Musiqinin dinimizdə yeri

Sual: Dinimizdə musiqi haramdırmı?

CAVAB
Simanın caiz olduğu və caiz olmadığı yerlər vardır. Bəziləri kitablardakı sima kəlməsini çalğı olaraq tərcümə etdikləri üçün mübah çalğılar
ın da olduğu zənn edilməkdədir. Aşağıdakı yazıların hamısı İslam alimlərinin kitablarından götürülmüşdür. Mənbələr sonda qeyd olunmuşdur. Şəxsimizə aid tək bir cümlə yoxdur.
Alətsiz, çalğısız nəğməli səsə sima deyilir. Çalğı aləti ilə birlikdə olan insan səsinə qına [musiqi] deyilir. Qına haramdır. (Dürr-ül məarif)

Loğman surəsinin 6-cı ayəsindəki löhv-əl hədis ifadəsini alimlər musiqi, çalğı aləti olaraq bildirmişdir. İbni Məsud həzrətləri and içərək löhv-əl hədisdən qəsd, çalğı aləti və musiqi olduğunu söyləmişdir. (Təfsiri ibni kəsir, Təfsiri mədarik) [İbni Məsud kimi böyük bir şəxsə inanmayan cahillərə nə demək olar ki?]
 
Məvahibi aliyyə” adlı təfsirdə löhv-əl hədis ayəsi belə təfsir olunur:
Yalan hekayələr yazaraq və ya müğənni qadınlar tutub hər kəsə nəğmələr dinlədərək Quran dinləmələrinə mane olmağa çalışanlara Cəhənnəm atəşini müjdələ! (Məvakib təfsiri)
Bir hədisi-şərifdə dəbuyurulur ki:

“Üçü xaric hər löhv batildir.” [Deyləmi]
Deməli, löhv bir oyun, bir əyləncə, bir çalğı olduğu üçün belə buyurulur.

Müfəssirlər İsra surəsinin 64-cü ayəsində şeytana “Vəstəfziz... bi savtikə [Səsinlə oynat]” deməyin çalğı ilə oynat demək olduğunu, bu ayənin hər növ çalğını haram etdiyini bildirmişdirlər. (Şeyhzadə)

Müfəssirlər Ənam surəsinin 70-ci ayəsini “Dinlərini [mahnı ilə, musiqi ilə] oyun və əyləncə halına salanlardan uzaq dur” şəklində təfsir etmişdirlər.

“İndi siz bu sözəmi [Qurana] təəccüblənirsiniz? Gülürsünüz, amma ağlamırsınız və siz qəflətlə oynayırsınız.” [Nəcm 59-61]
Mədarik təfsirində əntüm samidün ifadəsi, “Quran oxunduğunu eşitdikləri zaman onu dinlətməmək üçün təğənniyə [nəğmə, xalq mahnısı söyləyərək səs-küyə] başlayar, oynayardılar” deyə açıqlanır. İbni Abbas və Mücahid həzrətləri də bu ifadənin mahnı olduğunu söyləmişdir. (İqasət-ül-Ləhfan)
 Qurani-kərimdə məalən buyurulur ki:

“ Peyğəmbərin əmrinə tabe olun, qadağan etdiklərindən çəkinin! ” [Həşr 7]

“ Rəsula itaət edən, Allaha itaət etmiş olar.” [Nisə 80]

“ O Peyğəmbər gözəl şeyləri halal, çirkin, pis şeyləri haram qılar.” [Əraf 157]

“ Aralarındakı anlaşmazlıqda səni hakim təyin edib, verdiyin hökmü tərəddüdsüz qəbul etmədikcə, iman etmiş olmazlar.” [Nisə 65]

“ Quranı sənə insanlara açıqlayasan deyə endirdik.” [Nəhl 44]

İndi Rəsulullah əfəndimizin yuxarıdakı ayəti-kərimələri necə izah etdiyinə baxaq:

“İlk təğənni edən şeytandır.” [Təbərani]

