Atəş yerinə kül
Silsiləyi-aliyyə böyüklərindən Bəyazidi Bistami həzrətləri iki mərtəbəli bir evin dibindən keçərkən, yuxarıdan başına bir ləyən kül töküldü. Qadın üzr istədi, görmədiyini söylədi. Bistami həzrətləri, “Çox şükür, atəş tökülməsi lazım olan başa kül töküldü, ucuz qurtulduq” dedi.