Namaz hər şeyin başıdır
Hikmət əhli şəxslər buyurur ki:
Allahu təala bizə verdiyi nemətlər qarşılığında bizdən iki şey istəyir: Onu tanıyıb şükür etməyimizi istəyir. Buna bir az izah verək:
 1 - Yaratdığı məxluqların içərisində yalnız insana qiymət verdi. Onu (Allahu təalanı) tanımağı nəsib etdi. Tanımaq çox qiymətlidir. Peyğəmbər əfəndimizi hər kəs görürdü, amma tanımadılar. Tanımaq çətindir. Tanıyanlar Əshabi-kiram oldu. Allahu təala tanınmaq istəyir. Bir Hədisi-qüdsidə, “Mən tanınmağı sevdim” yəni “İnsanları, məni tanımaqla şərəflənmələri üçün yaratdım” buyurur.
 2 - Onun ehsan etdiyi nemətlərə qarşılıq olaraq təşəkkür istəyir. Yəni, şükür etməyimizi istəyir. Allahu təalaya təşəkkür necə olmalıdır? Təşəkkür namazdır! Çünki zəkat - malın varsa, həcc - şərtlər varsa, oruc - həmçinin elə; amma namaz üçün az qala heç bir maneə yoxdur. Təyəmmüm edərək qılar, ima (işarə) ilə qılar, yataraq qılar, xəstə olarkən qılar, yəni heç bir əngəl olmadığı üçün Allahu təala təşəkkürü namazla başlatmışdır. Ona görə namaz qılmayanın heç bir təşəkkürü yəni şükrü, Allahu təala tərəfindən qəbul edilmir. İmanın bayrağı, əlaməti namazdır. Bir mömin, yüz min həcc etsə, yüz min qızıl sədəqə paylasa, yüz min kasıb yedirsə, əgər namaz qılmamışsa heç bir qiyməti olmaz.
 Yunus Əmrə buyurub ki:
Namaz qılmaz, insanın qazandığı ancaq haram,
Min qızılı olsa da, birisi gəlməz işə.
Namaz qılmayana sən Müsəlmandır demə,
Belə Müsəlman olmaz, bağrı dönmüşdür daşa.
 * Övladlarımıza İslamiyyəti öyrətməyimiz lazımdır. Namaz qılmağın əhəmiyyətini anlatmalıyıq və mütləq namaz qıldırmağa çalışmalıyıq. Namaz qılmasına mane olan hər şeyin fəlakətinə səbəb olacağını bilməliyik və bildirməliyik.
 * Namazlarımızı gecikdirmədən qılaq. Övladlarımıza yeyib içməkdən öncə, namazlarını vaxtında qılmalarını öyrədək. İmamı Rabbani həzrətləri buyurur ki: Dünyada səadət, axirətdə Cənnət, iki şeylə olur:
 1- Allahın bir sevgili dostuna qovuşmaq və onun tərəfindən qəbul edilmək,
2- Doğru qılınan namaz.
 Bir böyüyü tanıyan, əlbəttə namaz qılar. Həm tanımaq, həm namaz qılmamaq olmaz. Namaz qılmırsa, tanımamış deməkdir. Namazsız axirət olmaz. Namazsız Allaha qovuşmaq olmaz, namazsız həyat olmaz, namaz hər şeyin başıdır!
 * Mərhəmət, həkimin xəstəsinə acıması kimidir. Doğurdan da mərhəmətli olan həkim xəstəsini qurtarandır. Bir ananın, atanın şəfqəti də onun mərhəməti kimi olmalı. Namaz qılmayan övlada mərhəmət edilmiş olunmaz. Oradakı mərhəmət kimi görünən şey mərhəmətsizlikdir, onu atəşə atmaqdır. Övladın gələcəyini zəmanətə almaq yaxşı Müsəlman olmasıyla mümkündür. Diplomla gələcək zəmanətə alınmış olmaz. Hətta fəlakətinə səbəb ola bilər. Quldurun əlinə silah vermək kimi olar. Yaxşı Müsəlman olunca diplom o zaman işə yarıyar. O zaman da düşmənlə savaşan əsgərə yardım etmək kimi olar.
 * Ana-ata övladlarına böyüklərin sevgisini, İslamiyyətin sevgisini verə bilmirsə, onların baş düşmənidir. Nəfsinə düşkün ana-ata yəni, övladlarını nəfsi üçün sevən ana-ata övladlarının ən böyük düşmənidir.