Ticarətdə And İçmək
  • Doğru da olsa, alış-veriş edərkən and içməməlidir! Hədisi-şəriflərdə buyuruldu ki:
    “Malını, and içərək bəyəndirənə qiyamətdə mərhəmət edilməyəcək.” [Müslim]
    “Alış-verişdə “Vallah belə, billah elə deyil” deyə and içənlərə və sənətkardan, “Sabah gəl, o biri gün gəl” deyə sözündə durmayanlara təəssüflər olsun!” [Deyləmi]
    “Yalan and ilə mal çox satılsa da belə qazancın bərəkəti olmaz.” [Buxari]
    “Alıcı ilə satıcı bir-birinə doğru söyləyib, nəsihət verincə, qazancları bərəkətli olar, malın qüsurunu gizləyib, yalan danışdıqları zaman bu bərəkət qalxar.” [Buxari]
    “Alış-verişdə çox and içmək, malın bərəkətini aradan qaldırar.” [Müslim]
    “Bir zaman gələcək ki, insanlar, tək malın, pulun gəlməsini düşünüb, halalını, haramını düşünməyəcəklər.” [R. Nasıhin]
    “Malını müştəriyə göstərərkən tacirin Allah deməsi, kəliməi-tövhid oxuması günahdır. Bunları pul qazanmağa alət etmək olur.” (Əl-İxtiyar)
    “Əl-İxtiyar” kitabındakı bu ifadədən, müştərini cəlb etmək məqsədi ilə dükanına dini lövhələr asmaq da, dinini ticarətə alət etmək olduğu buradan aydın olur. Hələ dindən, imandan xəbərsiz kəslərin bu hərəkəti, din istismarı olar.
    Ağıllı, axirətin sonsuz qazancını dünyanın keçici qazancı ilə dəyişdirməz. Bütün yaxşılıqların, dinin əmrlərinə uyğun gəlməkdə və yerinə yetirməkdə olduğunu bilər.