Namaz beş vaxtdır
Namaz beş vaxtdır
Sual: Namaz beş vaxt deyilmi? Niyə üç və ya altı vaxt deyənlər olur?
CAVAB: Peyğəmbər əfəndimiz bizə namazın beş vaxt olduğunu bildirdi, illərlə beş vaxt qıldı. Artıq başqa dəlil axtarmaq lazım deyil. Qurani-kərimdə məalən (məna, açıqlama) buyurulur ki:
“Namaz möminlərə bəlli vaxtlarda fərz qılındı.” (Nisə 103)
 Nisə surəsinin 103-cü ayəsində “Namaz bəlli vaxtlarda fərz qılındı” buyurulub, həmçinin, beş vaxtın hamısı da digər ayələrdə bildirildiyi halda, “Beş vaxt namaz” ifadəsinin işlədilməməsi qütblərdə və buralara yaxın yerlərdə beş vaxtın tam yerinə gəlməməsindəndir. (Neməti İslam)
 İsra surəsinin “Günəşin batması anından, gecənin qaralmasına qədər və sübh vaxtı namaz qıl” məalindəki 78-ci ayəti-kərimədə bildirilən “Düluk-üş şəms” günorta və ikindi, “Qasak-ıl leyl” axşam və yatsı namazı, “Fəcr” də sübh namazıdır. (Beydavi)
 Qaf surəsinin “Günəşin doğuşundan və batışından öncə və gecə Rəbbini təsbeh et” məalindəki 39 və 40-cı ayəti-kəriməsindəki günəşin doğuşundan öncəki sübh namazı, günəşin batışından öncəki günorta və ikindi namazı, gecəsi də axşam və yatsı namazıdır. (Beydavi)
 İbni Abbas həzrətlərinə “Qurani-kərimdə beş vaxt namazı bildirən ayət hansıdır?” deyə sual verildiyi zaman bu məaldakı ayəti-kəriməni oxudu: “Axşama girərkən, sabaha yetişərkən, gündüzün sonunda və günorta vaxtında Allahı tənzeh edin!” (Rum 17,18)
 Axşama girərkəndən məqsəd, axşam və yatsı namazı, sabaha yetişərkəndəki sübh namazı, gündüzün sonundakı ikindi namazı, günortadakı da, günorta namazıdır. (Cəlaleyn)
 Nur surəsinin 58-ci ayəti-kəriməsində “saləti fəcr= sübh namazı” və “saləti işa= yatsı namazı” ifadəsi açıqca bildirilməkdədir.
 Peyğəmbər əfəndimiz Bəqərə surəsindəki “Namazları və vusta namazını qılın” məalindəki 238-ci ayəti-kəriməni açıqlayarkən “Vusta namazı ikindi namazıdır” buyurdu. (İ. Əhməd)
Bu ayəti-kərimədə “Namazları və orta namazı (ikindi namazını) qılın” buyurulur. Ərəb qrammatikasına görə namazlar (saləvat) deyildiyi zaman ikidən artıq namaz anlaşılır. Çünki iki namaz demək üçün saləvat (namazlar) deyil, salateyn (iki namaz) demək lazımdır. Vusta (orta) namaz ikindi (əsr) namazı olduğuna görə, ikindi xaric qalan namazların sayı iki ola bilməz, ikidən artıq olması lazımdır. Üç də ola bilməz. Çünki VUSTA NAMAZI xaric 4;6 kimi cüt sayılı olmalı ki, orta namaz (əsr namazı) tam ortada ola bilsin. Yəni ortadakı namaz ikindi olduğuna görə ondan öncə iki namaz, ondan sonra da iki namaz olduğu meydana çıxar. Digər ayələrdəki namaz vaxtları da diqqətə alındıqda, namaz vaxtlarının beş olduğuna heç şübhə qalmaz.
“Gündüzün iki tərəfində, gecənin də yaxın saatlarında gözəl namaz qıl. Çünki gözəlliklər pislikləri (günahları) aparır. Bu doğru düşünənlərə bir öyüddür.” (Hud 114)
 Gündüzün iki tərəfindəki namazlar sübh, zöhr, əsr; gecənin yaxın saatlarındakı namazlar da axşam və yatsı (işa) namazlarıdır. (Mədarik)
Burada Hasənat = Gözəlliklərdən murad beş vaxt namazdır. (Mədarik, Beydavi)
 Kitab və Sünnədən sonrakı dəlil İcmadır. Peyğəmbər əfəndimiz Əshabı-kiram və onlardan sonra bu günə qədər gələn bütün alimlər beş vaxt namaz qılmış, bu xüsusda dəqiq bir icma hasil olmuşdur.
