Hər kəs ilk əvvəl iman etməlidir
Allahü təala insanların dünyada rahat və dinclik içində yaşamalarını, axirətdə də sonsuz səadətə qovuşmalarını istəyir. Bunun üçün səadətə səbəb olan faydalı işləri etməyi əmr etdi. Fəlakətə səbəb olan zərərli şeyləri də qadağan etdi. Allahü təalanın birinci əmri iman etməkdir. İman etmək bütün insanlara lazımdır. Hər kəs üçün iman zəruridir.
 İman,  lüğətdə bir adamı tam doğru sözlü bilmək, ona inanmaq deməkdir. İslamiyyətdə iman demək, Muhamməd-əleyhissəlamın Allahın peyğəmbəri olduğunu və Onun tərəfindən seçilmiş, xəbərverici “Nəbi” olduğunu doğru bilmək və inanaraq söyləmək, Onun Allahü təala tərəfindən qısaca bildirdiklərinə qısaca inanmaq, geniş bildirdiklərinə geniş olaraq inanmaq və gücü yetdikcə “Kəlmeyi-şəhadət”i dil ilə də söyləməkdir. Qüvvətli iman budur ki, atəşin yandırdığına, ilanın zəhərləyib öldürdüyünə tam inanıb çəkindiyimiz kimi, könlündən tam olaraq Allahü təalanı və sıfatlarını(xüsusiyyətlərini) böyük bilərək Onun rizasına və rəhmətinə can atmaq, qəzəbindən, tənbehindən qaçmaq və imanı mərmər üzərinə yazılan yazı kimi möhkəm olaraq könlünə yerləşdirməkdir.
İman Muhamməd-əleyhissəlamın söylədiklərinin hamısını bəyənib qəlbin təsdiq etməsi, yəni inanmasıdır. Beləcə, inanan insanlara “Mömin” və “Müsəlman” deyilir. Hər müsəlmanın Muhamməd -əleyhissəlama tabe olması, Onun göstərdiyi yolla getməsi lazımdır. Onun yolu Qurani-Kərimin göstərdiyi yoldur. Bu yola “İslamiyyət” deyilir. Ona tabe olmaq üçün öncə iman etmək, sonra “Əhkami islamiyyəti”, yəni müsəlmanlığı dəqiq olaraq öyrənmək, sonra fərzləri əda edib haramlardan çəkinmək, daha sonra sünnətləri yerinə yetirib məkruhlardan çəkinmək lazımdır. Bunlardan sonra mubahlarda (halal) da Ona tabe olmağa çalışmalıdır.
Dinimizin təməli imandır. İmanı olmayanların heç bir ibadətini və xeyir işlərini Allahü təala bəyənməz və qəbul etməz. Müsəlman olmaq istəyən ilk əvvəl iman etməli, sonra qüslü, dəstəmazı, namazı və lazım olduqca digər fərzləri və haramları öyrənməlidir.