Ana Səhifə > Maraqlı mövzular > Feyz nədir?

Feyz nədir?

  •                                                                                                                           
    Feyz, qəlbdən qəlbə gələn, insana Allahü təalanın razı olduğu şeyləri etdirən nurdur, bir qüvvətdir. Feyzlər Rəsulullahın mübarək qəlbindən yayılmaqda, övliyanın qəlbləri vasitəsilə ilə övliyanı çox sevən qəlblərə gəlməkdədir. Feyzə qovuşan bir insanın qəlbi elmlər, mərifətlər, kəramətlər xəzinəsi olur. Bu səadətə qovuşmaq üçün Əhli-sünnət etiqadında olmaq və dinin əmr və qadağalarına uymaq şərtdir.
    Bədəni bəsləyən ruzilər və qəlbi təmziləyən feyzlər əzəldə təqdir edilmişdir. Lakin bunlara qovuşmaq üçün adəti-ilahiyyəyə tabe olmaq, səbəblərini axtarmaq, tapmaq üçün çalışmaq lazımdır. Şərtlərinə tabe olaraq çalışana əlbəttə verilir. Qiymətli uləma və övliyanın kitablarındn hazırlanmış olan elmihal və digər kitablardan hər gün bir və ya iki səhifə oxuyan feyz alar. Feyz, nur deməkdir. Nur qəlbə yağar, qəlbi təmizləyər. Oxuduqca qəlb nurlanır. Oxuduğunu da başa düşməyə başlayar.
    Övliya Rəsulullahı yaxşı tanıdığı üçün, Onun mübarək qəlbindən feyz alır və bu feyzlər, onun qəlbindən özünə bağlananların qəlblərinə axar. Feyz gələn qəlb təmizlənir. Əxlaqı gözəl olur. Övliyanın qəlbindəki feyzlər, nurlar günəşin ziyası kimi yayılır. Onu sevən Müsəlmanların qəlblərinə axar. Onların bu feyzləri aldıqlarından xəbərləri olmaz. Qəlblərinin təmizliyini başa düşərlər. Qarpızın günəş altında yetişməsi kimi kəmala gəlirlər. Əshabı-kiram da Rəsulullahın söhbətində belə kəmala gəldilər.


Geri qayıt