Pir Muhamməd Gəncəvi
  Qarabağda yetişən məşhur övliyalardandır. Gəncə şəhərindən olub övliyanın böyüklərindən Şəmsi Təbrizinin nəvələrindəndir. On altıncı əsrdə yaşamışdır.
         Təsəvvüfdə zamanın məşhur vəlilərindən (övliyalarından) Abdülqaffar həzrətlərinin dərs və söhbətlərində yetişib kamala çatdı. Rəvayətləri adına yazılan “Mənakibnama”də toplanmışdır.
         Təsəvvüfdə xocası Şeyx Abdülqaffar həzrətlərinə getməsi belə olmuşdur: Pir Muhamməd Gəncəvi uşaqlığında bir gün cüt sürməklə məşğul olan qardaşına azuqə  aparmışdı. Yanına gedib azuqəni verdikdən sonra qeyri-adi bir hala girib qardaşının yanından sürətlə qaçmağa başladı. Qardaşının arxasından qoşub çağırmasına baxmayaraq qaçdı. Atasının evinə qədər qaçdı. Evə girib atasını görüncə orada da durmayıb qaçmağa başladı. Artıq qarşısına hər kim çıxsa ondan qaçırdı. Heç bir yerdə dayana bilmirdi. Niyə belə qaçırsan, deyə soruşduqları zaman  heç cavab vermirdi. Sonunda onu zamanın məşhur vəlilərindən Şeyx Abdülqaffar həzrətlərinin hüzuruna apardılar. Bu şəxs ona: “İnsanlardan nə üçün qaçırsan?” deyə soruşduğu zaman, “İnsanlar mənim  gözümə vəhşi heyvanlar surətində görünür. Əgər  qaçmasam rahat  ola bilmərəm. Məcbur olaraq qaçıram” cavabını verdi.
         Bunun üzərinə Şeyx Abdülqaffar həzrətləri atasına: “Kədərlənmə, oğlunda qorxulası bir şey yoxdur. Allahü təala oğlunun bəsirətini, qəlb gözünü açmışdır. Hər kimə baxsa onun nə xüsusiyyətdə olduğunu qəlb gözü ilə görər. İnsanların çoxu vəhşi heyvan təbiətində olduğu üçün onun gözünə o surətdə görünür. Bu səbəblə o,  insanlardan qaçır. Bundan sonra bizim yanımızda qalsın.  İnşallah kamil bir şəxs olar” dedi. Atası bu sözlər üzərinə onu Abdülqaffar həzrətlərinin yanında qoydu. Çox  zaman onun xidmətində qaldı. Dərslərinə və söhbətlərinə davam edib təsəvvüfdə kamala çatdı. Təsəvvüfdə yetişdikdən sonra xocasının icazəsi ilə atasının yanına  qayıtdı və evləndi.
         Şeyx Abdülqaffar həzrətlərinin ailəsi bir gecə yarısı, “Sizdən sonra yerinizi hansı oğlunuza  buraxacaqsınız?” dedilər. “Oğullarımızın  bizim yerimizə keçmə haqları yoxdur. Yerimə Pir Muhamməd keçəcək, ona buraxacağam” dəyincə razı olmadılar. “Oğullarından birini yerinə buraxmalısan” dedilər və bu barədə təkid etdilər. Bunun üzərinə, “Üç oğlumuz var. Üçü də yanımızda yatırlar. Pir Muhammədin evi Çərkis çayının kənarında yarım günlük uzaq bir yerdədir. Oğullarımın hər birini üç dəfə adıyla çağıracağam. Hansı  yuxudan oyanarsa, yerimi ona buraxacağam. Əgər oğullarımdan  heç biri  yuxudan  oyanmazsa, üç dəfə də  Pir Muhammədi çağıracağam. Əgər üçüncü  çağırışımda  yarım günlük yoldan qalxıb  gələrsə və qapıdan içəri girib: “ Buyurun”, desə yerimə,  insanlara rəhbər olaraq Pir Muhammədi  buraxacağam. Haqq onun olduğuna sənin də şübhən qalmasın” dedi. Buna xanımı da razı oldu. Bundan sonra oğullarının hər birini üç dəfə adı ilə çağırdı. Heç biri yuxudan oyanmadı. Daha sonra tələbəsi Pir Muhammədi iki dəfə çağırdı,  üçüncü  çağırışında qapıdan içəri girdi. “Nə üçün gec gəldin?” deyincə, “ Əfəndim birinci çağırışınızda çarığı geyindim. İkinci çağırışınızda yolu qət etdim. Üçüncü çağırışınızda  hüzurunuza gəldim” dedi. Bundan sonra xanımına, “Bunu quluna Allahü təala verər. Sənin, mənim səyimlə olmaz. Bu iş nəsib məsələsidir” dedi.
Pir Muhamməd Gəncəvi körpə ikən anası dəstəmazsız əmizdirmək istəsə əmməzdi və atası belə bir halda ikən öpmək istəsə beşikdə üzünü çevirib o halı ilə öpməsinə mane olmağa çalışırdı.
         Xocası Şeyx Abdülqaffar həzrətləri vəfatından əvvəl xəstə yatağında  hüzurunda olub xidmətlərini edərkən vəfatının yaxınlaşdığı bir vaxtda, “Sizdən sonra kimin xidmətinə girək?” deyə soruşunca, xocası, “Bizdən sonra səccadəmiz, yerimiz sənindir. İnsanları irşada, haqq yolu izah etməyə sən layiqsən. Kimsəyə ehtiyacın yoxdur. İnsanları Allahın əmrlərinə yönəlt. Onlara dini-İslamı bildirib rəhbərlik et. Sən o dərəcədə kamil biri olarsan ki,  mən öz tələbəm üçün kədərlənmərəm. Fəqət  sənin Cənnətə girən  tələbələrinin daha yüksək olmamasına  kədərlənərəm” demişdir.
