Yoxsulluq Gətirən Səbəblər
  • Hədisi-şərifdə buyrulmuşdur: “İnsana yoxsulluq iyirmi dörd şeydən gə­­lər:
    1-Zərurət olmadan ayaqüstə sidiyə getmək.
    2-Cünub olaraq təam yemək.
    3-Çörək qırıntısını dəyərsiz bilib taptamaq.
    4-Soğan və sarımsaq qabıqlarını oda atmaq.
    5-Böyüklərin önündə yerimək.
    6-Atasını və anasını adı ilə çağırmaq.
    7-Ağac və süpürgə çöpü ilə dişini qurdalamaq.
    8-Əli palçıqla yumaq.
    9-Kandarda oturmaq.
    10-Sidiyə getdiyi yerdə dəstəmaz almaq.
    11-Qabı yumadan yemək qoymaq.
    12-Paltarını üstündə tikmək.
    13-Ac ikən soğan yemək.
    14-Üzünü ətəyi ilə silmək.
    15-Evi hörümçəklərdən təmizləməmək
    16-Sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq.
    17-Bazara erkən gedib, gec qayıtmaq.
    18-Kasıb birindən çörək satın almaq.
    19-Ataya və anaya bəddua (qarğış) etmək.
    20-Çılpaq yatmaq.
    21-Qab-qacağı açıqda saxlamaq.
    22-Çırağı, şamı üfürərək söndürmək.
    23-Hər işi bismillah demədən etmək.
    24-Paltarını ayaq üstə geyinmək.”