Namaz qılanın önündən keçmək
Sual: Namaz qılanın önündən keçmək məkruh yoxsa haramdır?
CAVAB: Namaz qılanın önündən keçmək məkruhdur. Məkruh kəlməsi tək işlənəndə, əksər halda tahrimən məkruh anlaşılır. Yəni günah olur. Haram bir az daha böyük günahdır. Çöldə, böyük və ya kiçik məscidlərin hər yerində namaz qılanın önündən, yaxın olsun, uzaq olsun qadın, kişi və ya köpək keçərsə namazı heç pozulmaz. Çöldə və böyük məsciddə ayaqlar ilə səcdə yeri arasından, kiçik məsciddə və otaqda isə ayaqlar ilə qiblə divarı arasından keçən günaha girər. Qiblə divarı ilə arxa divarı arası iyirmi metrdən az olan məscid kiçik sayılır. Artırma balkon kimi yüksək şeylər üzərində qılanın önündən, aşağıdan keçən, başı namaz qılanın ayaqlarından yuxarı olarsa günaha girər. Məscidi-haram (Kəbəi-şərif) üçündə namaz qılanların önündən keçmək günah deyildir. (S. Əbədiyyə)
 Sual: Namaz qılanın önündən hansı uzaqlıqda keçilə bilər?
CAVAB: Ərazidə (çöldə) və böyük məscidlərdə səcdə edilən yer xaric hər uzaqlıqda keçilə bilər.
 Sual: Namaz qılanın önündən nə qədər məsafədə keçmək olmaz? Məsələn: düzənlikdə namaz qılanın 1 km önündən keçə bilmərik?
CAVAB: Düzənlikdə uzaqdan keçilər, fəqət səcdə yerindən keçilməz.
 Sual: Namaz qılarkən önümüzdən kimsə keçməsin deyə önümüzə yastıq qoysaq olarmı?
CAVAB: Ən az 50 sm hündürlüyündə bir şey qoyulmalıdır. Məsələn: stul qoymaq yaxşı olar. Sonra öndən birisi keçməklə namaza zərər verməz, keçənə günah olar. Amma hər kəsin gəlib keçdiyi bir yerə namaz qılarsa, qılana da günah olar. Uşaq keçərsə uşağa günah olmaz.
 Sual: Evdə və ya kiçik məsciddə namaz qılan bir kimsə önünə stul, pencək və başqa bir sütrə (namaz qılanın önündən keçməsi üçün qoyulan sədd) qoysa önündən keçmək caiz olarmı?
CAVAB: Sütrə olaraq kürsü qoyarsa olar. Yəni keçmək caiz olar. Sütrənin dik olaraq boyu yarım metrdən az olmamalıdır. Heç bir şey tapılmazsa, o zaman uzunluğuna bir cizgi çəkmək  və ya pencək də qoyulur.
 Sual: Yaşıl ağacı sütrə etmək caizdir?
CAVAB: Bəli.