         Maqsudlu qəbiləsində Muhamməd adında bir kimsə, Qəzvin şəhərinə qoyun satmağa gedərkən, Pir Muhamməd həzrətlərinə gəlib tələbə olmaq, beyət etmək istədiyini söylədi.” Beyət etmək hər kəsin qazancı deyil. Var yoluna get. İndi beyət zamanı deyildir” dedi. Fəqət o, israrla tələbəliyə qəbul edilməsini istəyərək: “Lütf edib məni də tələbələriniz  arasına alın” dedi. Bu israrı və şiddətli arzusu üzərinə qəbul etdi və, “Haramlardan daim qorun və ehtiyatlı ol.  Yoxsa peşmanlıq çəkərsən” dedi. Bu kimsə beyət edib tələbəsi olduqdan sonra ticarət üçün Qəzvin şəhərinə getmişdi. Orada qoyun satıb pul qazanmışdı. Bazarda gəzərkən  bəzi əxlaqsız qadınlar yanına yaxınlaşdığı zaman xocası Pir  Muhamməd Gəncəvini xatırladı. Həmən bədəni titrəməyə başladı. Beləcə o pis qadınlara meyl etməkdən xilas oldu. Bir gün Pir Muhamməd Gəncəvi, ilkindi namazı əsnasında adəti olmayan bir hərəkət etdi. Namazdan sonra səbəbini soruşduqların zaman belə dedi: “Bizə tələbə olan Məhəmməd heyvan ticarəti üçün gedərkən bizdən beyət almışdı. Qəzvində bazarda gəzərkən yanına pozğun qadınlar yaxınlaşıb meyl etmək istəyincə bədəninə bir titrəmə gəldi. Bu gün ikindi vaxtında filan bağda  bir qadınla görüşmək üçün anlaşmışdı. Biz namazda ikən pis qadın bağın içindən özünü göstərdi. Məhəmməd, bağın divarından o tərəfə atlayarkən belinə basdım. Yıxıldı və beli şiddətli dərəcədə ağrıdı. Sonra o qadına hirslənərək qışqırıb bağırdı və tərk etdi” dedi. Bu sözləri söylədikdən sonra. “ Ey qafil!  Sənə beyət verdikdən sonra sənən günah etmənə mane olmayan,  məhşər günündə səninlə Cəhənnəmə girər” buyurdu.
          Pir Muhamməd Gəncəvi həzrətlərinin məmləkəti, Qarabağ və Gəncə vilayətidir. Bura yay aylarında çox isti olduğu üçün şəhərdən üç günlük məsafədə olan yaylağa çıxardı. Yaylaqda ikən bir gün dəstəmaz alırdı. Ayaqlarını yuduğu zaman birdən sürətli bir şəkildə ayağını irəliyə uzatdı. Sanki bir şeyə vururdu. Üzündə də əsəbilik əlamətləri görüldü. “Adətiniz olmadığı halda ayağınızı niyə belə uzatdınız?”, deyə soruşduqları vaxt, buyurdu ki: “Bizim filan tələbəmiz sahildə pambıq tarlasını sulayarkən bir kimsə yanına gəlib: “Suyu mən tarlama axıdırdım. Nə üçün suyumu kəsib öz tarlana axıdırsan?  Məni də avara qoyursan?” dediyi zaman bizim tələbəmiz dedi ki: “Suyun sizin tarlanıza axdığından mənim xəbərim yox idi. Mən suyu səhraya boş axdığını zənn etdim. Al suyu sən təkrar tarlana axıd” dedi. Fəqət adam bu üzrü qəbul etmədi. Hirsli bir halda yanına yaxınlaşıb əlindəki beli tam başına vurmaq üzrə ikən, tələbəmiz Allahü təalanın icazəsi ilə bizdən kömək istədi. O qədər qorxub  bizi elə çağırdı ki, ürəyim parçalandı. İşdə o kimsəyə ayağımla vuraraq mane oldum.
         Daha sonra bu hadisəyə şahid olan tələbəyə necə olduğunu soruşduqları vaxt belə anlatdı: “O kimsə aşağıda tarla suvararmış. Mən onun tarla sulamaqda olduğunu bilmirdim. Su səhraya boş axır deyə öz tarlama kəsdim. Mən pambıq tarlama suvararkən, bir də baxdım ki, o adam hiddətli bir halda yanıma gəldi. “Nə üçün mənim suyumu kəsdin” dedi. Mən çaşıb qüsura baxma, suyun sənin tarlana axdığını bilmirdim. Boşa axır zənn edirdim. Üzr istəyirəm. İndi buyur təkrar tarlana axıd, dedim. Lakin adam razı olmadı, şiddətlə yanıma yaxınlaşdı. Əlindəki beli başıma vurmaq üçün qaldırdı. Çarəsiz qalıb dərhal xocam Pir Muhamməd Gəncəvi həzrətlərini  xatırladım. Allahü təalanın izni ilə köməyimə yetişməsi üçün, “Ya Şeyxim!” deyə imdad istəyərək qışqırdım. Bu sırada adamın əlindəki bel yerə düşdü.
         Tələbələrindən Dəmirçi Həsənli qəbiləsindən Molla Muhamməd bir gün evində qüsl dəstəmazı alıb xocasının məscidinə getdi. Bir müddət sonra  Pir Muhamməd Gəncəvi həzrətləri məscidə gəldi. Tələbələrinə baxıb, “Ağzı qırıq səhəng ilə ağ daş üzərində qüsl dəstəmazı alan adam, qoltuğunun altında yuyulmamış yer  buraxmısan. Dərhal get yu gəl!” buyurdu. Molla Muhamməd bu sözü eşidincə, öz-özünə, “Ağzı qırıq səhəng ilə qüls dəstəmazı alan mənəm! Xocam bu sözü mənim üçün söylədi. Lakin bu qədər yoldaşlarımın arasında qalxıb getməkdən, halımı müəyyən etməkdən utanıram” deyə düşünməyə başladı. Tam bu sırada xocası Pir Muhamməd  həzrətləri ona xitab edib: “Molla Muhamməd! Bizim xidmətçilər oduna gedəcəklər, get onları göndər” dedi. Bunun üzərinə Molla Muhamməd dərhal qaxıb çölə çıxdı. Gedib qüsl dəstəmazı alarkən quru qalan  qoltuğunun altını yuyub namaza yetişdi.
