Aslandan qurtardı
İmamı-Rabbani həzrətlərinin keçmiş tələbələrindən seyid olan bir nəfər belə demişdir
    İmamı-Rabbani həzrətlərinin qardaşı, Sürunc adlanan diyarda idi. Ona bir məktub yazıb, hüzuruna gəlməsini istəmişdi. Məktubu aparmağı mənə tapşırmışdı. Yola çıxarkən salamatla getməyim üçün dua edib, Fatihə surəsini oxudu və mənə dedi ki “Yolda Qureyş surəsini çox oxu ki, təhlükələrdən qorunasan. Əgər yolda müşkül bir iş ilə qarşılaşsan, bizi xatırla”
    Getmək üçün yola çıxdım. Yanımda iki nəfər də var idi. Sürunca iki mənzillik yol qalmışdı. Lakin qarşımızda dəhşətli bir çöl var idi. Bu çöldə ikən bir ara yanımdakılardan uzaqlaşıb bir az uzağa getdim. Dəstəmazımı təzələdim və iki rükət namaz qılmaq üçün namaza durmaq istəyirdim ki, bu arada qarşıma birdən birə qorxunc bir aslan çıxdı. Mənə tərəf yaxınlaşırdı. Dərhal xocam İmamı-Rabbani həzrətlərinin “Bir müşkül ilə qarşılaşsan məni xatırla” əmrini yadıma düşdü.
    Öz özümə “Ey xocam” Allahü təalanın izni ilə imdadıma çat, məni bu yırtıcı aslanın pəncəsindən qurtar!” dedim. Hələ sözümü bitirməmişdim ki, İmamı-Rabbani həzrətləri göründü və aslana məndən uzaqlaşması üçün əli ilə işarə etdi. Aslan qaçaraq uzaqlaşıb getdi. O anda da, İmamı-Rabbani həzrətləri birdən gözdən itdi. Bu hadisəni yanımdakı yoldaşlarım da gördü. Sonra məndən soruşdular “ Belə bir anda imdadına çatan bu böyük insan kimdir” Mən də onlara vəziyyəti danışaraq “İmamı-Rabbani həzrətləridir” dedim. Onlar da hu hadisə üzərinə İmamı-Rabbani həzrələrini çox sevənlərdən oldular.