Yusif Mahdum
  Övliyanın böyüklərindəndir. Künyəsi Ebül-Füyuzat, ləqəbi Ziyaüddindir. Atasının adı Ali Fazıldır. Doğum tarixi bilinmir. 1485-ci (hicri 890) ildə Şirvanda vəfat etdi.
     Yusif Mahdumun atası Ali Fazıl, Şirvanın Qazıl-Qudatı (qazıların qazısı, ən böyük qazı) və zamanın tanınmış alimlərindən idi. Yusif Mahdum müxtəlif elmləri atasından öyrəndi. Doqquz yaşında qiraəti-səbə (Quranı Kərimin yeddi cür oxunuş tərzi) ilə Qurani-kərimi əzbərlədi. Həddi-buluğ yaşına gəldiyi zaman tələbələrə dərs verməyə başladı. Sonra elm öyrənmək və hədisi-şərif dinləmək üçün müxtəlif diyarlara getdi. Getdiyi yerlərdə bir çox alimdən istifadə etdi. Təfsir, hədis və fiqh elmində mütəxəssis oldu.
     Yusif Mahdum, elmi təhsilini tamamladıqdan sonra Şirvana qayıtdı. Burada illərcə elm öyrətməklə məşğul oldu. Sübh namazından zöhr namazına qədər qiraət elminə, zöhr namazından şam namazına qədər də müxtəlif mövzulara dair dərslər verərdi. Gecələri də ibadət ilə keçirərdi. Lakin, ilahi feyz və mərifətlərə qovuşa bilmədiyi üçün çox kədərlənərdi.
     Yusif Mahdum, mübarək bir gecədə ibadət və təatlar (Allahın əmrlərini yerinə yetirmək, ibadət) edərək, o gecəni əhya etdi. Allahü təalaya çox yalvarıb dua etdi. Səhər vaxtı bir ara yuxuya daldı. Bu anda özünü uzaq və böyük bir səhrada gördü. Geniş və qalın bir bulud da parlayan günəş işıqlarının ona gəlməsinə mane olurdu. Yanında nə miniyi, nə də yoldaşı vardı. Yolu da bilmirdi. Bu qaranlıq səhrada qorxu və dəhşət ilə çaşqın bir halda sağa-sola gedirdi. Belə çətin, azmış bir halda ikən bir tərəfdən elə böyük bir nur peyda oldu ki, günəşin işığını üstələdi. O sırada Rəsulu-əkrəm, Əshabi-kiram ona doğru gəlirdilər. Bunu görən Yusif Mahdum sevinc göz-yaşları içərisində yalvararaq; “Ərzi-halım sənə məlum Sultanım!” dedi. Bunun üzərinə Rəsulu-əkrəm belə buyurdu: “Ey Yusif! Maqsuduna (istək) qovuşmağın, mənim ən kamil varislərimdən və övladım olan Seyid Yəhyanın dəlalət və irşadına, yol göstərməsinə bağlıdır. Yusif Mahdum yuxusundan Rəsulullah Əfəndimizin nəsihəti ilə müşərrəf olmağın sevinc və rahatlığı içində oyandı. Ancaq nə yerində durası nə də bir yerə getmək üçün imkanı vardı. O günü tərəddüd içərisində keçirdi. Axşam olunca gecənin üçdə ikisini ibadət ilə keçirdikdən sonra yatdı. Yuxusunda bu səfər Yəhya Şirvani həzrətlərini gördü. Yəhya Şirvani ona; “Rəsulullah Əfəndimizin mübarək əmrlərini aldıqdan sonra daha düşünməyin və tərəddüd etməyin nə mənası var?” dedi. O anda oyanan Yusif Mahdum, bu beyti oxudu:
Baş açıb girdim bu gün
Məydanı məskən ey könül!
Əlvida yarana düşdüm,
Narı şövqə ey könül!
     Sonra mədrəsəni tərk edərək yola düşdü. Çünki Seyid Yəhyanın dərgahına getmədikcə rahat və sakitlik tapmayacaqdı. Seyid Yəhya isə dərgahın həyətində onu gözləyirdi. Yusif Mahdumu görüncə; “ Xoş gəldin, ey Mahdum! Sənə xidmət və səni irşad üzərimizə vacib oldu. Çünki sənin vasitən ilə Fəxri kainat əfəndimiz mənim kimi kasıba oğlum deyə xitabı layiq görmüşdürlər” deyərək kəramət buyurdu.
     Yusif Mahdum Seyid Yəhya Şirvani tərəfindən dərgaha qəbul edilincə qırx gün tək başına bir otaqda qaldı. Bir çox riyazət (nəfsi qırma) və mübarizə ilə yüksək mərtəbə və bacarıqlara qovuşdu.
