ki, buna tayyı məkan deyilir. Bəziləri də, təvilli olaraq, yəni əlamətlərini görüb anlayardılar. Bəziləri də, heç görmədən qəlblərinə ilham olunardı.
Bidət əhli övliya ola bilməz
Sual: Övliya şəxslərin hamısı Əhli sünnət idimi? Bidət əhlindən övliya ola bilməzmi?
CAVAB\
Bidət əhli həqiqi Müsəlman deyil ki, övliya ola bilsin. Təsəvvüf böyüklərinin hamısı, Əhli sünnət idi. Bidət sahiplərindən heç biri, Allahu təalanın mərifətinə yaxınlaşa bilməmişdir. Övliyalıq nurları, bunların qəlblərinə girməmişdir. Əməldə və etiqadda olan bidətin zülməti, övliyalıq nurunun qəlbə girməsinə mane olar. Qəlb, bidət çirkinliklərindən təmizlənmədikcə və Əhli sünnət etiqadıyla bəzənmədikcə, həqiqət günəşinin işıqları ora girə bilməz. O qəlb, yəqin nuruyla aydınlana bilməz. (Mərəc-ül-bəhreyn)
Allahı xatırladan şəxs
Sual: “Bir kimsə, görülüncə və ya söhbətinə gedilincə, əgər dünya sevgisi unudulur, axirətə rəğbət artırsa, o kimsə Allah adamıdır” deyilir. Bu söz doğrudurmu?
CAVAB
Bəli, doğrudur. Bir neçə hədisi-şərif məalı belədir:
“Övliya görülüncə, Allah xatırlanar.” [İbni Macə]
“Övliya o kimsələrdir ki, onlar görülüncə, Allah xatırlanar.” [İbni Əbi Şeybə, Əbu Nuaym]
Haqq təala, “Mən xatırlanınca övliyam xatırlanar, onlar xatırlanınca, mən xatırlanaram” buyurdu. [İ. Bəğavi - Məsabih]
“Elə şəxslər var ki, Allahı xatırlamanın açarıdır. Onlar görülüncə Allah xatırlanar.” [Tabərani]
“Hər alimin söhbətinə getməyin! Ancaq bu beş şeydən çəkindirib, digər beş şeyə dəvət edən alimin söhbətinə gedin!
1- Şəkkdən, yəqinə sövq edən, [Şübhəli inancdan çəkindirib, qəti imana yönləndirən]
2- Kibirdən uzaqlaşdırıb, təvazöyə yönəldən,
3- Nifrəti, düşmənliyi buraxdırıb, xeyirə sövq edən,
4- Riyadan uzaqlaşdırıb, ixlasa çevirən,
5- Dünyadan, zöhdə [tamahkarlıqdan, tox gözlü olmağa] çağıran.” [Əsakir]
Görülüncə Allahı xatırladan şəxslərin söhbətinə getməli, belə şəxsləri sevənlərlə bərabər olmağa çalışmalı. Belə böyük şəxslər tapılmazsa, onların kitablarını oxumalı, çünki “Kitab oxumaq, söhbətin yarısıdır” buyurulmuşdur.
Övliyanı xatırlamaq
Sual: Hədis düşməni bir nəfər, “Allahu təala buyurdu ki: Mən zikr olununca Övliyam xatırlanar. Onlar zikr olununca da mən xatırlanaram” məalındakı hədis üçün, “Bu hədis, Quranın tövhid inancına tərsdir” deyir. Bir hədis, tövhid inancına tərs olarmı?