         O zamanın məşhur mürşidlərindən Şeyx Qubad Şirvani vəfat edincə,  Şirvanda olan tələbələrindən bir neçəsi toplanıb Pir Muhamməd Gəncəviyə gedib tələbə olmağı qərarlaşdırdılar. Aralarında təsəvvüfdə yüksəlmiş kəşf sahibi qiymətli bir tələbə də vardı.  Ona, “Sən də bizimlə gəl birlikdə gedək” dedilər. Qəbul edib, “Mənim təsəvvüfdə bir müşkülüm var. Nə qədər şəxslərə ərz etdim, heç birisi həll edə bilmədi. Şeyx Pir Muhamməd Gəncəvi həzrətləri bu müşkülümü həll edər qənaətindəyəm. Mən də sizinlə gəlim”, dedi. Birlikdə yola çıxıb bir namaz vaxtı Pir Muhamməd həzrətlərinin olduğu yerə çatdılar. O günlərdə bahar mövsümü girmişdi. Pir Muhamməd həzrətləri və tələbələri yaylağa köç hazırlığı edirdilər. Tələbələrdən hər biri bir çuval un və ya bir çuval düyü yüklənib yaylağa daşıyırdı. Pir Muhamməd həzrətləri də vəzifələndirdiyi birisinə kimin nə gətirdiyini  yazdırırdı. Bu təlaşlı sırada Şirvandan gələn qonaqlar arasındakı kaşif əhli tələbə bir hu çəkib özündən keçdi. Bir müddət özündən keçmiş halda qaldı. Ayılınca yoldaşları. “Bu nə hal, sənə nə oldu?” deyə soruşdular. Bunun üzərinə, mən sizə bəhs etdiyim müşkülümü Pir Muhamməd həzrətləri un və düyü daşınarkən həll etdi. “Şeyx Pir Muhamməd  hər kimi qəbul etsə, mən belə qəbul edirəm. Qəbul etmədiyi kimsəni məndə qəbul etmərəm” deyə bir səs eşitdim. Bu səsi eşidincə özümdən keçdim. Əcəba Şeyx həzrətləri məni qəbul edərmi və ya rədd mi edər deyə özümdən keçdim” dedi. Bu tələbənin gözləri kor olduğu halda Pir Muhamməd həzrətləri  yanlarına yaxınlaşıb məscidin  qapısına gəlincə, fərqinə varıb yerdə iməkləyərək ayaqlarına bağlandı. “Allah rizası üçün məni tələbəliyə qəbul et!” deyə yalvardı. Bunun üzərinə Pir Muhamməd həzrətləri, “Biz qəbul etdik. Dua edərik ki, Allahü təala da qəbul buyursun” dedi.
         Yenə Şirvandan bir qrup dərviş, Pir Muhamməd Gəncəvi həzrətlərinin ziyarətinə gəlmişlərdi. Söhbət əsnasında öz məmləkətlərində olan bəzi şəxslərin vəlilərdən olub olmadıqlarını soruşdular.  Bunlara cavab olaraq. “Soruşduğunuz şəxslərdən Şeyx Əmir Allahü təalanın  vəli quludur. Vəlilər dəftərinə qeyd olmuşdur. Muhamməd  əleyhissəlamın  məclisi-şərifində aşağı tərəfdə yeri vardır. Gələr oraya oturar. Şeyx Abdullah  və Şeyx Aqasi  övliya dəftərinə daxil deyildirlər. Fəqət Allahü təalanın duası  məqbul qullarındandır” buyurdu.
         Anadan gəlmə kor bir nəfər Pir Muhamməd həzrətlərinə gəlib yalvararaq, “Dünyanı heç görə bilməmişəm! Mənə bir dua etsəniz də gözlərim açılsa, dünyanı  seyr etsəm” dedi. Korun bu yalvarışı üzərinə ona dua etdi. “İnşaalahü təala ölümün yaxınlaşdığı sıralarda gözlərin açılar” buyurdu. Daha sonra Pir Muhamməd həzrətləri vəfat etdi. Dua alan kor kimsə, kor olaraq uzun bir müddət yaşadı. Bir gün anidən gözləri açıldı. Yoldaşları onun gözlərinin açılmasına çox sevindilər. Bunun üzərinə gözləri açılan kimsə, “Gözlərim açıldı amma ölümüm də yaxınlaşdı! Çünki Pir Muhamməd həzrətləri həyatda ikən gözlərimin açılması üçün ondan dua istədim. Mənə dua edib vəfatım yaxınlaşdığı vaxt gözlərimin açılacağını söyləmişdi. Əlhamdulilləh o mübarək şəxsin duası qəbul olundu və gözlərim açıldı. Allahü təala bilir ölümüm də yaxındır” dedi. Gözləri açıldıqdan bir neçə gün sonra vəfat etdi.
        Qara  Kəthuda adında bir şəxs bir gün Pir Muhamməd Gəncəvi həzrətlərinə, “Əfəndim bir kimsə nə vaxt öləcəyini bilib halallaşsa və gücü çatdığı qədər ölümə hazırlansa yaxşı deyildirmi?” deyə sual etdi. Bu sual üzərinə, “Yaxşıdır” buyurunca, “Mənim  nə vaxt vəfat edəcəyimi lütf edib bildirin” dedi. Bunun üzərinə, “Molla Adil Paşa ilə Molla Pürkadəmdən hansı əvvəl vəfat etsə, sən ölüm hazırlığını et!  Sənin ölümün bu iki elm əhlinin ölümləri arasındadır” buyurdu. Bu kimsə Pir Muhamməd həzrətlərinin vəfatından sonra iyirmi beş il daha yaşadı. Nəhayət bildirilən alimlərdən Molla Adil Paşa vəfat etdi. Xalq toplanıb cənazə namazını qıldılar. Qara Kəthuda camaat dağılmadan  hamısı ilə tək-tək müsafəha (əl sıxmaq) edib halallaşdı və ağladı. Nə üçün ağladığını soruşduqlarında, “Şeyx Pir Muhamməd Gəncəvi həzrətləri mənə demişdi ki, “Sənin ölümün, Molla Adil Paşa və Molla Pürkadəmin vəfatları arasında olar!” Adil Paşa vəfat etdi. Mənim ölümüm də yaxınlaşmışdır” dedi. Bir neçə gün sonra da vəfat etdi.
        Elm öyrənməklə məşhur olan üç tələbə Pir Muhamməd həzrətlərini ziyarət üçün Gəncə şəhərindən yola çıxdılar. Səfərləri sırasında ionlardan biri, “Əgər bu hüzuruna getdiyimiz şəxs mürşidi-kamildirsə, qızını mənə nikahlar” dedi. Bunun üzərinə digəri də, “Əgər dediyin kimi bir şəxsdirsə, bizə süd, plov və bal ikram edər” dedi.  Üçüncü yoldaşları da,  “Mürşidi-kamildirsə bizi  Molla Feyzullahın evində qonaq  edər” dedi. Onların gələcəyi gün Pir Muhamməd həzrətləri, “Bu gün qonaqların gəlməsi lazımdır. Bir az süd hazırlayın” dedi. Qonaq tələbələr hüzuruna gəldikləri zaman, “Qonaqlara süd və plov bişirin yanına da bal hazırlayın” dedi. Hazırlıqlar  edildikdən sonra  böyük oğlu Vəli Muhammədə, “Plovu yeznənin önünə qoy” deyərək yolda mürşidi-kamildirsə qızını mənə verər, deyən tələbəni göstərdi. “Bal da gətir” dedi və süfrəni qurdurdu. Yemək yedikdən sonra söhbətə başlayıb bu tələbələrə, “Sizdən biriniz bizi  sınaq üçün  şeyx mürşidi-kamil isə  qızını mənə versin deyər. Allahü təalanın təqdiri olmayan işi insanın etməyə gücü çata bilər mi?”  buyurdu. “Biriniz də mürşidi-kamildirsə  bizə süd, plov ikram etsin və bal da gətirsin” deyər. “Siz bir yerə gəlsəniz, süd və bal olmasa,  mürşidi-kamil olan şəxsin,  mürşidi-kamil olmamasını mı gərəkdirər.”   Bizi Molla Feyzullahın evində qonaq etsin deyən tələbəyə də, “Molla Feyzullahın bir neçə qızı vardır. Bu vəsilə ilə qızları görmək istəyərsən” buyurdu. Tələbələr səhv düşüncələrinə və  davranışlarına çox peşman olub  çox utandılar.  Daha sonra  ayrılıb getdilər.
