Namaz Qılmağın Bərəkəti
Saleh bir şəxsin qonşusu ticarətlə məşğul olar, işdən evə gəlincə çilingər süfrəsini quraraq hər gecə səs-küy edərdi. Saleh şəxs qonşusunun səs-küyündən narahat olduğu üçün başqa bir evə köçdü, bir neçə gün sonra da bu qonşunun vəfat etməsi ilə təkrar köhnə evinə köçdü.
 Bir gün qapı döyüldü, qapını açıb gördü ki, boyu göy üzünə qədər uzanan bir nəfər. Nə istədiyini soruşduqda, adam dedi ki:
- Beli al mənimlə gəl.
- Sən kimsən, məni hara aparırsan, mənə nə edəcəksən?
- Sus! Beli al mənimlə gəl.
 Beli götürüb bərabər gedirlər məzarlığa. Bir məzarı göstərərək “Buranı qaz” deyər adam. Mübarək şəxs göstərilən məzarı qazar. Adam “Dur” deyərək, bir kərpic çıxarmasını söyləyər və bir kərpic çıxardar. “Kərpici çıxardığın dəlikdən məzarın içinə bax” deyər, baxar ki, qonşusu Cənnətdə və üstəlik taxtda oturub, taxtı da var.
 Mübarək şəxs çaşıb qalar və bu mənim vəfat edən qonşumdur, deyər. Bu necə işdi? Yaxşı, mən harada xəta etdim? deyər.
 O şəxs də deyər ki, vəfat edən qonşun hər günahı işləyərdi, lakin namazını heç buraxmazdı və namazın arxasından da belə dua edərdi:
 Ya Rəbbi, bilirəm günahım çox, fəqət Peyğəmbərimizi (sallallahü aleyhi və səlləm), əhli beytini, aralarındakı savaşlar nə səbəblə olursa olsun Əshabı-Kiramı və onların yolunda olanları sevirəm! Onların xətrinə günahlarımı əfv et, mənə Cənnətini ehsan et deyə dua edərdi. Namazlarını və bu duanı heç tərk etməzdi. Bu xüsusiyyəti onun qurtulmasına səbəb oldu.