Bayram namazı necə qılınır
Bayram namazı iki rəkatdır. Camaatla qılınar. Birinci rəkatda Subhanəkə-dən sonra əllər üç dəfə qulaqlara qaldırılıb birinci və ikincisində iki yana salınır. Üçüncüsündə göbək altına bağlanır. Fatihə və zammı-surə oxunub rükü və səcdələr edilir. İkinci rəkata qalxaraq, Fatihə və zammı-surə oxunduqdan sonra iki əl yenə üç dəfə qulaqlara götürülür. Üçündə də əllər yana sarılır. Dördüncü təkbirdə əllər qaldırılmayıb rüküyə əyilir. Səcdələr edilib oturduqdan sonra salam verilir.