Qəbir Sualları
  •  Dünyada ikən etiqadı və əməli düzgün olanlar, qəbirdə sual mələklərinə rahat bir şəkildə cavab verərlər və qəbirləri genişlənərək Cənnət bağçalarından bir bağçaya dönər.
        Əgər ölən adamın etiqadı səhv isə, bidət əhlinə tabe oldusa, suallara doğru olaraq cavab verə bilməz.
        Sual mələklərinin Rəbbin kim? sualına, Rəbbim Allah deyə bilməz, başqa şeylər deyər. Bundan sonra mələklər bir dəfə vururlar, qəbri atəş ilə dolar. Sonunda sönməyə başlayar. Lakin sönmədən təkrar olaraq qüvvətlənir. Bu vəziyyət qiyamətə qədər davam edər.
        Bir çoxları da Dinin nədir? sualına, Dinim İslam, deyə bilməz. Çünki bu adam dünyada ikən haqqı ilə islamiyyəti yaşamamışdır.
        Bəziləri də Kitabın nədir? sualına Quranı-kərim deyə bilməz. Çünki bunlar Quranı-kərim oxuyar, lakin əmrləri ilə əməl etməzlər.
        Bəziləri də Peyğəmbərin kimdir? sualına Peyğəmbərim Muhamməd aleyhissəlamdır, deyə bilməzlər. Şünki, peyğəmbərimizi haqqı ilə sevib, Onun yolunda getməmişlərdir. Bəzi kimsələr dəQiblən haradır? sualına Qibləm Kəbəi-şərif, deyə cavab verə bilməzlər. Çünki bunlar namazlarını müntəzəm olaraq qılmazlardı.
        Qəbir əzabını və qəbir hallarını ağıl ilə başa düşmək mümkün deyil. Qəbirdə hm ruha həm də bədənə əzab vardır. Buna inanmamaq çox təhlükəlidir. Bu inam məzardan qalxmağa inanmamağa aparar. Çünki hər ikisi də Allahü təalanın qüdrəti ilə olmaqdadır. Qəbir əzabının olduğu, Ayəti-kərimələrdə, Hədisi-şəriflərdə və alimlərin sözlərində açıq olaraq bildirilməkdədir.