        Dövrünün məşhur alimlərindən biri Pir Muhamməd həzrətlərinin bəzən bilinməyən bir dil ilə danışdığını eşitmişdi. Bu alim bir yük kitabı yanına alıb hüzuruna getmişdi. “Əgər bəzən  danışdığı dil bu kitablardan birində olarsa nə yaxşı, yoxsa onu atəşdə yandıraram” dedi.  Pir Muhamməd həzrətlərinə,  “Siz  bir dil ilə danışarmışsınız. Bu dil kitablarda vardırmı?”, dəyincə,  “Vardır” cavabını verdi. Bunun üzərinə kitabları gətirən kimsə xidmətçisinə bir sandıq göstərib bunu aç dəyincə, Pir Muhamməd həzrətləri, “O sandıqda deyil, digər sandıqdadır” dedi. Göstərilən sandığı açdı. Axtardıqları kitabı tapdılar. “Hansı sandıqda olduğunu bildin. Hansı kitabda onu da bildir” deyərək göstərilən sandıqdakı kitabları bir-bir  göstərərək bundamı, bundamı deyə soruşdu. Göstərdikcə  “Onda deyil” dedi. Sonunda bir kitab çıxardı, “Bu kitabdadır” deyincə, “Hansı səhifədə onu da ifadə et” deyərək səhifələri çevirməyə başladı. İrəlidə dəyincə çevirməyə davam etdi. Açarkən, “Bir daha çevir  o səhifənin üst üzündə yazılıdır” dedi. İşarə etdiyi səhifəyə baxdı. O səhifədə belə yazılı idi: “Gerçəkdə bir dil vardır ki o dil nə Ərəbcə nə Farsca nə Türkcə nə də Süryani dillərindəndir. Heç bir dilə uyğun gəlməz. Fəqət Allahü təala o dili bəzi qullarına bildirər” O alim şəxs bu hala şahid olunca  böyük bir məhəbbət ilə bağlandı.
        Olduqları məmləkətin məşhur bir ailənin Bəşarət Əfəndi adında bir xidmətçiləri vardı. Bu xidmətçi uzun zaman xidmətlərini gördükdən sonra  onu sərbəst buraxdılar. Bəşarət Əfəndi onlara, “Saqqalım ağardı, qocaldım. Bu ana qədər mənə İslamiyyətin şərtlərindən və din bilgilərindən heç bir şey öyrətmədiniz. İndi mən nə edim” deyə üzüntüsünü dilə gətirdiyi vaxt, “Sən Şeyx Pir Muhamməd həzrətlərinin  xidmətinə  get. Namaz qılmağı və  din bilgilərini onun xidmətində öyrənərsən” dedilər. Bunun üzərinə Pir Muhamməd həzrətlərinin yanına gedib halını ərz etdi. “Qiraət öyrənə bilərsənmi?” deyincə, buna gücüm çatmaz, deyə cavab verdi. Bunun üzərinə Şeyx həzrətləri bir tələbəsinə, “Namazın  rükətlərini, ədədini, hər vaxtda sünnə və fərz  neçə rükət namaz qılındığını öyrət. Quranı-Kərim oxumağa qadir olmayan ümmilər (yazmaq, oxumaq bilməyən) kimi bu da namazını qılsın” buyurdu. Bu qoca, “Mənə bir xidmət əmr edin” deyə ərz edincə də, “Bizi ziyarətə gələn qonaqların dəstəmaz  sularını hazırlamağı sənə vəzifə olaraq verdik” dedi. Canla başla qəbul edib su lazım olduqca bir ağacın iki ucuna bağladığı səhəng ilə daşıyardı. Bu qoca xidmətçi Şeyx həzrətlərinə  dərin bir məhəbbətlə daim su daşıyardı.
         Bir dəfə də Pir Muhamməd həzrətləri yaylağa çıxmışdı. Bu sırada Üçoğlan qəbiləsindən Üveys Ağa adında bir nəfər bir qrupla birlikdə Şeyx həzrətlərini ziyarətə getmək üzrə yola çıxmışdı. Yolda zöhr namazının vaxtı girdiyi üçün namazı qıldılar. Bu vaxtda Üveys Ağa camaatda olanlara, “Şeyxə nə hədiyyə apararsanız?” deyə soruşdu. Hər kəs bir-bir hədiyyəsini söylədi. Aralarında Gənc Sofi adı ilə məşhur olan bir nəfər vardı. Ona sıra gələndə “Sənin hədiyyən nədir?” deyə soruşdu. “Mənim öz tərəfimdən hədiyyəm yoxdur. Fəqət Şeyx həzrətlərinin Lənbəran deyilən yerdə bir tələbəsi var. Bu tələbəsi  bağçasında  ərik yetişdirir. Yetişən ilk ərikləri mənimlə  Şeyx həzrətlərinə göndərdi. Mən də bu ərikləri aparıram” deyə  cavab verdi. Üveys Ağa sözü keçən birisi idi. “Baharın ilk günlərində ərik yetişərmi? Aç baxım” dedi. Gənc Sofi. “Əmanətdir, aça bilmərəm. İstəyirsiniz siz özünüz açıb baxın” dedi. Üveys Ağa qabı açıb baxanda ərikləri  gördü. Gənc sofiyə iki dənə ərik ver yeyim” dedi. “Əmanətdir verə bilmərəm” deyəndə, Üveys Ağa iki dənə ərik üçün Şeyx bizə nə edər, deyərək iki dənəsini alıb yedi. Sonra hər kəs atına minib yoluna getdi. Üveys Ağa  düz yolda gedərkən atı dolaşıb düşdü və sağ qolu qırıldı. Pir Muhamməd həzrətlərinin dərgahına yaxınlaşdıqları sırada qoca xidmətçi Bəşarət Əfəndi onları qarşılayıb hər birinə xoş gəldin deyə müsafəha etdi. Sağ qolu qırılmış olduğundan sol əlini tutaraq müsafəha edən  Üveys Ağa, “Üzrümüz var  qüsurumuza baxma” dedi. Qoca xidmətçi, “İki ərik üçün qolunuzu nə üçün qırdınız?” deyincə, gələn qonaqlar çox heyrət etdilər. “Bu xüsusun  Şeyx həzrətləri tərəfindən kəşf  ediləcəyini gözləyərkən, xidmətçisi kəşf edib vəziyyəti bildirdi” dedilər. Qoca xidmətçi Bəşarət Əfəndi heç bir şey bilmədiyi halda Pir Muhamməd həzrətlərinə məhəbbəti və xidməti səbəbiylə qəlb gözü açılmış, vəlilik dərəcəsinə yüksəlmişdi.
