Namazın Sirri
İmamı Rabbani “quddisə sirruh” “Məktubat” kitabının birinci cild, 304-cü məktubunda buyurur ki:
    Allahü təalaya həmd etdikdən və Peyğəmbərimizə “sallallahü aləyhi və səlləm” salavat gətirdikdən sonra əbədi səadətə qovuşmanıza dua edərim. Allahü təala, bir çox ayəti-kərimədə əməli-saleh işləyən möminlərin Cənnətə girəcəklərini bildirir. Bu əməli-salehlər nələrdir, yaxşı işlərin hamısı, yoxsa bir neçəsi? Əgər, yaxşı şeylərin hamısı olsa, bunları kimsə edə bilməz. Bir neçəsi isə görən hansı yaxşı işlər istənilir? Nəhayət, Allahü təala lütf edərək belə bildirdi ki, əməli saleh, İslamın beş rüknü, dirəyidir. İslamın bu beş təməlini bir kimsə haqqı ilə qüsursuz yerinə yetirərsə, Cəhənnəmdən qurtulması qüvvətlə ümid edilir. Çünki bunlar əslində saleh işlər olub, insanı günahlardan və çirkin şeyləri etməkdən qoruyur. Belə ki, Qurani-Kərimdə, Ankəbut surəsi 45-ci ayətində, “Qüsursuz qılınan bir namaz insanı pis, çirkin işləri işləməkdən qoruyar” buyurulur. Bir insana İslamın beş şərtini yerinə yetirmək nəsib olarsa, nemətlərin şükrünü etmiş olar. Çünki Allahü təala Nisa surəsi, 146-cı ayətində məalən, “İman edər və şükr edərsəniz, əzab etmərəm” buyurur. O halda, İslamın beş şərtini yerinə yetirməyə canı-könüldən çalışmalıdır.
    Bu beş şərtdən ən mühümü namazdır ki, dinın dirəyidir. Namazın ədəblərindən bir ədəbi tərk etməyərək qılmağa cəhd etməlidir. Namaz tam qılına bilindi isə, İslamın əsas və böyük təməli qurulmuş olar. Cəhənnəmdən qurtaran sağlam ip tutulmuş olar. Allahü təala hamımıza doğru namaz qılmağı nəsib etsin!
    Namaza durarkən “Allahü-əkbər” demək, “Allahü təalanın heç bir məxluqun ibadətinə möhtac olmadığını, hər baxımdan heç bir şeyə ehtiyacı olmadığını, insanların namazlarının ona faydası olmayacağını” bildirir. Namaz içindəki təkbirlər isə, “Allahü təalaya qarşı yaraşan bir ibadət etməyə ləyaqət və gücümüz olmadığını” göstərir. Rüküdəkı təsbehlərdə də bu məna olduğu üçün rüküdən sonra təkbir əmr olunmadı. Halbuki səcdə təsbehlərindən sonra əmr olundu. Çünki səcdə təvazö və aşağılığın ən artığı, zillət və kiçikliyin son dərəcəsi olduğundan, bunu edincə haqqı ilə tam ibadət etmiş hesab edilər. Bu düşüncədən qorunmaq üçün səcdələrdə yatıb qalxarkən, təkbir söyləmək sünnət olduğu kimi, səcdə təsbehlərində “alə” demək əmr olundu. Namaz möminin miracı olduğu üçünnamazın sonunda Peyğəmbər Əfəndimizin “sallallahü aləyhi və səlləm” mirac gecəsində söyləməklə şərəfləndiyi kəlmələri, yəni Əttəhiyyatünü oxumaq əmr olundu. O halda namaz qılan bir kimsə namazı özünə mirac etməli. Allahü təalaya yaxınlığının nəhayətini namazda axtarmalıdır.
    Peyğəmbərimiz “aləyhi və ala alihissalatü vəssəlam” buyurdu ki, “İnsanın Rəbbinə ən yaxın olduğu zaman namaz qıldığı zamandır”. Namaz qılan bir kimsə Rəbbi ilə danışmaqla, Ona yalvarmaqla, Onun böyüklüyünü, Ondan başqa hər şeyin heç olduğunu görür. Bunun üçün namazda qorxu, dəhşət, ürkmək hasil olacağından təsəlli və rahat tapması üçün namazın sonunda iki dəfə salam verməsi əmr buyuruldu.
    Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bir Hədisi-şərifdə, “Fərz namazdan sonra 33 təsbeh, 33 tahmid, 33 təkbir və bir də təhlil” əmr etmişdir. Bunun səbəbi namazdakı qüsurlar təsbeh ilə örtülür. Layiq olan tam ibadət edilə bilinmədiyi bildirilir. “Tahmid” ilə namaz qılmaqla  şərəflənmənin, Onun köməyi və nail edilməsi ilə olduğu bilinərək bu böyük nemətə şükr edilir, həmd edilir. “Təkbir” edərək də Ondan başqa ibadətə layiq kimsə olmadığı bildirilir.
    Namaz şərtlərinə və ədəblərinə uyğun olaraq qılınıb və edilən qüsurlar da beləcə örtülüb namazı nəsib etdiyinə də şükr edib, ibadətə başqa heç kəsin haqqı olmadığı qəlbindən təmiz və xalis olaraq kəlimeyi-təvhid ilə bildirilincə, bu namaz qəbul oluna bilər. Bu kimsə namaz qılanlardan və xilas olanlardan olar. Ya Rəbb! Peyğəmbərlərinin ən üstününün hörməti üçün “aləyhi və ala alihimüssaləvatü vəttəslimat” bizləri namaz qılan və qurtulan, xoşbəxt qullarından et! Amin!
 İmamı Muhamməd Masum həzrətləri “Məktubat”ın ikinci cild, on birinci məktubunda buyurur ki:
    Allahü təala insanları başı boş buraxmadı. Hər istədiklərini etməyi icazə vermədi. Nəfslərinin arzularına və təbii, heyvani zövqlərinə tabe olmalarını, beləcə fəlakətlərə düşmələrini istəmədi. Rahat və dinclik içində yaşamaları və sonsuz səadətə qovuşmaları üçün arzularından və zövqlərindən necə istifadə etməyin yollarını göstərdi, dünya və axirət səadətinə səbəb olan faydalı şeyləri etməyi əmr etdi.  Zərərli olanları etməyi qadağan etdi. Bu əmrlərə və qadağalara “Əhkamı-islamiyyə” deyilir. Dünyada rahat yaşamaq, səadətə qovuşmaq istəyən islamiyyətə uymağa məcburdur. Nəfsinin və təbiətinin islamiyyətə uymayan arzularını tərk etməsi lazımdır. İslamiyyətə tabe olmazsa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar. İslamiyyətə tabe olan qul müsəlman olsa da kafir olsa da dünyada məsud, rahat olar. Sahibi ona kömək edər. Dünya ziraət yeridir. Tarlasını əkib-becərməyib toxumlarını yeyərək zövq və səfa sürən məhsul almaqdan məhrum qalacağı kimi, dünya həyatını, keçib-gedən zövqləri, nəfsin arzularını yerinə yetirməklə də əbədi nemətlərdən, sonsuz  zövqlərdən məhrum qalar. Bu hal ağlı başında olanın qəbul edəcəyi bir şey deyildir. Sonsuz ləzzətləri əldən buraxmağa səbəb olan keçib-gedən ləzzətləri zərərli şəkildə etməyi seçməz. [Allahü təala dünya zövqlərindən, keçib-gedən ləzzətlərindən, nəfsə şirin gələn şeylərdən heç birini məhrum etmədi, qadağan etmədi. Bunları İslamiyyətə uyğun, zərərsiz olaraq istifadə etməyi icazə verdi]. İslamiyyətə tam tabe olmaq üçün əvvəla “Əhli-sünnət” alimlərinin, Əshabi-kiramdan öyrənib, Quranı-kərimdən və hədisi-şəriflərdən başa düşüb bildirdikləri “Akaid”ə (iman elmi) uyğun iman etmək, sonra haram, qadağan edilmiş olanları öyrənib bunlardan çəkinmək və edilməsi əmr olunan fərzləri öyrənib yerinə yetirmək lazımdır. Bunları etməyə “ibadət” etmək deyilir. Haramlardan çəkinməyə “Təqva” deyilir.