CAVAB
Sanki hədisi-şərifin tövhid inancı ilə Qurani-kərimin tövhid inancı fərqlidir kimi ayrı-seçkilik edilir. Bəzi məzhəbsizlər də, “Bu hədis Qurani-kərimin ruhuna tərsdir” deyirlər. Quranın ruhu, hədisin ruhundan fərqlidir kimi, ayrı bir yol çıxarırlar. Qurani-kərimdə, Peyğəmbərlərin yoluyla Allahu təalanın yolunu ayıranların pis halı bildirilir:
“Allah ilə rəsullarının əmrlərini bir-birindən ayırıb, ikisi arasında bir yol tutmaq istəyənlər kafirdir.” [Nisa, 150-151]
Heç bir hədisi-şərif, əlbəttə tövhid inancına tərs ola bilməz. Bu hədisi-şərifi, Əbu Nuaym və İmamı Bəğavi kimi böyük hədis alimləri bildirir. Yenə, bu mövzudakı iki hədisi-şərif məalı da belədir:
“Övliya görüldükdə, Allahu təala xatırlanar.” [İbni Macə, Hakimi Tirmizi]
“Gördüyünüz zaman sizlərə Allahı xatırladan, danışığı elminizi artıran, elmi axirəti düşünməyinizə yarayanla bərabər olun!” [Əbu Yə'lə]
Mürşidi kamil yoxdurmu?
 
Sual: “Bugün övliya, mürşid, dərgah, təriqət yoxdur. Bunun üçün dini mənada əmr sahibi yoxdur” deyilir. Bunlar doğrudurmu?
CAVAB
“Övliya, mürşidi-kamil yoxdur” demək, hətta mürşid olaraq bilinən şəxslərə, mürşid deyildir demək çox yanlışdır. Dünya övliya şəxslərdən boş deyildir. Bəlkə azdır, amma mütləq vardır. Yoxdur demək, ağıldan və ya elmdən nöqsanlıq əlamətidir. Din kitablarda birlər, üçlər, yeddilər, qırxlar, beş yüzlər kimi adlandırılan Övliya şəxslərdən bəhs edilir. Əbdal deyilən övliya hər zaman olur. İki hədisi şərif məalı belədir:
“Qırx nəfər olan əbdalların bərəkətiylə düşmənə qalib gələr, bəladan qurtularsınız.” [İ. Əsakir]
“Yer üzündə hər zaman [əbdallardan] qırx nəfər olar. Hər biri İbrahim aleyhissəlam kimi bərəkətlidir. Bunların bərəkətiylə yağış yağar.” [Tabərani]
Peyğəmbər əfəndimiz belə buyurarkən haşa o necə yalanlana bilər?
Övliya şəxsləri hər kəsin tanıması əlbəttə çətindir. Alimlərimiz, “Allahu təala, rizasını itaətdə, qəzəbini günahlarda, orta namazı beş vaxt namazda, övliyasını xalq arasında, Qədr gecəsini Ramazan ayı içində gizləmişdir” buyurur. Onsuz da mən övliyayam deyən, vəli deyildir. Övliya şəxslər özlərini gizləyər. Bunun üçün övliyanı tanımaq çətindir. Gündəmdə, “Mən övliyayam, mən mürşidəm” deyən çox olsa da bunlara etibar edilməməli.
Üçlər, yeddilər, qırxlar kimi adlandırılan Övliya şəxslər necə inkar edilər? Bir hədisi şərif:
“Hər əsrdə saleh şəxslər vardır. Bunlar 500 nəfər olub qırxı əbdaldır.” [Əbu Nuaym]
Ayrıca hər əsrdə gələn, mücəddid olan böyük alim və övliya şəxslər də vardır. Bir hədisi şərif:
“Allahu təala, hər əsrdə dinini yeniləyəcək bir mücəddid göndərər.” [Əbu Davud]
Dini bidətlərdən təmizləyən mücəddid şəxsləri inkar etmək daha pisdir. Mücəddidlərin çoxu mürşidi kamildir. Hər zaman Əhli sünnət olan, doğru bir tayfa da [bir qrup] olar. Bunların başında bir əmr sahibi, bir mürşidi kamil vardır. Bu tayfa Qiyamətə qədər davam edər. Bir hədisi-şərif məalı belədir:
“Ümmətimdən bir tayfa [qrup], Allahın əmriylə haqq üzrə hərəkət etməkdə davam edər.” [Buxari]
Haqq üzrə olub da mürşidsiz bir tayfa, bir qrup düşünülə bilməz.
Mişqatdakı, “Ümmətim arasında, doğru yolda olanlar, hər zaman olar. Onlara qarşı çıxanlar, doğru yolda olan bu kimsələrə zərər verə bilməz.” hədisi-şərifi də göstərir ki, “Övliya yoxdur, mürşidi-kamil yoxdur, əmr sahibi yoxdur” deyənlər Qiyamətə qədər davam edəcək olan doğru qrupa əsla zərər verə bilməz.