        Tələbələrindən biri Bərdağ qəsəbəsində meyvə yetişdirərdi. Meyvələr yetişən kimi xocasına aparmaq istədi. Ancaq xocasının yaylaqdan dönüb-dönmədiyini bilmirdi. Bunu öyrənmək üçün yola çıxdı və atlı bir kimsənin özünə doğru gəldiyini  gördü. Yanına yaxınlaşınca daha o soruşmadan, “Şeyx həzrətlərini soruşarsansa o, dünən yaylaqdan qayıtdı” dedi. Bu xəbəri eşidən kimi tələsik qayıdıb xurcuna qovun və qarpız doldurub atına yüklədi. Özü də ata minib yola çıxdı. Gedərkən  özünə şeyx həzrətlərinin yaylaqdan qayıtdığını xəbər verən atlını gördü. Əlində də bir silah görüncə qorxdu. “Qaçsam onsuzda xilas olmaram” dedi. Doğruca yanına yaxınlaşıb salam verdi. Salamını alıb, “Mən də şeyx həzrətlərinin olduğu yerə gedirəm, birlikdə gedək” dedi.  Bunun üzərinə istər-istəməz onunla yola davam etdi. Özünə yoldaş olan bu kimsə, “Xurcununda hər halda meyvə var. Bizə də bir qovun versən biz də yesək  olmazmı?” dedi. O kimsə, “Bunları Pir Muhamməd Gəncəvi həzrətlərinə  aparıram. Vermək üçün ondan izn almaq lazımdır” dedi. “Əgər təmənnasız verməsən borc olaraq ver” dəyincə xurcundan bir qovun çıxarıb uzatdı. Bunun üzərinə, “Soy yeyək” dəyincə, qovunu soyub dilimlədi. O kimsə də qovunu yedi. Birlikdə yola davam etdilər. Xocasına qovun, qarpız  aparan tələbəyə yolun qorxulu yerlərində yoldaşlıq etdi. Xocasının olduğu diyara yaxınlaşdıqları sırada yol kənarında bir xırman sahibinin yanında durdular. Tələbəyə yoldaşlıq  edən atlı xırman sahibinə yaxınlaşıb: “Bu sufidən bir qovun borc aldım. Mənə bir qovun verin bunun qovununu ödəyim” dedi.  Xırman sahibi and içərək, “Bizim qovunumuz yoxdur” dedi. Xırman sahibinə, “Bu samanın içində qovun tapsaq bizim olsunmu ?” dedi. “Qovun deyil qızıl tapsanız sizin olsun” deyincə, saman tayasının bir yerini  mizraqla göstərib burada qovun var, çıxarıb bizə ver!” dedi. Xırman sahibi maraqla işarə etdiyi yeri qarışdırıb saman tayasının içindən iki qovun çıxdığını gördü. Buna çox təəccüb etdi. Çünki oraya qovun qoymamışdı. Qovunları aparıb ona verdi. Xocasına qovun, qarpız aparan  tələbə də çox çaşmışdı. Çünki saman tayasının arasından çıxan qovunlar borc verdiyi qovunun eynisi idi. Qovunlardan birini alıb borc aldığı qovunun yerinə verdi. Digərini də kəsməsini söylədi. Borc verdiyi qovunu alıb xurcununa qoydu. Digərini də kəsdi. Xırman sahibi ilə birlikdə yeyərkən bir ara qovunun çəyirdəyini kənara tökmək üçün bir tərəfə əyilib qalxdığı zaman ona yoldaşlıq edən kimsənin gözdən itdiyini gördü. Bunun üzərinə qalxıb heyrət içində yoluna davam etdi. Yolda zöhr namazının vaxtı girdi. Bir yerdə dayandı və dayandığı yerdə axar su gördü. Bu sudan dəstəmaz aldı. Namaz qılacağı sırada suyun başında Pir Muhamməd Gəncəvinin dayandığını gördü. Yanına yaxınlaşdı. Bu dəfə də başqa bir kimsə şəklində gördü. Bu kimsə, “Şeyxin kəndində indi azan oxunacaq, tələsik get! İnşallah camaata yetişərsən” dedi. Bunun üzərinə dərhal getdi. Camaata yetişib camaatla namaz qıldı.  Namazdan sonra gözlədi. Bu sırada xocası Pir Muhamməd həzrətləri, “Dağdan gələn sufini çağırın gəlsin!” buyurdu. Gəlib hüzuruna oturunca, “Bu gün başından keçən hadisələri bu camaata  başa sal” dedi. O da başından keçən hadisələri camaata tək-tək izah etdi. Camaatda heyrətlə dinlədi.
        Maqsudlu qəbiləsindən  Ağqaşoğlu Hüseyin Ağa  adında bir nəfər vardı. Bu şəxsin bir qızı Pir Muhamməd Gəncəvi həzrətlərinin oğlu Həbib Muhamməd ilə  nişanlanmışdı.  Fəqət qız nişanlı ikən öldü. Bunun üzərinə qızın atası çox kədərləndi. Şeyx həzrətləri ona başsağlığı üçün getdiyi zaman, Ağqaşoğlu Hüseyin Ağa ağlayıb, “Dünyada sizinlə qohumluq qurmuşduq, nəsib olmadı. Bu qohumluq səbəbi ilə axirətdə sizə yaxın olmağı ümid edirdik. Ancaq buna səbəb olacaq qızımız vəfat etdi. Buna görə üzüntümüz çoxdur” dedi. Pir Muhamməd Gəncəvi həzrətləri, “Yaxınlığımız kəsilməz, üzülmə. Çünki bu anda sizin xanımınız hamilədir. Hələ özünüzün də xəbəriniz yoxdur. Bir qız uşağınız dünyaya gələcək. O zaman siz və biz dünyadan köçəcəyik. Bu qızınız böyüyəcək. Oğlum Həbib Muhammədlə Allahü təalanın izni ilə evlənərlər və beləcə qohumluğumuz davam edər” dedi. Sonra Hüseyn Ağanın bir qızı dünyaya gəldi. Şeyx həzrətləri və Hüseyn Ağanın vəfatından sonra  bu qız ilə Şeyx həzrətlərinin oğlu  Həbib Muhamməd evləndi.
