Onu mələklər yudu
 Uhud döyüşündə bir günlük evli olmasına baxmayaraq Peyğəmbər əfəndimizin əmrinə tabe olan Həzrəti Hanzala da qatılmışdı. Döyüş sona çatanda Müsəlmanlar Mədinəyə dönməyə başladılar. Hərbə iştirak edənlərin yaxınları əcəba bizdən geriyə dönən olacaqmı həyəcanı içərisində yollara sıralanmışdılar. Bunların arasında hələ bir günlük evli olub, gecə yarısı sevgili Peyğəmbərimizin əmrinə tabe olaraq hərbə gedən və şəhidlik şərbəti içən Həzrəti Hanzalanın xanımı da var idi. Hər kəs böyük bir həyəcanla hərbdən dönənlərə yaxınlarını soruşur, lakin heç kimsə kiməsə cavab vermirdi. Ancaq soruşulan sualları sevgili Peyğəmbərimiz əleyhissəlam cavablandırırdı.
Ən son sual soruşma sırası Hanzalanın xanımına gəlmişdi. Rəsulullah əfəndimizə yaxınlaşaraq soruşdu
-  Ey Allahın Rəsulu! Hanzala haradadır
Sevgili peyğəmbərimiz cavabında buyurdu ki
-  Hanzala şəhid oldu.
Bunun üzərinə Hanzalanın xanımı yerə baxaraq, səssizcə
-  Ey Rəsulallah, bu an deyəcəyim şey bir ailə sirridir. Sizlər də yaxşı bilirsiniz ki, yoldaşımla hələ ilk evləndiyimiz gecə idi. Hanzala sizin mübarək əmrinizə tabe olaraq boy dəstəmazı da almadan dərhal hərbə qatıldı. Bu səbəblə əmr versəniz yoldaşımı tapsınlar və yusunlar, dedi.
    Peyğəmbər əfəndimiz buyurdu ki
“Sən Hanzalaya görə narahat olma! Mən Hanzalanı mələklərin yuduğunu gördüm.)
 Bunun üçün ona “Gasilül-melaikə” yəni “Mələklərin qüsl etdiyi Hanzala” deyilir.