“Səsini qına ilə yüksəldənə şeytan müsallat olar.” [Deyləmi]

“Rəhmət mələkləri zınqırov [çan, zəng, çınqıraq] olan yerə girməz.” [Nəsai]

“Rəhmət mələkləri it və zınqırov olan qafiləyə yaxınlaşmaz.” [Müslim, Əbu Davud, Tirmizi]

“Zınqırov şeytanın mizmarıdır. [Müslim, Əbu Davud, Nəsai] [Mizmar çalğıdır]

“Müğənni qadını dinləmək, üzünə baxmaq haramdır. Pulu da haramdır. Kimin əti haramdan bəslənərsə, ona Cəhənnəm atəşi layiqdir.” [Təbərani]

“Bir vaxt gələcək ümmətimdən bəziləri zinanı, ipək geyinməyi, içki içməyi, mizmarı [çalğını] halal sayacaqdır.” [Buxari]
“Musiqi zinaya yol açar.” [Məktubatı Rəbbani 3/41]

“Musiqi qəlbdə nifaq əmələ gətirər.” [Beyhəqı]

“Suyun otu böyütdüyü kimi, mahnı, oyun və əyləncə qəlbdə nifaqı böyüdər. Allaha and olsun ki, suyun otu böyütdüyü kimi, Quran və zikir də qəlbdə imanı böyüdər.” [Deyləmi]

“Rəbbim mənə içkini, qumarı, zərbi və mahnı oxuyan qadınları haram qıldı.” [İ. Əhməd]

“Rəsulullah çalğı alətlərilə pul qazanmağı qadağan etdi.” [Bəqavi]

“Ümmətimdən bəziləri spirtli içkilərə başqa ad verərək içərlər. Müğənni qadın və çalğı alətlərilə əylənərlər. Allahü təala onları yerin dibinə batırar, donuzlara və meymunlara çevirər.” [İbni Macə]

“Bu beş şey zühur edərsə, ümmətimin həlakı haqq olar: Bir-birilə lənətləşmək, spirtli içki içmək, ipək geyinmək, çalğılar və kişinin kişi ilə, qadının qadınla birlikdə olması.” [Deyləmi, Hakim]

“Mən mizmarları [çalğıları], bütləri yox etmək üçün də göndərildim.” [İ. Əhməd, Əbu Nuaym, İbni Nəccar]

“İblis yer üzünə endikdən sonra, ya Rəbbi mənə ev ver dedi. Hamamlar sənin evindir. Yemək istədi, bəsmələsiz yeyilən yeməklər sənindir, deyildi. Müəzzin istədi; Mizmarlar [çalğılar] müəzzinindir deyildi. Yazıların döymə, hədislərin yalandır. Rəsulun [elçin] kahinlər, falçılar, hiylən də qadınlardır.” [İbni Əbiddünya, İbni Cərir]

“İblis, mənim kitabım nədir, dedi. Sənin kitabın döymədir, içkin sərxoşluq verən hər içkidir, sədaqətin yalan, müəzzinin mizmarlar [çalğılar], məscidlərin də bazarlardır deyildi.” [Tabərani]

“İki səs məlundur: Nemətə qovuşduqda mizmar [çalğı], müsibətə məruz qaldıqda fəryad.” [Bəzzar]

“Allahü təalanın qəzəbinə səbəb olan şeylər: Acmadan yemək, yuxusu olmayanda yatmaq, səbəbsiz yerə gülmək, müsibətdə fəryad etmək, nemətə qovuşduqda mizmar [çalğı çalmaq].” [Deyləmi]

“Müğənni və musiqiçi qadınlar çoxaldıqda, spirtli içkilər hər yerdə içildikdə yerə batmalar müşahidə olunacaq, göydən daş yağacaqdır.” [Tirmizi, Əbu Davud, İbni Macə, İ. Əhməd]

