Ayət-əl kürsi oxumaq

Hikmət əhli şəxslər buyurur ki:

Ayət-əl-kürsini ixlasla oxuyan, insan və heyvan haqları və fərz borclarından başqa bütün günahları əfv olar. Yəni tövbələri qəbul olar. Peyğəmbər əfəndimiz, “Bir müsəlman bir Ayət-əl-kürsi oxuyaraq bütün ölmüşlərin ruhuna hədiyyə etsə, möminlərin qəbirləri gözün görə bilməyəcəyi şəkildə genişlənər və o ölülər də o möminin ruhuna dua edərlər” buyurur. Həzrəti Əli də “Qəbir əzabından qurtulmaq üçün Ayət-əl-kürsini çox oxumaq lazımdır” buyurdu. 

Din böyükləri hər zaman evdən çıxarkən mütləq Ayət-əl-kürsini oxuyardı. Ayət-əl-kürsi mütləq qoruyucudur. 

Bir gün İmam Rabbani həzrətləri xanımıyla bərabər oturarkən, pəncərədən gəlib keçən insanlara baxarkən gülər. Xanımı, “Niyə güldün?” deyə soruşduqda, buyurar ki:

“Bir müsəlman gördüm, keçərkən şeytan sağından hücum etdi, oradakı mələk başına bir toppuz vurdu, sola keçdi. Oradan da hücum etdi, soldakı mələk bir toppuz daha vurda, önünə keçdi. Bir toppuz daha yedi, arxasına keçdi. Oradan da topuzu yedikdə, rəzil oldu, rədd olub getdi. O şəxsə zərər verə bilmədi. Çünki bu mömin evindən çıxarkən Ayət-əl-kürsi oxumuşdu. Ayət-əl-kürsi oxuduqda mələklər onun ətrafında bir halqa edər ki, şeytan yaxınlaşa bilməz. Yatarkən oxunduqda yenə yaxınlaşa bilməz. Hücum etmək istəyənləri də mələklər belə pərişan edər. Onun üçün evə girib çıxarkən, yatarkən Ayət-əl-kürsini oxumaq lazımdır”.
 Bir nəfər də işi üçün başqa ölkəyə getmişdi. Xanımı o gün paltar yuyub, bütün gün çox yorulmuşdu və yatmışdı. Oğrular, “Evin sahibi yoxdur, bu gecə bu evi soyaq” demişdilər. Gecə gəlmişlər, bir də baxmışdılar ki, evin ətrafı yarıya qədər divarla mühasirəyə alınıb. Çox çalışmışlar evə girə bilməmişlər. İkinci gecə gəlmişlər, bu səfər divar təpəyə qədər qalxmış. Yenə bir şey edə bilmədən getmişlər. Üçüncü gün oğrular evin sahibini bazarda görəndə yanına gəlib, “Əmi, bizi bağışla, əcayib şeylər olduğu üçün danışırıq. Sən getdikdən sonra sənin evini soymağa gəlmişdik, lakin heç nə edə bilmədik. Gündüz evin ərtafında divar yox idi. Gecə gələndə evin ətrafında yarım divar var idi. İkinci gün gəldik, divar başa qədər qalxmışdı” dedilər. Adam evə gəldikdə məsələni xanımına danışmış və “Nə dua etdin ki, belə olub?” deyə soruşur. Xanımı, “Birinci gün çox yorulmuşdum, Ayət-əl-kürsini tam oxumadan yatdım. İkinci gün tam oxuyub yatdım” demişdir.

O halda hər fürsətdə Ayət-əl-kürsini oxumağı əldən verməmək lazımdır.