        Pir Muhamməd Gəncəvi həzrətlərinin Yassıbuğa adında məşhur bir öküzü vardı. Yaylağa çıxdıqları zaman  Şeyx həzrətlərinin  qonşuları Naxçıvan duzlağından duz  gətirməyə getdikləri zaman Şeyx həzrətləri Yassıbuğanı da duz yüklənməsi üçün göndərərdi. Bir dəfə duz gətirdikdən sonra Şeyx həzrətləri məsciddən evinə gedərkən   Yassıbuğa qarşısına çıxdı.  Ayaqlarını yerlərə sürərək bir müddət Şeyx həzrətlərinin qarşısında dayandı. Bunun üzərinə, “Yassıbuğa, lisani-hal (üzünün hərəkətindən, duruşundan aydın olan şey) ilə  bizə şikayət edir. Allahü təala sizə bu qədər  nemət və izzət vermişdir ki, heç bir şeyə ehtiyacınız yoxdur. Məni duz  gətirməyə göndərməsən olmazmı? Kürəyim və ayaqlarım çox ağrıdı” deyir. Sonra da, “Bundan sonra bu buğaya kimsə yük yükləməsin. Cütə də qoşulmasın, sərbəst buraxılsın. Övladıma vəsiyyət edirəm ki , duz gətirmək üçün öküz göndərməsin. Duz lazım olanda satın alsınlar.  Bu tənbehdən sonra Yassıbuğa sərbəst buraxıldı. Çox zaman sonra Mərdəkird kəndinin əhalisindən bir nəfər cüt sürərkən Yassıbuğa gəzə-gəzə yanına  yaxınlaşmışdı. Cütçü Yassıbuğanı tutub cütə qoşdu.  İkindi vaxtına qədər cüt sürdü. Sonra da buğanı aşdı. Yassıbuğa oradan qurtulunca qoşaraq Şeyx həzrətlərinin olduğu yerə gəldi. Bu sırada cüt sürən kəndlinin əl-ayağı tutmaz oldu və yığılıb qaldı. Yaxınlıqda cüt sürən cütçülər, gəl artıq kəndə dönək, deyə çağırdıqları zaman “Əlim ayağım iflic oldu. Halım pərişandır” dedi.  Cütçülər bunu eşidən kimi başına toplaşdılar. “Elə indicə cüt sürürdün sənə nə oldu?” dediklərində, “Şeyxin  kəndi tərəfindən bir kök öküz gəldi. Bu öküzü tutub cütə qoşdum. Bir müddət cüt sürdüm sonra da azad etdim. O anda  birdən-birə əlim ayağım tutmaz oldu” dedi.  Bu sözləri dinləyən cütçülər arasından biri, “Hər halda Şeyx həzrətlərinin sərbəst buraxdığı öküzü cütə qoşmusan. Bu səbəblə başına bəla gəlib” dedi. Bu sırada Pir Muhamməd Gəncəvi həzrətləri də məsciddə ilkindi namazını qıldıqdan sonra məscidin qapısında dayandı.  Bir də baxdılar ki, Yassıbuğa qaçaraq ona doğru gəlir. Bunun üzərinə orada olanlara, “Yassıbuğanın şikayəti vardır! Cütə qoşmuşlar deyəsən!” dedi.
         Əli ayağı tutmaz olan cütçü isə vəziyyətin fərqinə varıb yanına bir miqdar  hədiyyə alaraq, “Məni Şeyx həzrətlərinin hüzuruna aparın” dedi.  Qohumları təkidi ilə onu Şeyx həzrətlərinin hüzuruna gətirdilər.  Üzr istəyib əfv etməsini  və duasını istədi. Şeyx həzrətləri  əfv edib xeyir dua etdi və o anda cütçünün  əl-ayağı tutmağa başladı və əvvəlki vəizzyətinə döndü. Qalxıb kəndinə getdi.
         Pir Muhamməd Gəncəvi həzrətlərinin bir iti var idi.  Evinin yanında kənd əhalisi toplandığı zaman aralarında qüslsüz bir kimsə olsa idi, it o kimsənin paltarının ətəyindən tutub çəkərək camaatın arasından çıxarardı.  Bir kimsə cəzası olan günah işləsə, o kimsənin də paltarından tutub yavaş-yavaş çəkərdi. Haram olan bir yemək önünə atılsa əsla yeməzdi. Şeyx həzrətləri bir toya dəvət edilmişdi. Qonaq olaraq getdiyi kəndə iti də arxasından getmişdi. Toy yeməyi paylandığı sırada Şeyx həzrətlərinin tələbələrindən  bəziləri toy yeməyindən bir miqdar itin önünə atılmasını söylədilər. Önünə atdıqlarında yemədiyini gördülər. Səbəbini soruşduqları vaxt, tələbələr bu it haram qarışmış şeyləri yemir, seçir dedilər. Bunun üzərinə yeməyi halaldan olduğunu yaxşı bildikləri bir qonşudan çörək istəyib önünə atdılar, it bu çörəyi yedi. Eyni çörəkdən bir qisminin içinə toy plovu  qoyub  atdılar. İt çörəyin arasındakı toy plovunu ayaqları ilə ayırıb çörəyi yedi.
         Bir dəfə özünün də sonradan dəfn edildiyi qəbiristanlığın divarını inşa etdirmək üçün əhalini işlətdirirdi. Əhali daş daşıyırdı. Bu sırada biri hüzuruna gəlib, “Oğluma filan adamın qızını almaq üçün hazırlıq etdim. Bir xeyir duası edərsiniz, Allahü təala bizə xeyirlisi versin” dedi. Bu adama, “O kimsənin qızının  sənin oğlunla evlənməsi təqdir edilməmişdir. Sənin oğlunun evlənməsi təqdir edilən qadının əri bu camaatın arasında daş daşıyır” buyurdu. Bunun üzərindən o kimsə hazırlığından və təşəbbüsündən vaz keçdi. Bir  neçə gün sonra camaat arasından bəhs edilən kimsə vəfat etdi. Daha sonra da dul qalan xanımı ilə dua üçün gələn kimsənin oğlu evləndi.
