Etikaf
Etikaf nədir, qadınlar bunu necə edər?
Sual: Etikaf nədir? Qadınlar evdə etikafa girə bilərlərmi?
CAVAB
Ramazan ayının son on günündə gecə gündüz bir məscidə qapanıb ibadət etməyə etikaf deyilir. Ramazanı-şərifdə etikaf müəkkəd sünnətdir.
Sünnəti-müəkkədə (sünnət-i hüda) - Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bunu davamlı etmiş, nadirən tərk etmiş və tərk edənlərə bir şey deməmişdir. Müəkkəd sünnəti üzrsüz, davamlı tərk etmək məkruhdur, kiçik günah olur.
Ancaq etikaf sünnəti-kifayə olduğu üçün bir məhəllədə bir neçə adam etikafa girərsə, digərlərinin bu sünnəti yerinə yetirməsi gərəkməz. İmkanı olanlar etikafa girməlidirlər. Etikaf edən məsciddə yeyib içər və yatar. Dəstəmaz üçün çölə çıxa bilər. Bir neçə hədisi-şərif:
“Etikafda olan günahlardan uzaqlaşar, hər yaxşılığı işləmiş kimi savaba qovuşar.” [İbn-i Macə]
“Bir dəvənin iki sağımı qədər etikaf edən, bir kölə azad etmiş kimi savab qazanar.” [Tənvir]
“Ramazanda on gün etikaf edən, iki dəfə [nafilə] Həcc etmiş kimi savab qazanar.” (Beyhəqı)
“Allah rizası üçün bir gün etikaf insanı Cəhənnəmdən çox uzaqlaşdırar.” [Tabərani]
Sünnət iki cürdür: Sünnət-i hüda və sünnət-i zəvaid. Məsciddə etikaf etmək, azan oxumaq, iqamət gətirmək və camaatla namaz qılmaq sünnəti-hüdadır. Bunlar İslam dininin şüarıdır. Bu ümmətə məxsusdur. (Hadiqat-ün-nədiyyə)
Rəsulullah Əfəndimiz, “Merac gecəsi beşinci göydə Osmanın surətini gördüm. Bu mərtəbəyə nə ilə çatdın dedim. Məsciddə etikaf etməklə deyə cavab verdi” buyurdu. (M. Çihar Yar-i Güzin)
Etikaf; oruc, namaz kimi nəzr edilir. “Xəstəm yaxşı olarsa, Allah rizası üçün bu qədər gün etikafa girəcəyəm” demək nəzr olur. (S. Əbədiyyə)
Etikaf kimi başlı başına ibadət olan bir şeyi nəzr edənin bunu yerinə gətirməsi lazımdır. (Dürər)
Qadınlar məsciddə etikaf etməz. Evdə isə şərtə bağlıdır. Əgər məscid olaraq istifadə etdikləri bir otaq varsa, o otaqda etikafa girə bilərlər. Yemək bişirmək, təmizlik kimi ev işlərinin heç birini etməzlər. Sadəcə ibadətlə məşğul olarlar. Dəstəmaz kimi zəruri işləri etmənin zərəri olmaz. Ramazanın son on günündə olanı sünnəti-kifayədir. Az etikaf da edilə bilər. Bir gün və ya bir neçə saat kimi... Etikafa girənin oruclu olması şərtdir. Sadəcə Şafii məzhəbində oruclu olma şərti yoxdur. Digər üç məzhəbdə oruclu olmaq şərtdir. İmkanı olan qadınların evdə etikafa girmələri, unudulmuş bir sünnəti əhya etmələri və sünnəti əhya etmə savabına qovuşmaları çox yaxşı olar.