    Niyyət edərək əhkamı-islamiyyəyə tabe olmağa “İbadət etmək” deyilir. Allahü təalanın əmrlərinə və qadağalarına “Əhkamı-islamiyyə” və “Əhkami-ilahiyyə” deyilir. Əmr edilənlərə “Fərz”, qadağan edilənlərə “Haram” deyilir. İbadətlərin ən qiymətlisi və islam dininin təməli hər gün beş vaxt“Namaz” qılmaqdır. [Namaz qılmaq, ayaqda qibləyə qarşı Fatihə oxumaq və qibləyə qarşı əyilmək və qibləyə qarşı başı yerə qoymaq deməkdir. Bunları qibləyə qarşı etməzsə, namaz qılmaq sayılmaz.] Namaz qılan müsəlmandır. Namaz qılmayan ya müsəlmandır, ya kafirdir. Namaz qılmaqla hasil olan kurbı-ilahi [yəni Allahü təalanın sevməsi] başqa ibadətləri yerinə gətirməklə nadir hallarda nəsib olur. Hər gün beş vaxt namazı cəm-iyyət ilə [yəni dünya işlərini düşünmədən], camaat ilə, tadili-ərkan ilə, dəstəmazı diqqətlə alaraq və müstəhəb olan vaxtlarında qılmalıdır. Namaz qılarkən Allahü təala ilə qul arasındakı pərdələr qalxır. Beş vaxt namaz qılan hər gün beş dəfə yuyunub təmizlənən bir adam kimi günahlardan təmizlənir. Hər gün beş vaxt namazı doğru olaraq qılana yüz şəhid savabı verilir.
   Ticarət malının və çöldə otlayan heyvanların [tarladan, ağaclardan əldə edilən məhsulun, kağız pulun və alacağı olan borcların] zəkatlarını əmr olunan yerlərə sevə-sevə verilməlidir. Zəkatı veriən mal azalmaz. Zəkatı verilməyən mal Cəhənnəmdə atəş olar. Allahü təala çox mərhəmər edərək ehtiyacdan artıq olan mal nisab (yetərsay) miqdarı qədər olarsa, bir il sonra zəkatını verməyi əmr etdi. Canı və malı verən Odur. Malın hamısını və canı verməyi əmr etsəydi, Onun aşiqləri dərhal verərdilər.
   Ramazanı-Şərif ayında Allahü təala əmr etdiyi üçün sevə-sevə oruc tutmalıdır. Bu aclığı və susuzluğu səadət bilməlidir.
   İslamın binası beşdir. Birincisi, “Əşhədü ən-ləə-iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü və Rəsulühü” demək və bunun mənasının bilmək və inanmaqdır. Buna “Kəlimeyi-şəhadət” deyilir. Dördü də namaz, zəkat, oruc və hacdır. Bu beş əsasdan biri pozularsa, islamiyyət də pozulmuş olar. Etiqadı düzəltdikdən və islamiyyətə tabe olduqdan sonra Sofiyyəi-aliyyənin yolunda irəlləmək lazımdır. Allahü təalanın mərifəti bu yolda hasil olur və nəfsin arzularından qurtulmaq nəsib olur. Sahibini tanımayan adam necə yaşaya bilər, necə rahat ola bilər. Yəni, Allahü təaladan başqa hər şeyi unutmaq lazımdır. Özünü var bilən adam mərifətə qovuşa bilməz. “Fəna” (Allahü təaladan başqa hər çeyi unutmaq, özünü yox görmək) və “Bəqa” (Allahü təalanın sonsuz olması, heç yox olmaması) vicdanda, qəlbdə hasil olan şeylərdir. İzah etməklə başa düşülməz. Mərifət nemətinə qovuşmayanın bunu daimə axtarması lazımdır. Təhqiri əmr olunan və müvəqqəti olan bir şeyin təmiri ilə məşğul olmamalıdır.