        Yenə Molla Əli atasından nəql edərək belə  anlatmışdır: “Əshabı-kiram düşmənlərindən bir qrup, Şah Təhmasibin yanında Pir Muhamməd həzrətlərinin  əleyhinə danışaraq çox  şeylər söylədilər. “Qarabağda bir sünnə kimsə çıxmış o bölgənin xalqı hədiyyələrini həmişə ona verirlər. Şeyx Səfi övladına hədiyyə gəlməz oldu” dedilər. Bunun üzərinə Şah Təhmasib Şeyx həzrətlərini yanına gətirmək üçün  adamlarından bəzilərini vəzifələndirdi. Pir Muhamməd həzrətləri kəraməti ilə bu qərarı kəşf edib, “Şah Təhmasib bizi hüzuruna aparmaq üçün adam təyin etdi” dedi. Sonra bəzi dostları ilə məsləhətləşib onun adamları gəlmədən əvvəl özü getməyə qərar verdi. Tələbələrindən bəzilərini də yanına alıb Qəzvin şəhərinə getdi.  Şahın ordusunda  Şeyx həzrətlərini sevən Əhli sünnə etiqadında məşhur bir kimsə vardı. Şeyx həzrətləri Qəzvinə çatınca bu kimsənin çadırında qonaq oldu. Bu sırada Şahın onu gətirmək üçün vəzifələndirdiyi kimsələr hazırlıq edir, atlarını nalladırdılar. Qonaq olduğu kimsə  o əsgərlərə xəbər göndərib, “ Getmənizə ehtiyac yoxdur. Şeyx həzrətləri özü gəldi” dedi. Gəlib görüşdülər və onun olduğu çadırda qonaq qalmasına razı oldular. Ertəsi gün də Şaha aparmaq üzrə olduğu çadırdan aldılar. Yolda  gedərkən onu görən azğın düşmənlərindən biri, “İndi Şah əmr edər, mən də sənin  dərini soyub, çarıq edib ayağıma geyərəm!” dedi. Pir Muhamməd həzrətləri bu azğın düşmənə  cavab olaraq, “Allahü təalanın dediyi olar. Sənin dediyin olmaz” buyurdu. Şah Təhmasibin  yanına çatınca, Şah adamlarına, “Doğması yaxınlaşmış bir inəyi  tapıb bura gətirin” dedi. İnəyi tapıb gətirdilər. Şah önlərində duran inəyi göstərərək, Şeyx həzrətlərinə, “Bu inəyin buzovu erkək yoxsa dişidir” Əlaməti nədir?” deyə soruşdu. Pir Muhamməd həzrətləri inəyə baxıb, “Allahü təala bilər ki, bu inəyin buzovu  erkəkdir. Rəngi qara və quyruğunun ucu ağdır” dedi.  Şah Təhmasib adamlarına əmr edib, “Bu inəyi kəsin və qarnından çıxan balasını pərdəsi ilə yanıma gətirin” dedi. Dərhal inəyi aparıb kəsdilər və buzovu  inəyin qarnından  çıxarmadan gətirdilər. Önündə buzovu çıxartdılar. Baxdı ki,  buzov erkək, rəngi qara və quyruğunun ucu da ağ. Eynilə Pir Muhamməd həzrətlərinin  təsvir etdiyi kimi.
         Şah Təhmasib bu hadisəyə çaşıb ikinci bir plan qurdu. Şeyx həzrətlərinə və tələbələrinə bəlli etmədən zəhərli şərbət vermələrini əmr etdi. Adamlarına, “Baxaq zəhərlənəcəklərmi?” dedi. Şahın adamları Şeyx həzrətlərinə və tələbələrinə içinə zəhər qatdıqları şərbəti içirtdilər. Sonra da Şahın  yanından çıxdılar. Şeyx həzrətləri oradan ayrıldıqları zaman tələbələrinə, “Bizə içirdikləri şərbət zəhərli idi” dedi. Daha sonra tənha bir evdə toplanıb, “Lə iləhə illəllah” deyərək zikrə başladılar. O qədər zikr etdilər ki, hamısı çox tərlədi və içdikləri şərbətdəki zəhəri tər ilə bədənlərindən çölə atdılar. Heç birinə bir zərər olmadı. Şahın adamları kin içində Şaha, “ Bunları qətl etmək lazımdır” dedilər. Şah Təhmasib, “Biz onların hamısına zəhər içirtdik, əgər öldülərsə nə yaxşı! Yox zəhər təsir etmədi və ölmədilər isə onları öldürmək insafa sığmaz” dedi. Sonra olduqları yerə adam göndərib vəziyyətlərini öyrənmək istədi. Heç birinə bir zərər gəlmədiyini xəbər aldı. Bunun üzərinə Pir Muhamməd həzrətlərini yanına çağırıb, “İndi isə evinizə  qayıdın. Mənim vilayətimdə nə istəsəniz edin. Kimsə səni incitməsin. Çünki sənin vəli olduğundan  şübhəm  qalmadı” dedi.
        Şeyx həzrətləri buyurmuşdur ki: “Hind diyarında bir tələbəm var. Məni görməmişdir. Amma onu təsəvvüfdə yetişdirib kamil və mükəmməl yetişmiş və yetişdirə bilən hala gətirdik. O olduğu diyarın xalqına irşad edir. Kamil və yetişmiş olan o kimsədir ki, iki tələbəsindən biri şərqdə biridə qərbdə olsa və ikisi eyni anda vəfat etmək üzrə olsa hər ikisinin də başında olub imanlarını şeytanın vəsvəsəsindən uzaq edər.”
