Birdən əvvəl sayı varmı?
Allahu təalanı inkar edən zəki bir dehri [ateist] vardı. Xristian din adamları bu dehriye cavab verə bilmədiyi üçün, sənə ancaq İslam alimləri cavab verə bilər deyərək onu Bəsrəyə göndərirlər. Bəsrəyə gəlib, dünyada mənə cavab verə biləcək bir alim tapa bilmədim, deyər. Hər kəsə meydan oxuyar.
Hammad həzrətləri “hələ əvvəl bizim uşaqlarla söhbət elə, lazım olsa alimlərlə görüşərsən” deyərr, onun qarşısına gənc yaşdakı Numan ibn Sabiti [imamı Əzəm Əbu Hənifə həzrətlərini] çıxarar. Dehri, uşaq deyiləcək yaşda bir gənclə müzakirəni qüruruna sığışdıra bilməz. Kürsüyə yumruq vurub, “Hanı o məşhur alimləriniz” deyər.
Gənc Numan ibn Sabit onu, onun silahı ilə vuraraq, “Nə oldu, demək məndən qorxmağa başladın?”. Dehri bu sözə dözməyərək ilk sualını soruşar:
- Var olan şeyin başlanğıcı və sonu olmaması mümkündürmü?
Mümkündür.
- Necə olur?
Ədədləri bilərsən, birdən əvvəl hansı sayı vardır?
- Bir şey yoxdur.
Məcazi bir olanın qarşısında bir şey olmayınca, həqiqi bir olanın qarşısında nə ola bilər?
- Yaxşı həqiqi olanın istiqaməti nə tərəfədir?
Şamın işığı nə tərəfədir?
- Hər hansı bir tərəfdədir, deyilə bilməz.
Məcazi işıq üçün belə deyilirsə, əbədi nur olan üçün nə deyilə bilər?
- Hər var olanın bir yeri olması lazım deyilmi?
Məxluqları üçün elədir.
- İlah kainatda isə, bir yerdə görünməsi lazım deyilmi?
- Yaradan ilə yaradılan müqayisə edilməz amma süddə yağı görə bilərsənmi?
Görünməz.
- Süddə yağ olduğu bir gerçək ikən, görə bilmirik deyə necə inkar edilirmi? Mən də sənə bir sual soruşum: Sənin ağılın varmı?
Əlbəttə var.
Var olan bir şey görünür dedin. Ağılın varsa göstərə bilərsənmi?
- Yaxşı O, bu anda nə etməkdədir?
Sən bütün sualları kürsüdən soruşdun. Bir az da mən kürsüdən cavab verim.
- Yaxşı gec kürsüyə.
İmamı Əzəm olacaq bu gənc, kürsüyə çıxıb, “Allahu təala bu anda, sənin kimi imansız bir dehriyi kürsüdən endirir və mənim kimi bir Muvahhid kürsüyə çıxarır” deyər və sonra Rəhman surəsinin, “Elə olduqda Rəbbinizin hansı nemətlərini inkar edə bilərsiniz?” məalindəki 28-ci ayəsini oxuyur. İnsanlar hamısı bir ağızdan istiğfara başlayır. Bu vaxt dehri çoxdan uzaqlaşıb getmişdir.