 İslam alimləri də beş vaxt namazın necə qılınacağını kitablara yazmışlar və beləcə Qıyası-fuqaha ilə də namazın beş vaxt olduğu sabit olmuşdur.
 Sual: Bir yerdə belə bir hədis oxudum: “Məşhur İslam alimlərindən İmamı Əhməd ibn Hənbəl və Əbu Davudun rəvayətlərinə görə, beş vaxt namaz qılmağa vaxt olmadığını söyləyib: “Mənə elə bir şey əmr et ki, etdiyim zaman yetərli olsun" deyən Fudaləyə Həzrəti Muhamməd sübh və əsr namazlarına davam etməsini, iki vaxt qılmasının ona yetərli olacağını söyləmişdir.)
Yuxarıda bildirilən hədis doğrudurmu?
CAVAB: Belə bir ifadəyə rast gəlmədik. Uydurma olma ehtimalı vardır. Çünki İslam alimləri Həzrəti Muhamməd deməz. Bunu əcnəbilər söyləyər. Ayrıca bu ifadə aşağıda bildirilən səhih hədislərin hər birinə ziddir. Bir vaxt namazı qəsdən tərk etmək çox böyük günahdır. Belə bir hədis əgər varsa, bu hədisə beş vaxt namaz fərz olmadan öncə baş vermiş ola bilər. Çünki Meracdan öncə yalnız sübh və ikindi namazı var idi. Həcc namazdan on il sonra fərz oldu. Məsələn, bu hədisi şərifdə həccdən heç bəhs edilmir:
 Saçları dağınıq biri (bəlkə də İslamiyyəti öyrənmək üçün) gəlib Rəsulullahdan soruşdu:
- Ya Rəsulallah İslam nədir?
- Gündə beş vaxt namaz qılmaqdır.
- Beşdən artıq deyil?
Xeyr. Nafilə qılmaq istəyən qıla bilər. Bir də ildə bir ay Ramazan orucu vardır.
- Bundan başqa oruc yoxdur?
- Nafilə olaraq tutmaq istəyən tuta bilər. Bir də zəngin üçün malının zəkatı vardır.
- Bundan artıq vardır?
- İstəyən nafilə olaraq sədəqə verə bilər.
- Vallahi bundan nə artıq nə də əksik edərəm.
- Bunları edən qurtuluşa qovuşar. (Buxari, Müslim, Əbu Davud, Nəsai)
 Yaxud sırf o söylənən şəxsə aid özəl bir haldır. Namaza alışana qədər ona elə deyilmiş ola bilər. Çünki o zaman din yeni gəldiyi üçün xüsusi hadisələr baş verirdi. Məsələn, buna bənzər belə bir hadisə baş vermişdi: Bir gənc, “Ya Rəsulallah, yalan, zina (nikahsız əlaqə) və içkini tərk edə bilmirəm. Nə buyurursunuz?” dedi. Rəsulullah əfəndimiz, “Yalanı mənim üçün tərk et!” buyurdu. O gənc razılaşıb getdi. Daha sonra digər iki günahı işləmək istəyincə, “Bu günahları işləyib Rəsulullahın qarşısına çıxdığım zaman, "etmədim" desəm yalan olar. Əgər “etdim” desəm məni cəzalandırar” deyə düşündü. Digər iki günahı da tərk etdi.