Dinimizin yayılması, əvvəllər təkkəylə, dərgahla olardı. Təkkə, dərgah yoxdur deyə, mürşid yoxdur demək axmaqlıqdır. Mürşid, bir təkkədə, dərgahda oturan şəxs deyildir.
Mürşidi kamil, bütün sözləri, bütün işləri, İslamiyətə uyğun olan, İslamiyyəti yaxşı bilən Əhli sünnət alimidir. İnsanların Allahu təalanın rizasını qazanmalarına vasitə olan şəxsdir. (İ. Əxlaqı)
Mürşidi kamilə qovuşmaq, ən böyük səadətdir. Onu axtarmaq birinci vəzifəmizdir. Həqiqi Mürşid, qiyamətə qədər mövcuddur. Xalis olan taliblərə özünü tanıdar. Düşmənlərdən, axmaqlardan gizlənər. (H. S. Vəsiqələri)
“Dünyada belə insan yoxdur” demək elmi deyil, indidir. Nəfs, kimsəyə tabe olmaq, itaət etmək istəməz. Əmir sahibi olmadan yaşamaq istəyər. “Mən kitablara uyaraq dinimi yaşayaram” deyər. Halbuki dinimizdə əmr sahibinin olması çox önəmlidir. 2-3 nəfər belə bir araya gəlsə, biri əmr sahibi təyin edilər və o əmr sahibinə tabe olunar. Əmr sahibi olmadan, başıboş dinə xidmət olmaz. Bunun üçün Həzrəti Əli də, “Mütləq bir əmr sahibi təyin edin! Əmr sahibi olmadan hərəkət etmək, şeytanla bərabər olmaqdır” buyurur.
Övliya, işlərində heç xəta etməz
Sual: İnsanları, Peyğəmbər Əfəndimizin bildirdiyi yola dəvət edən və özlərinə “Mürşidi-kamil” deyilən şəxslər, etdikləri işlərdə xəta etməzmi?
CAVAB:
Bu mövzuda, İmamı Rabbani həzrətləri Məktubat kitabında buyurur ki:
“Müsəlman olmaq üçün, dünyaya yəni haramlara qiymət verməmək lazımdır. Dünyanı xatırlamağı da qəlbindən çıxarana saleh Müsəlman deyilir. Halal olsun, mübah olsun, ma-sivanı, yəni Allahu təaladan başqa hər şeyi xatırlamağı qəlbindən çıxarmağa fəna-fillah deyilir. Buna qovuşan Müsəlmana vəli, övliya deyilir. İnsanları Müsəlman və saleh etmək üçün məşğul olan vəliyə mürşid deyilir. Övliya, hər şeyi öyrənər, bilər. Əhkamı İslamiyyəyə, dinin hökmlərinə uymaqda, dünya işlərində ağlını işlədər. Hesabını etməkdə, sənətində, ticarətində heç xəta etməz. Fəqət, ağlındakı düşüncələr, qəlbinə sirayət etməz, bulaşmaz. Dünyanı sevən, xatırlayan qəlb, xəstədir. Qəlbin təmiz olması, dünya dediyimiz şeyləri sevməkdən, xatırlamaqdan qurtulması deməkdir.”
Himmət etmək nə deməkdir?
Sual: Bəzi kitablarda din böyükləri üçün himmət etdi təbiri keçir, belə bir şey vardırmı, varsa, himmət etmək nə deməkdir?
