Özünü içkidən qurtara bilməyən bir müsəlman, xidmətçisinə dörd dirhəm verər. İçki almasını söyləyər. Xidmətçi gedərkən Mənsur bin Ammar adlı bir şəxsin, bir kasıba kömək yığdığını görər. Mənsur, (Bu kasıba 4 dirhəm verənə 4 dua edərəm) deyər. Xidmətçi, kasıba 4 dirhəmi verər. Mənsur deyər ki - Hansı duanı etməmi istəyərsən - Xidmətçilikdən xilas olmaq istəyirəm. - İkinci istəyini söylə! - Kasıba verdiyim dörd dirhəm mənim deyildi. Məndən bunu istəyərlər. Dörd dirhəmə qovuşmağı istəyərəm. - Üçüncü istəyin nədir - Əfəndimin tövbə edib içkini buraxmasını istəyirəm. - Dördüncü arzun nədir - Allahü təalanın məni, əfəndimi, səni və qövmümüzü bağışlamasını istəyirəm. Mənsur bin Ammar, hamısı üçün dua edər. Xidmətçi evinə gələndə əfəndisi gecikməsinin səbəbini soruşur. Xidmətçi vəziyyəti izah edir. Əfəndisi soruşur - Sən nələr istədin - Xidmətçilikdən, köləlikdən xilas olmağı istədim. - Yaxşı səni azad etdim. Başqa nə istədin - Dörd dirhəm istədim. - Al bu dörd dirhəmi. Başqa nə istədin - Tövbə edib içkini buraxmağını istədim. - Tövbə etdim. Başqa nə istədin - Allahü təalanın hamımızı bağışlamasını istədim. Əfəndisi də, “Bax, bu mənim əlimdə deyil” deyər. O gecə yuxusunda ona, “Sən əlində olanı etdin də, biz əlimizdə olanı edə bilmərikmi Səni də, xidmətçini də, Mənsuru da və orada olan hamınızı bağışladıq” deyildi.