 Namazın beş vaxt olduğuna dair hədisi-şəriflərdən bəziləri belədir:
“İslam beş şey (təməl) üzərinə quruldu:
1- Allaha və Muhamməd əleyhissəlamın Onun rəsulu olduğuna inanmaq,
2- Hər gün beş vaxt namaz qılmaq,
3- İldə bir dəfə malının qırxda birini Müsəlman olan kasıba zəkat vermək,
4- Ramazanı-şərif ayında hər gün oruc tutmaq,
5- Məkkəyə gedərək ömründə bir dəfə həcc etmək.” (Buxari, Müslim, Tirmizi, Nəsai)
 “Beş vaxt namaz qılanın vəziyyəti evinin önündən axan suda beş dəfə yuyunan insan kimidir. Necə ki, belə bir kimsə kirdən təmizlənirsə, namaz qılan da kiçik günahlardan o cür təmizlənər”. (Buxari, Müslim, İ. Əhməd, Beyhəki, Darimi, Tabərani)
 “Cəbrayıl enib mənə imamlıq etdi və özü ilə birlikdə beş vaxt namazı qıldım və beş vaxt namazla əmr olundum”. (Buxari, Müslim, Əbu Davud, Nəsai)
 “Fərz olduğuna inanıb rüku, sücud (səcdə), dəstəmaz və vaxtlarına riayət edərək beş vaxt fərz namaza davam edənə Cənnət vacib, Cəhənnəm haram olur”. (Tabərani)
 “Beş vaxt namazı ilk təkbirə çataraq qırx gün camaatla qılana Cənnət vacibdir.” (Əbu Yəla)
 “Allahdan qorxun, beş vaxt namazı qılın, (Ramazan ayında) oruc tutun, mallarınızın zəkatını istəyərək verin, əmirlərinizə itaət edin, beləcə Rəbbinizin Cənnətinə girin”.(Tirmizi)
“Allah üçün ibadətinizi ixlasla yerinə yetirin. Beş vaxt namazı qılın, könül xoşluğu ilə malınızın zəkatını verin, Ramazan orucunu tutun, Həccə gedin, beləcə Rəbbinizin Cənnətinə girərsiniz”. (Tabərani)
 “Allahü təalanın ilk fərz qıldığı şey beş vaxt namazdır. İlk ortadan qalxacaq olan da yenə beş vaxt namazdır. İlk sorğu da beş vaxt namazdan olacaqdır”. (Hakim)
 “Qiyamətdə hər kəs qorxu üçündə ikən qorxmayan üç qrup insandan biri, sırf Allah rizası üçün hər gün beş vaxt namaza çağıran müəzzindir.” (Taberani)
 “Allahü təala beş vaxt namazı əmr etdi. Gözəl dəstəmaz alıb bunları vaxtında qılanı, rüku və huşularını doğru edəni əfv edəcəyinə söz verdi. Bunları etməyən üçün söz vermedi. Onu istəsə əfv edər, istəsə əzab edər”. (Əbu Davud, İbni Macə, Nəsai, İ.Malik, İ.Əhməd)
 “Beş vaxt namazı gözəl qılan üçün qiyamətdə nur, dəlil və qurtuluş olar”. (İbni Nasr)
 “Allahü təala buyurdu ki: “Beş vaxt namazı fərz qıldım. Şərtlərinə uyaraq vaxtında qılanı Cənnətə qoyacağıma söz verdim. Qılmayana verilmiş bir sözüm yoxdur.” (İbni Macə, Əbu Davud)
 “Beş vaxt namaz və Cümə namazı, gələcək Cüməyə qədər və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Böyük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar”. (Müslim, İ.Əhməd)
 “Merac gecəsi 50 vaxt namaz fərz oldu. Sonra beş vaxta endirildi”. (Buxari, Müslim, İ.Əhməd)
 “Allahü təala buyurdu ki: Məndə söz və hökm əsla dəyişdirilməz. Bu beş vaxt namaz qarşılığında əlli vaxt namaz savabı vardır”. (Buxari, Müslim, Tirmizi, Nəsai)
 “Bir qadın, beş vaxt namazı qılar, orucunu tutar, özünü yadlardan qoruyar və ərinə itaət edərsə, Cənnətə istədiyi qapıdan girər” (İbni Hibban)
 “Beş vaxt namazı tərk edən, Allahü təalanın hifz və əminliyindən məhrum olar”. (İbni Macə)
 “Hər kəs pozulunca, beş vaxt namazı camaatla qılana hər gün yüz şəhid savabı yazılar”.(İ.Nasr)
 “Beş vaxt namazı camaatla qılan, Sirat körpüsünü şimşək kimi keçər”. (Taberani)
 “Beş vaxt namazı qılan, Ramazan orucunu tutan, zəkat verən və böyük günahlardan çəkinən hər kəsə, qiyamətdə Cənnətin səkkiz qapısı açılar. İstədiyi qapıdan girər”.(Hakim)
 “Beş vaxt namazlardan sonra edilən dua qəbul olar”. (Buxari)
 “Beş vaxt namaza davam edin, çünki kiçik günahlara kəffarə olar”. (Taberani)
 “Kitab əhli olan bir qövmə vəzifəli olaraq getdiyin zaman, öncə, Allahdan başqa ilah olmadığına və Muhammədin Allahın Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Bunu qəbul edərlərsə, Allahın gündə beş vaxt namazı fərz qıldığını xəbər ver. Bunu da qəbul edərlərsə, Allahın zənginlərindən alınıb kasıblarına verilən bir sədəqəni (zəkatı) fərz qıldığını onlara söylə”. (Buxari, Müslim, Əbu Davud)
  “Beş vaxt namazı qılan, Ramazan orucunu tutan, zəkatını verən və yeddi böyük günahdan qaçan kimsəyə, Cənnətin bütün qapıları açılıb, “Səlamət və rahatlıq üçündə gir” deyilər” (Nəsai)