“Bunlar gəlmədən əvvəl saleh əməl işləməyə tələsin. Səfehlər başa keçmədən, təhlükəsizlik gücləri çoxalmadan, hökm rüşvətlə satılmadan, adam öldürmə adi bir hal olmadan, qohum ziyarəti kəsilmədən, Quran mizmarlardan oxunmadan, Quranı mahnı kimi oxuyanlar önə keçmədən.” [Tabərani]

“Quran mizmarlardan oxunduğu zaman ölə bilirsənsə öl.” [Tabərani]
“Quranı mizmarlardan [çalğı alətlərindən] oxuyanlara Allah lənət edər.” [Müsamərə]

“Bu 15 pis xislət işləndiyi zaman ümmətim bəlaya məruz qalacaq:
 1- Qənimətə xəyanət edildikdə,

2- Əmanət qənimət sayıldıqda,

3- Zəkat cərimə qəbul edildikdə,

4- Kişi arvadına itaət etdikdə,

5- Övlad ana-ataya üsyan etdikdə,

6- İnsan yoldaşına itaət etdikdə,

7- Ataya cəfa edildikdə,

8- Yığıncaqlarda yüksək səslə danışıldıqda,

9- Ən rəzil adam iş başına gəldikdə,

10- Şərindən qorxulan adama ikram edildikdə,

11- Hər yerdə spirtli içki içildikdə,

12- Kişilər ipək geydikdə,

13- Müğənni qadınlar çoxaldıqda,

14- Çalğı alətləri yayıldıqda,

15- Sonra gələnlər əvvəlki alimlərə lənət edib, onları pislədiyi zaman.” [Tirmizi]

“Gözün zinası [harama] baxmaq, qulağın zinası [haram şeyləri] dinləməkdir.” [Müslim]
 
İbni Hibbanın bildirdiyi hədisi-şərifdə Rəsulullah dəvələrin boyunlarındakı cərəsləri [zıqırovları] çıxarmışdır. Halbuki zınqırov şəhvəti təhrik etmir. Zınqırov olan yerə rəhmət mələkləri girmir. Artıq çalğını, çalğı alətlərini siz düşünün. Şeyxül-İslam Əhməd İbni Kamal Əfəndi həzrətləri Qırx Hədis kitabında buyurur ki:

“Mizmarları qırmaq və xınzırları öldürmək üçün göndərildim” hədisi-şərifindəki mizmar bütün çalğı alətləridir. Bu hədisi-şərif hər növ çalğını və donuz əti yeməyi qadağan edir.
Həzrəti Əbu Bəkir iki kiçik cariyənin dəf çalıb, mahnı oxuduqlarını gördü və onları danlayaraq “Şeytanın çalğısınımı çalırsınız?” dedi. (Buxari)

İbni Ömər həzrətləri ehramlı bir camaatın içində mahnı oxuyan birinə “Allah sənin ibadətini qəbul etməsin” dedi. (İbni Əbid-dünya)

Ənəs ibn Malik həzrətləri “Ən pis qazanc müğənnilik və çalğı alətlərilə qazanılandır” dedi. (İbni Əbid-Dünya)

İbni Abbas həzrətləri “Çalğı alətləri haramdır” dedi. (Beyhəqı)

Aişə validəmiz bir evdə mahnı oxuyan birini gördükdə ona, “Çox təəssüf. Bu şeytandır, bunu çıxarın burdan” dedi və onu çıxardılar. (Buxari)

Fudayl ibn İyad həzrətləri “Musiqi və mahnı zinanın təşvikçisidir” dedi. (İbni Əbid-dünya)

Şeyx Muhamməd Rəbhami həzrətləri buyurur ki:
Saz, zərb, dəf, ney və digər çalğı alətlərini çalmaq Allahü təalanın əmrinə riayət etməmək deməkdir. (Riyadün-Nasıhin)

İmam Şərani həzrətləri buyurur ki:

“Hakimi Tirmizinin Nəvadirul Usul adlı kitabda rəvayət etdiyi hədisi-şərifdə Rəsuli Əkrəm əfəndimiz, “Hər kim ki, mahnı səsinə qulaq asarsa, onun ruhaniləri dinləməsinə izn verilməz” buyurdu. Oradakılardan biri tərəfindən “Ya Rəsulallah, ruhanilər kimlərdir?” deyə soruşuldu. Rəsulullah da, “Cənnət əhlinin oxuyucularıdır” buyurdu. (Muxtasarı Təzkirəyi-Kurtubi)

İmam Birgivi həzrətləri buyurur ki:

Saz dinləməkdən qulaqları qorumaq lazımdır. (Risaləyi-Birgivi)
Məzhəbsiz İbni Teymiyə belə “Mahnı və musiqi şeytani duyğuları hərəkətə gətirən ən təsirli ünsürlərdən biridir” demişdir. (Məcmu-ul Fətava)

Mahnı, Kitab və Sünnətlə qadağan edilmişdir. (İmam Kurtubi)

Mahnı və musiqi alətlərinin haram olması mövzusunda icma vardır. (İbni Salah)

İmam Rəbbani həzrətləri buyurur ki:

İmam Ziyaəddin Şami Mültəkit kitabında “Heç bir alim təğənniyə mübah demədi” buyurdu. (m. 266)

Qurani-kərimi musiqi pərdələrinə oxşadaraq oxumaq haramdır. (Bəzzaziyyə)

Çalğı çalmağın haram olduğu icma ilə bildirildi. (Məqamati Məzhəriyyə)

Çalğı çalaraq və ya oyun arasında Quran oxuyan kafir olar. (Tərgibüs-salat)

İmam Münavi həzrətləri “Nikahı hər kəsə duyurun! Bunun üçün də camidə edin və dəf çalın” hədisi-şərifini izah edərkən, “Məscidlərdə dəf çalınmaz. Hədisi-şərif məscidin xaricində çalınmasını, məsciddə yalnız nikah keçirilməsini əmr edir) deyir. (Hadiqa)

Camidə dəf çalmaq günahdırsa, başqa çalğının camidə çalınması heç caiz olmaz. Qadınların toylarda dəf çalması caizdir. (Rəddül-muxtar)

Müasir təriqətçilərin etdikləri kimi fırlanmaq, tütək, ney, saz çalmaq haramdır. (Taxtavi şərhi)

Təğanni ilə oxuyan bir imamın arxasında qılınan namazın təkrarı  lazımdır. (Haləbi)

Qurani-kərimi ərəb şivəsinə uyğun, təcvidlə və gözəl səslə oxumaq lazımdır. Əbu Davuddakı hədisi şərifdə “Quranı gözəl səslə oxuyun” buyuruldu. Yəni “Allahdan qorxaraq oxuyun” deməkdir. Bu da təcvid elminə riayət edərək oxumaqla olur. Yoxsa ki, hərfləri, kəlmələri dəyişdirərək, mənanı, nəzmi pozaraq təğanni ilə oxumaq haramdır. (Bəriqa)

Təğanni haramdır. (Tıbbün-nəbəvi)

Qurani-kərimi təğanni ilə oxumaq və dinləmək haramdır. Burhanəddin Mərgınani buyurdu ki:

Qurani-kərimi təğanni ilə oxuyan hafizə nə gözəl oxudun deyən adamın imanı gedər. Təcdidi iman etmək lazımdır. Kuhistani də belə yazılır. (Dürrül-müntəka)

İbni Abidin həzrətləri buyurur ki:

Əyləncə və ya pul qazanmaq üçün başqalarına mahnı oxumaq söz birliyi ilə haramdır. Çalğı ilə rəqs etmək böyük günahdır. Sıxıntısını aparmaq üçün öz-özünə mahnı oxumaq günah deyildir. Çalğı olaraq yalnız qadınların toylarda dəf çalması caizdir. (Rəddül-Muxtar)