HƏR VARLIQ TƏSBEH EDƏR
        Əriş şəhərindən Molla Baba bir nəfər Pir Muhamməd Gəncəvi həzrətlərinə tələbə olmuş və xidmətində olmuşdu. Bu şəxs anlatdı:
        “Bir dəfə Şeyx həzrətləri ilə bir yerə gedirdik. Xocam at üstündə idi. Mən də yanında  piyada gedirdim. Gedərkən yol üzərində  bir quş ölüsü gördük. Xocam mənə, “Bu kiçik quşu mənə ver” dedi.  Mən də verdim.  Bir müddət əlində tutdu. Sonra kiçik quş canlandı və uçub getdi. Bunun üzərinə dedim ki: “Əfəndim,  İsa əleyhissəlam dua edincə ölü dirilərmiş. Əlhəmdülillah sizin nəfəsiniz ilə də bu quşun  dirildiyini gözümüzlə gördük” dedim. Bunun üzərinə buyurdu ki: “Kiçik quş ölməmişdi.  Təsbehini, yəni Allahü təalanı zikr edərkən söylədiyi şeyi unudub onu düşünərkən özünü itirmiş. Təsbehini  xatırlatdım. Ağlı başına gəldi və uçub getdi. Hər varlığın öz dilinə görə təsbehi vardır. Allahü təalanın vəli qulları və mürşidi-kamillər bunu bilərlər. Bir ildə göydən neçə damla yağış düşəcəyini və yerdən  nə qədər ot bitəcəyini Allahü təala mürşidi-kamillərə bildirər.”
ELM PƏRDƏ İMİŞ
         O dövrün böyük alimlərindən bir şəxs Pir Muhamməd həzrətlərini ziyarətə gəlmiş. Bu alim ziyarətə gedərkən, öz-özünə, “Əgər bu şəxs mürşidi-kamildirsə  mənə Peyğəmbər Əfəndimizin nübüvvət (Pəyğəmbərlik) möhürünü göstərsin” deyə düşündü. Hüzuruna çatanda Pir Muhamməd həzrətləri bu alimə: “Bir moizə və nəsihət et xalq  dinləsin” dedi. Lakin xalq onun moizə və nəsihətindən heç təsirlənmədi. Bu alim Pir Muhamməd həzrətlərinə: “Bir moizə də siz edin biz dinləyək” dedi. Bunun üzərinə söhbətə başladı. O alimin dediyi şeylərin eynisini söylədi. Xalqa fövqəladə təsir etdi. Alim bu halı görüncə, çox çaşdı. “Sən də eynilə mənim söylədiklərimi dedin. Mənim sözüm heç təsirli olmadı. Bunun səbəbi nədir?” dedi. Pir Muhamməd həzrətləri belə cavab verdi.
         “Siz bildiyiniz ilə əməl etməzsiniz. Bunun üçün sözünüz təsir etməz. Amma biz elmimizlə əməl edərik. Dinləyənlərə ox kimi toxunar. Bu səbəblə bizim sözümüz təsirli olar. Bir səbəbi də budur ki, Siz bir hədisi-şərifi oxuyarkən  Rəsulullah  əleyhissəlam belə demiş və filan səhabə belə demiş, deyə nəql edərsiniz. Lakin biz nəql edərkən  Peyğəbər Əfəndimiz (sallallahü əleyhi və səlləm)  belə dedi və filan səhabə belə dedi, deyə nəql edərik. Demiş ilə dedi arasında fərq vardır”  daha sonra da, “İnsafa sığarmı ki, bizi ziyarətə gələrkən içindən, əgər mürşidi-kamil isə  Peyğəmbər Əfəndimizin (sallallahü əleyhi və səlləm) nübüvvət möhürünü  mənə göstərsin, deyə düşünərsən  və bunu istəyərsən?” dedi.  Bundan sonra da sözə davam edib. “Bizdən  küsməyin, Civanşir qəbiləsinin kök qoyunlarını yemiş, qarlı, soyuq sularını içmişsiniz, qəlbin qazan qarasından daha çox qaralmışdır. Möhrü-nübüvvəti görmək üçün göz lazımdır” dedi.  O alim insafa gəlib. “Əlhəmdülillah sizi görməklə şərəfləndik.  Bizim “demiş” sözümüz bundan sonra sizin dediyiniz kimi “dedi” olsun. Amma möhrü-nübüvvəti görməyi çox arzu edirəm. Qəlbimin qarası qırx gün xəlvətə girməklə gedərmi? Mənim üçün necə riyazət (nəfsi qırmaq, dünya ləzzətlərindən və rahatından çəkinmək) və mübarizə buyurarsanız başım üstünə yerinə yetirərəm” dəyincə, “Sən yaşlısan, qırx gün xəlvətə girməyə gücün çatmaz. Üç gün  itikaf (məscidə girib gecə-gündüz ibadət etmək) niyyəti ilə məsciddə qal. Baxaq Allahü təala nə göstərər. O şəxs dərhal məscidə girib üç gün itikaf niyyəti ilə orada qaldı. Üç gün keçəndə ilkindi namazından sonra tələbələrin zikr etdiyi bir sırada möhrü-nübüvvəti gördü.  Özündən keçib zikr etməkdə olan tələbələrin arasına getdi. Onlarla zikrə başladı. Zikr əsnasında  tələbələr nə üçün yavaş-yavaş zikr etmirlər, belə etsələr olmazmı, deyə düşündü. Zikr məclisi dağılacağı bir sırada Pir Muhamməd həzrətləri tələbələrinə, “Zikri yavaş-yavaş etsəniz olmazmı?” dedi. O kimsə bu sözü eşidincə qəlbindən keçənləri bildiyini görərək, gedib Pir Muhamməd həzrətlərinin əlini öpdü və “Bu sözü görünüşdə tələbələrinizə söyləyirsiniz. Lakin mənim qəlbimdən keçəni söylədiniz. Anladım ki, zikri nə surətlə edilirsə caiz imiş. Mənim bilmədiyim xüsuslar varmış, üzr istəyirəm” dedi.
GÜLLƏ NECƏ OLDU?
         Pir Muhamməd Gəncəvi həzrətlərinin  xanımı Zeynəb ananın iki  qardaşı vardı. Bunlardan biri Gəncəvi həzrətlərini  sevərdi və ona tələbə olmuşdu. Digərinin də heç sevgisi yox idi. İki qardaş birlikdə Gürcüstana əsgərə getmişdi. Bir gün Gəncəvi həzrətləri ilə xanımı evində oturarkən, “Eyvah!” dedi. Xanımı nə oldu deyə soruşdu, “Qardaşına bir kafir tüfəng atdı. Bizi sevən qardaşına gələn kor gülləyə bir palıd ağacını əydim. Gülləni palıd ağacı tutdu. Qardaşın  xilas oldu” dəyincə,  Zeynəb ana, “ O biri qardaşıma atılan güllə nə oldu” deyə soruşdu. “Sinəsini deşib keçdi!” dəyincə “Aman  belə demə!” dedi. “Allahü təala bilər amma, belə oldu” buyurdu. Əsgərlər qayıtdıqları zaman Gəncəvi həzrətlərini sevən qaynı sağ-salamat gəldiyi görüldü. Sevməyib müxalifət edənin isə vurularaq öldüyü xəbəri gəldi.