Ayağındakı ox
 Rəsulullahın sevgili kürəkəni həzrəti Əli (radıyallahu anh və kərrəmallahü vəchəh) namaza duranda dünya dağılsa xəbəri olmazdı.
    Belə rəvayət edilir Bir hərbdə həzrəti Əlinın “radıyallahü anh” mübarək ayağına bir ox dəyib sümüyə qədər batmışdı. Oxu dartıb çıxarda bilmədilər. Həkimə göstərdilər. Həkim “Sənə yatızdıran, huşu aparan dərman vermək lazımdır.Ancaq o cür oxu ayağından çıxartmaq olar. Yoxsa, bunun ağrısına dözmək olmaz”- dedi. Əmir-əl-möminin həzrəti Əli “radıyallahü anh” “Huşu aparan dərmana nə gərək var Bir az səbir edin, namaz vaxtı gəlsin, namaza duranda çıxardın”- buyurdu. Namaz vaxtı gəldi. Həzrəti Əli namaza başladı. Həkim də həzrəti Əli əfəndimizin mübarək ayağını yarıb oxu çıxartdı. Yaranı sarıdı. Həzrəti Əli (radıyallahu anh), namazını bitirincə həkimə “Oxu çıxartdınmı”- soruşdu. Həkim “Bəli çıxartdım”- dedi. Həzrəti Əli (radıyallahu anh) “Heç hiss etmədim”- buyurdu. Burda  təəccüblü nə var! Necə ki, Yusif əleyhissəlamın gözəlliyi qarşışında Misir qadınları heyran olub, özlərini elə unutmuşdular ki, əllərini kəsdiklərindən xəbərləri olmamışdı. Əgər Allahü təalanın hüzuru öz sevgililərini özlərindən xəbəri olmayacaq bir hala gətirərsə, buna nə üçün təəccüb edilsin Möminlər də vəfat anında Rəsulullah əfəndimizi görüb, ölüm acısını duymayacaqlar.