Ölüsü də comərd
Comərdliyiylə məşhur bir şəxs vəfat edər. Çox ac olan yolçular bu şəxsin qəbrinin yanına gedib ac olaraq yatarlar. Sərnişinlərdən biri bu şəxsi yuxusunda görər. Bu şəxs öz yaxşı dəvəsiylə yolçunun arıq dəvəsini dəyişmək təklifini edər. Yolçu qəbul edər. Comərd dəyişdiyi dəvəni kəsib sərnişinlərə ikram edər. Yolcular oyanınca dəvəni kəsilmiş görərlər. Bişirib yeyərlər. Dönərkən bir karvana rast gələrlər. Karvandakı bir gənc bu yolçuya yaxınlaşıb deyir ki:
Buyur dəvəni al! Dəyişdiyi dəvə budur.
- Amma o yuxuda idi.
Bəli, mən də yuxumda atamı gördüm. Səni təsvir edib, bu dəvəni sənə verməyimi əmr etdi.
Yolcu, comərdin ölüsünün də insanlara faydalı olduğunu görüb, Comərdə dua edər.