Qanuni Sultan Süleyman Xan
Qanuni Sultan Süleyman Xan, səlib hücumlarına son vermək üçün ordusuyla səfərə çıxmışdı. Ordu, ağır-ağır irəliləyirdi. Yol dar olduğundan ordu məcburən bağların içindən keçirdi. Hava çox isti olduğundan əsgər susuzluqdan qıvrılırdı.
Çox gözəl üzümləri olan bir bağdan keçərkən, əsgərin biri dözə bilməyib, bağdan bir salxım üzüm qopararaq az da  olsa susuzluğunu apardı. Sonra da ağaca yediyi üzümün dəyərinin bir neçə qatı məbləğində pul bağlayaraq, yoluna davam etdi.
Çox keçmədən fasilə verildi. Əsgər, qan-tər içində bir kəndlinin qaçaraq gəldiyini gördü. Xristian kəndli israrla Padşah ilə görüşmək istəyirdi. Kəndlini Qanuninin hüzuruna apardılar. Qanuni soruşdu:
- Nədir bu halın, qan-tər içində qalmısan, yoxsa əsgərlər sənə zərərmi verdi?
- Mən şikayət üçün deyil, məmnuniyətimi bildirmək üçün gəldim. Belə bir əsgəri, belə bir komandiri təbrik etməmək insafsızlıq olar.
- Əsgərlərinin sizi məmnun edəcək nə etmişlər?
- Əsgərləriniz bağdan keçdikdən sonra, üzüm budağında bağlı bir kisə gördüm. İçini açdığım zaman pul vardı. Diqqətli baxdım, bir salxım üzüm qoparıldığını gördüm. Anladım ki, qoparılan üzümün əvəzi olaraq qoyulub. Ordunuzda belə gözəl əxlaqlı əsgər olduğu müddətcə kürəyiniz yerə gəlməz.
Qanuni, dərhal o əsgərin tapılmasını əmr etdi. Xristian kəndli bu əsgərə nə kimi mükafat verəcək deyə maraqla gözləməyə başladı. Nəhayət əsgər tapılıb, Padşahın hüzuruna gətirildi. Qanuni, “Nə üçün icazəsiz belə iş edirsən? Pulu verilmiş olsa belə, sahibindən xəbərsiz mal almanın caiz olmadığını bilmirsənmi?” deyə əsgəri danladı. Sonra da, “Bu əsgər dərhal ordudan uzaqlaşdırılsın” deyə əmr verdi.
Xristian kəndli həyəcanla Süleymandan xandan soruşdu:
- Mən bu əsgərin mükafatlandırılması üçün gəlmişdim, siz onu niyə belə cəzalandırdız?
- Mədəsində, haram loxma olan bir əsgərlə zəfər qazanmaq mümkün deyil. Bunun üçün ordudan atdım. Əgər aldığı üzümün pulunu verməsəydi, zalımlardan olardı. O zaman kəlləsini belə çətin qurtarardı ...