CAVAB
Bu mövzuda Rəşəhat kitabında, Ubeydullahı Əhrar həzrətlərinin belə buyurduğu nəql edilməkdədir:
Himmət etmək, Allahu təalanın isimləri ilə münasibəti olan bir şəxsin, qəlbində yalnız bir işin edilməsini saxlaması deməkdir. Bu şeyə təvəccöh edər, qəlbinə bundan başqa heç bir şey gətirməz, yalnız, o işin edilməsini istəyər. Allahu təala da o işi yaradar. Allahu təalanın adəti belədir. Kafirlərin himmət etdikləri şeylərin də hasil olduqları görülmüşdür. Allahü təala, mənə də bu qüvvəti lütf etmişdir. Fəqət, bu məqamda ədəb lazımdır. Ədəb də, qulun özünü Haqq təalanın iradəsinə tabe etməsidir. Haqqı öz iradəsinə tabe etməməkdir. Haqq təalanın fərmanına müntəzir, hazır olmaqdır.” Xacə Muhamməd Yəhya həzrətləri də buyurdu ki:
“Tasarruf sahibləri üç növdür: Bir qismi, Allahu təalanın izni ilə, hər istədikləri zamanda, dilədikləri kimsələrin qəlbində tasarruf edərək, onu yüksək məqamlara çatdırarlar. Bəzisi, Allahu təalanın əmri olmadan tasarruf etməz. Əmr olunan kimsəyə təvəccöh edərlər. Bir qismi isə, özlərinə bir sifət, bir hal gəldiyi zaman qəlblərə tasarruf edərlər.”
İslam alimlərinin yazdıqları nəsihətdir
Sual: İslam alimləri, din böyükləri, dinin əmr və yasaqlarını, sözlə və yazı ilə bildirərək, tələbələrinə və sevənlərinə həmişə nəsihət etmişlərdirmi?
CAVAB:
Bəli həmişə nəsihət etmişlərdir. Məsələn: Muhamməd Masum həzrətləri Məktubat kitabında, sevənlərinə xitabən, nəsihət olaraq buyurur ki:
“Yazıqlar olsun, ömür keçdi, getdi. Bir xeyirli iş etmədim. Dünyanın vəfasız, yalançı olduğu, indi daha yaxşı anlaşıldı. Həyatı, xəyal oldu. Fitnələri, dərdləri bitmədi. Dost, yoldaşlar, öldülər, getdilər. Bu halları görüb də, qəflətdən oyanmır, ibrət almırıq. Peşman olmuruq. Tövbə etmirik. Qəflət davam edir, günahlarımız artır. Allahu təala, Tövbə surəsinin 127.ci ayətində məalən; “Görmürlərmi ki, hər il, bir-iki kərə, dərdlərə, bəlalara düçar olurlar. Yenə tövbə etmir, peşman olmurlar” buyurdu. Bu necə imandır? Necə Müsəlmanlıqdır? Nə kitabdan, nə sünnətdən nəsihət alınır. Nə də, başa gələn dərdlərdən, hadisələrdən ibrət alınır. Uzun illər, bərabər yaşadıqları, birlikdə gəzib dolaşdıqları, yeyib içdikləri, yatıb qalxdıqları dostlarını, yoldaşlarını düşünsünlər. Sevdiklərinin, birlikdə əyləndiklərinin, yardımçılarının nə olduqlarını görmürlərmi? Heç birindən bir şey qaldımı? Onlardan xəbər verənlər varmı? Ömürlərinin xırmanını külək apardı.
Ya Rabbi! Onların əcrindən, feyzindən bizi məhrum eyləmə! Onlardan sonra, bizi fitnələrə salma! Biz qəriblər, bir neçə günlük ömrümüzü qəflət ilə keçirməməyə cəhd edək. Dovşan yuxusu ilə yaşamayaq! Qəlblərimizi keçici, bəzəkli, saxta ləzzətlərə qapdırmayaq! Bu zəhərli şirinliklərə aldanmayaq! Allahu təalanın əmr etdiyi ibadətləri, razı olduğu yaxşı işləri edək! Nəfs və şeytanın və pis kimsələrin yalanlarına, fitnələrinə inanmayaq! Qəbir və qiyamət əzablarını düşünərək, özümüzü indidən qoruyaq! Bu qısa həyat və əsli olmayan görünüşü buraxıb, ölmədən ölməklə şərəflənək! Əslimizin heç olduğunu düşünək! Əmanət edilən zinətləri taxaraq öyünən axmaq kimsə ilə hər kəs lağ edər. Çürük, hiyləli mal satanı kimsə sevməz. Varlıq və var olana yaraşan hər şey, həqiqi var olanındır. Önü və sonu yoxluq olanın, kamalı, öz yoxluğunu anlamasıdır. Bir şəxs nöqsanını bilmək kimi, irfan olmaz!”