     Xocası Yəhya Şirvani əksəriyyətlə ona Mahdum deyə xitab etdiyi üçün bu ad ilə tanındı. Tələbəyə aid bir xidmət görmək vəziyyəti olduğu zaman Yusif Mahdum onu etmək istədiyi zaman Yəhya Şirvani ona; “ Siz oturun, sizinlə söhbət edək. Çünki mahdumun (mənası, xidmət edilən) xidmət etməsi uyğun deyildir”. Seyid Yəhya həzrətləri Yusif Mahduma  xilafətlik verərkən dua əsnasında belə buyurdu, “Kamillərin məcaz olaraq söylədikləri sözlər çoxdur. Bu yüksək yolu yaymaq üçün ətrafa xəlifələrini göndərərlər. Fəqət bir dənəsi tam yetişmiş olar. Bizim tam yetişdirdiyimiz sizsiniz. Sizin irşad nurunuz, bizim axirətə intiqalimizdən yüz il sonra, diyarı Rumu (Anadolunu) işıqlandıracaq və orada adınız yayılacaq. Bizə bağlı bütün yollar itəcək. Fəqət sizin yolunuzun mənsubları qiyamətə qədər davam edəcəkdir.” Sonra Yusif Mahdumu Şəhnab şəhərinə tələbə yetişdirmək üçün göndərdi.
     Yusif Mahdumun dərgahında çox tələbə olduğu üçün su yetmirdi. Bunun üçün bir yerdən su gətirilməsi lazımdı. Bu vəziyyət Yusif Mahduma ərz edilincə; “Dərgahımızda abı-həyat kimi su var ikən, uzaqdan su gətirməyə nə gərək var” buyurub,  əllərində olan əsası ilə həyətində münasib bir yeri işarə etdi. Ora qazıldığı zaman çox dərinə enmədən çox dadlı və gözəl bir su çıxdı. Yusif Mahdum,  sonra belə buyurdu: “Tələbələr bəlkə hər zaman su çəkəcək bir qab tapa bilməzlər, bu səbəblə zəhmət çəkə bilərlər. Ey su! Quyunun ağzına yüksəl!” buyurdu. Su Allahü təalanın izni ilə tam quyunun ağzına qədər gəldi, lakin bir damcı belə daşmadı. Hələ də quyu ağzına qədər su dolu haldadır. İstifadə etməklə heç azalmayıb Şirvan xalqının etibar etdiyi və qiymət verdiyi bir sudur.
     Yusif Mahdum buyurdu ki: “Təsəvvüf böyükləri, Əhli Sünnə alimlərinin böyükləridir. Bunlar, Kitab və sünnə ilə əməl edərlər. Haqq üzrə olmağın iki şahidi vardır. Biri suveri, digəri mənəvidir. Suvəri olan; əmr və qadağaları yerinə yetirmək surəti ilə İslam dininə tabe olmaq, Rəsulullah əfəndimizin əxlaqına tabe olmaq surəti ilə əxlaqını gözəlləşdirməkdir. Mənəvisi isə; xocanın, tələbəni suvəri mərtəbəsinə çıxardıqdan sonra, Rəsuli Əkrəmə təslim etməkdir. Xoca tələbəsini bəzən ruhani bəzən cismani tərbiyə edər.”
     Yusif Mahdum həzrətlərinin Adab-ül-İrşad  və Silsilət-ül-Ərvah adında iki əsəri vardır. Adab-ül-İrşad iyirmi dörd fəsildən meydana gəlmişdir.
BİR FATİHƏ OXUYAQ
     Yusif Mahdumun evində, xidmətlərini görən Sucu Məhəmməd Dədə adlı bir şəxs vardı. Bunun uşağı olmurdu.  Bir gün Yusif Mahdumun hüzuruna gələrək; “Otuz ildir sizin xidmətinizdəyəm. Bu müddət ərzində bir  oğlumuz olmadı. Sizdən bir uşağımızın olması üçün dua etməyinizi rica edirik” dedi. O sırada yağış yağırdı. Yusif Mahdum, ona; “Dədə bizə bu yağış suyundan bir stəkan su gətir!” dedi. Məhəmməd  Dədə bir stəkan yağış suyu gətirincə, Yusif Mahdum həzrətləri; “bir Fatihəi-şərifə oxuyaq. Fatihəi-şərifə ilə nə qədər bağlı qapılar açılar. İstəklərinə qovuşa bilməmiş olanlar istəklərinə qovuşmuşlar. Bu sudan üç qurtum içərsəniz, inşallah istəyinizə nail olarsınız.
     Dədə Əfəndi və xanımı Yusif Mahdumun Fatihəi-şərifə oxuduğu yağış suyundan üç qurtum içdilər. Bir müddət sonra xanımı hamilə oldu. Ancaq uşaqları kor olaraq dünyaya gəldi. Uşağın gözünün açılması üçün həkimlərə getdilər və çox dərman istifadə etdilər. Ancaq bir nəticə ala bilmədilər. Sonra Dədə Əfəndi gedib vəziyyəti Yusif Mahdum həzrətlərinə anlatdı. O da; “O uşaq mənim oğlumdur. O böyüyüncə, inşallahü təala elmi ilə əməl edən kamil bir insan olacaqdır. Onu mənə gətirin” dedi. Məhəmməd Dədə, oğlunu Yusif Mahduma gətirdi. Yusif Mahdum uşağın sağ qulağına azanı-Muhammədi oxudu. O anda uşağın sağ gözü görməyə başladı. Sol qulağına iqamət oxuyunca sol gözü görməyə başladı. Uşaq böyüdü, Yusif Mahdum həzrətlərinin buyurduğu kimi kamil bir insan oldu.