Fisq və spirtli içki içilən yerlərdə çalğı çalmaq və bunu dinləmək haramdır. Rəsulullah çobanın qavalını eşitdikdə barmaqları ilə mübarək qulaqlarını bağladı isə də, yanında olan Abdullah ibn Ömərə qulaqlarını bağlamasını əmr etmədi. Bu da, əldə olmadan eşitməyin haram olmadığını göstərir. Çalğını, içki, oyun və qadın olan yerlərdə keyf üçün çalmaq haramdır. Bayramda, döyüşdə, həcc yolunda, sahurda, toylarda və əsgərlikdə təbil çalmaq da caizdir. [Məktəblərdə, milli və siyasi tədbirlərdə orkestrin, hərbi orkestrin, əsgər marşının çalınması caizdir.] (Hadiqa)

Dəf, saz və hər növ çalğı alətini evində, dükanında saxlamaq, satmaq, hədiyyə etmək, icarə və ya kirayə vermək günahdır. (Bəriqa)

Yalnız əsgər marşında çalınan musiqi alətlərini satmaq caiz olar.
Təsəvvüf müsiqisi deyə bir şey yoxdur. Musiqi nəfsin qidası, ruhun zəhəridir, qəlbi qaraldır. (Dürrül məarif)

İlahiləri çalğı ilə ney çalaraq oxumaq bidətdir. Harama halal deyən və haramı ibadətə qarışdıran kafir olar. (S. Əbədiyyə)

İmam Qazali həzrətləri buyurur ki:

Bir evdə kiçik zənci qızları [cariyələr] dəf çalıb, mahnı oxuyurdular. Rəsulullah əfəndimiz gəldikdə mahnını dayandırıb, Rəsulullahı tərifləməyə başladılar. Rəsulullah əfəndimiz (sallallahü aleyhi və səlləm), “Etməyin, oyun arasında məni tərifləməyin!Məni tərifləmək [mövlud, ilahi] ibadətdir. Əyləncə, oyun arasında ibadət caiz deyildir) buyurdu. (K. Səadət)

[Bəziləri bu hədisi-şərifə istinad edərək qadınların mahnı oxumasını və çalğının caiz olduğunu söyləyirlər. Mahnı oxuyanlar cariyə idilər. Cariyənin övrət yeri kişininki kimidir. Səsi də övrət deyildir. (Ehya)]

Hər növ çalğı dinləmək haramdır. (Fətavai Bəzzaziyyə, Hadika, Əxlaqı alaiyyə)

Musiqi bütün dinlərdə böyük günahdır. (Dürrül-müntəka)

İncilin qadağan etdiyi müsiqini sonradan keşişlər Xristianlığa daxil etdilər. (Məvahibi lədünniyyə şərhi Zərkani)

Musiqi kəlməsi yunanların böyük bütləri olan Zevsin qızları sayılan Mousa (Muz) adlanan 9 heykəlin adından əmələ gəlməkdədir. Pozulmuş dinlər qəlbləri və ruhları bəsləyə bilmədiyi üçün musiqinin hər çeşid çalğı səsinin nəfslərə xoş gəlməsi, nəfsləri bəsləməsi ruhani təsir zənn edildi. Müasir qərb musiqisi kilsə musiqisindən əmələ gəldi. Bu gün yer üzündə olan pozulmuş dinlərin demək olar ki, hamısında musiqi ibadət halını almışdır. Musiqi ilə hər növ çalğı ilə nəfslər keyflənməkdə, şəhvani, heyvani arzular qüvvətlənməkdədir. Ruhun qidası olan, qəlbləri təmizləyən və nəfsləri əzib, haramlara olan arzularını yox edən ilahi ibadətlər unudulmaqdadır. Musiqi, hər çeşid çalğı insanları alkoqoliklər və narkomanlar kimi qəflət içində, uyuşmuş vəziyyətdə yaşatmaqdadır. Beləliklə, nəfsləri azdıraraq, sonsuz səadətdən məhrum qalmasına səbəb olmaqdadır. İslam dini insanları bu fəlakətdən qorumaq üçün musiqini hissələrə ayırmış, zərərli olanlarını haram qılmış, qadağan etmişdir. (S. Əbədiyyə)