Namaz qılarkən Günəş çıxsa
Sual: İslam əxlaqı kitabında, “Sabah namazı qılarkən günəş doğmağa başlayarsa, bu namaz səhih olmaz. İkindini qılarkən günəş batarsa, bu namaz səhih olar” və Səadəti Əbədiyyə kitabında da, “Sabah namazı xaric, digər vaxtlarda vaxt çıxmadan Hənəfidə iftitah təkbiri alan, Malikidə və Şafidə isə bir rükət qılan namazı vaxtında qılmış olar” deyilir. Niyə üç məzhəbdə bir rükət qılmaq lazım və ya niyə sabah namazı istisna edilir? Axşam günəş batanda ikindinin vaxtı çıxmış olduğu halda bu namaz səhih olur, sabah günəş doğduğu zaman, sabahın vaxtı da çıxmış olduğuna görə niyə sabah namazı səhih olmur?
 CAVAB: Məzhəblərin hökmü belədir. Niyə elə, niyə belə deyilməz. Bu mövzu kitablarda aşağıdakı kimi bildirilir:
Öz arzusuyla namazdan çıxmaq İmamı-Azama görə fərzdir. İmameynə (iki imama görə yəni, İmam Muhamməd və İmam Yusif) görə fərz deyil vacibdir. Bir kimsə namazın sonunda təşəhhüd miqdarı oturduqdan sonra qəsdən namaza zidd bir iş etsə, məsələn: qəhqəhə ilə gülsə, danışsa, yeyib-içsə namazı səhih olar. Fəqət istəmədən dəstəmazı pozulsa, bu halda İmamı-Azama görə, dərhal dəstəmaz alıb gəlib salam verərək öz istəyi ilə namazdan çıxması lazımdır. (Haləbi)
Dəstəmazı pozacaq bir şey salam vermədən öncə hasil olarsa, üç məzhəbdə namaz pozular. Son təşəhhüdü oxumağı bitirmədən öncə olarsa, Hənəfidə də pozular. (İ. Əxlaqı)
Sabah namazına gün doğmadan öncə başlanılsa, namaz tamamlanmadan günəş doğarsa, namaz batil olar. Ancaq təşəhhüd miqdarı oturmuş olan insanın namazının bu halda batil olub-olmayacağı xüsusunda ixtilaf vardır. (Məzahibi-ərbaa)
Tərtib sahibi namaz əsnasında qılmadığı bir namazı xatırlayarsa və ya İmamı-Azama görə, sabah namazını qılarkən günəş doğarsa, yaxud Cüməni qılarkən ikindi vaxtı girərsə; bunlar təşəhhüd miqdarı oturduqdan sonra və ya səhv səcdəsi edərkən belə meydana gəlsə, o kimsənin namazı batil olar. Bu imamın arxasındakı camaatın namazları da batil olar. (Fətavai-Hindiyyə)
İmameynə görə təşəhhüd miqdarı oturduqdan sonra salli, barikləri oxuyarkən günəş doğsa o namaz səhih olar.
 Dəstəmaz alarkən və ya namaz qılarkən üzrü kəsilib sonrakı ikinci vaxtın sonuna qədər heç gəlməzsə, üzrlü olduğu zaman  aldığı dəstəmazı və namazı iadə (yenidən qılmaq) edər. Namaz bitdikdən və ya təşəhhüd miqdarı oturduqdan sonra kəsilərsə namazını iadə etməz. (S. Əbədiyyə)
 Təşəhhüd miqdarı oturduqdan sonra dəstəmazını pozarsa namazı sayılmış olur. Təşəhhüd miqdarı oturduqdan sonra dəstəmazı öz-özünə pozularsa, həmən dəstəmaz alıb vacib olan salamı verərsə, yaxud dəstəmaz almayıb namazı pozan bir şey edərsə, məsələn: salam verərsə namazı sayılmış olar. (S. Əbədiyyə)
 Namazın rüknlərini tamamladıqdan sonra (Əttəhıyyatünü oxuduqdan sonra), ayağa qalxmaq kimi öz arzusuyla namazdan çıxaran bir şey edənin namazı səhihdir. (Rədd-ül muxtar)
 Bir kimsə təşəhhüd miqdarı oturduqdan sonra qəsdən namaza zidd bir şey edərsə -istərsə dəstəmazı pozulduqdan sonra olsun- namaz sayılmış olar. Çünki fərzləri tamdır. Bəli, salam vermək vacib olduğu üçün namaz təkrarlanır. Namaza zidd hərəkəti öz istəyi ilə olmayaraq oturmadan öncə olarsa, namaz ittifaqla pozular. Oturduqdan sonra olarsa İmamı-Azama görə pozular. İmameynə görə səhihdir.(Dürr-ül muxtar)
 Sabah namazında günəşin doğması ilə, Cümə namazında ikindi vaxtının girməsi ilə, namaz içində üzürlünün üzrünün yox olması ilə, yaranın sağalıb sarğısının düşməsi ilə, nəcasətlə namaz qılanın nəcasəti aradan qaldıran şeyin təşəhhüd miqdarı oturduqdan sonra baş verməsi ilə, qəza qılan kimsənin üzərinə məkruh vaxtın girməsi ilə meydana gələn hallar İmamı Azama görə namazı pozular. İmameynə görə pozulmaz. (Dürər və gurər)
 Namazın sonunda təşəhhüd miqdarı oturub, sonra öz iradəsi ilə namazdan çıxanın namazı səhihdir.(Dürər və gurər)
 Təşəhhüd miqdarı oturduqdan sonra qəsdən qəhqəhə ilə gülərsə namazı tamdır. (Rədd-ül muxtar)
 Bir qisim insanlar gəmidə camaatla namaz qılsalar, bir qismi də gəminin xaricində (gəmidən kənarda) bu camaata uysalar, təşəhhüddən sonra salam vermədən gəmi hərəkət edərsə, gəmi xaricində imama uyanların namazı İmamı Azama görə pozular, İmameynə görə pozulmaz. Sabah namazının fərzini qılarkən Əttəhiyyatünü oxuyub salam vermədən günəş doğarsa, yenə İmamı Azama görə namaz pozular, İmameynə görə pozulmaz. (Tərgib-üs-salət)
 Məsbukun (imama birinci rükətdə çata bilməyən) imamı təşəhhüd miqdarı oturduqdan sonra qəhqəhəylə gülərsə, imamın və məsbuk olmayanların namazları tamdır. Məsbukun namazı pozular; çünki namazın rüknləri tam olmadan, pozan bir şey olmuşdur. (Rədd-ül muxtar)
 Tərtib sahibi bir kimsə namazda ikən qəza namazı olduğunu xatırlayarsa, təşəhhüd miqdarı oturmadan xatırladığı təqdirdə, namazı ittifaqla pozular. Təşəhhüd miqdarı oturub salam vermədən öncə xatırlarsa İmamı Azama görə pozular; İmameynə görə pozulmaz. (Rədd-ül muxtar)
 Nəticə: Üç imama da uya bilmək üçün, namazın rüknlərini tamamladıqdan sonra, öz iradəmizlə namazdan çıxmalıyıq. Öz iradəmiz olmadan namazdan çıxılmışsa, İmameynin fitvasına görə namaz yenə səhihdir. Malikini təqlid edənlərin öz iradələri ilə namazdan çıxmaları fərz olduğu üçün, İmamı Azamın fitvasına uymaları lazımdır.