Mömin, mömini gördüyü zaman

Hikmət əhli buyurur ki:

Kəbəyi-müəzzəmə ilk görüldüyü zaman, mömin nə dua edərsə Allahü təala qəbul edər. Möminin qəlbi Kəbədən çox dəyərlidir. Necə ki, Kəbəni ilk gördükdə edilən duanı Allahü təala rədd etməyib qəbul edirsə, bir mömin bir möminlə qarşılaşdığı zaman nə dua edərsə, Allah qəbul edər.

Bir mömin bir möminlə qarşılaşdığı zaman edəcəyi dua ilk öncə, “Əssəlamü aleyküm” olmalıdır.

Əssəlamü aleyküm demək, Allahü təala sənə həm dünyada, həm axirətdə salamatlıq versin, səni Cənnətinə qoysun deməkdir. O da, “Və aleyküm səlam” və ya “Və aleyküm-üs-səlam” deyərsə, Allahü təala sənə də həm dünyada, həm axirətdə salamatlıq versin deyərək, duasına qarşılıq vermiş olur. Davam edib, “Və rahmətullahi” deyərsə, Rəbbim sənə rəhmət etsin demiş olar. “Və bərakətühü” də deyərsə, Allahü təala qazancına, ömrünə və səhhətinə bərəkət versin demiş olar. Budur, möminin mömini gördüyü zaman etməli olduğu ən yaxşı dua salamlaşmaqdır.

 

Böyüklər unutmaz

Böyüklər onları sevənləri və xidmətlərində olanları axirətdə də unutmazlar. Böyük bir şəxs buyurur ki:
- Allahü təala bu xidmətlərdən ötrü, inşallah bizlərə çox böyük nemətlər verəcək, Cənnəti nəsib edəcək. Əgər Allahü təala bizə bu imkanı nəsib edərsə, ehsan edərsə, mən Cənnətin qapısında, “Ya Rəbbi, bu xidmətləri mən tək başıma etmədim. Dünyada ikən qardaşlarım var idi, yoldaşlarım var idi, tələbələrim var idi, onlarla birlikdə etdim. Onları da istəyirəm, onlarla birlikdə Cənnətə getmək istəyirəm” deyə dua edəcəyəm.
Bir tələbəsi soruşub:
-Əfəndim, ora məhşərdir, Allah qorusun, insan ayrı düşsə tapılmaz. Əgər orada qəribin biri bir yerdə itsə, gələ bilməsə necə olacaq?
O şəxs bu suala belə cavab verib:
- İnsanların işi qarışıq olur, amma Allahü təalanın işi qarışıq olmaz. Məhşərdə hər kəs sevdiyi ilə birlikdə olacaqdır. Orada nə itmək var, nə qarışıqlıq var. Hamısı bir yerdə olacaq, heç narahat olmayın! Allahü təalanın işlərində intizam olur. Heç kim itməz. Yetər ki, dünyada o böyükləri sevib, onlarla birlikdə olsun.
 Atəşdə yanmağın acısını daha yaxşı anlamaq istəyirsənsə, gedib atəşə əlini vur və ya bir şey yandır bax gör atəşin dəhşətini, sonra bir də Cəhənnəm atəşinin şiddətini və əbədi olaraq orada qalmağı düşün, Allah qorusun. İnsan min cild kitab oxuyacağına, sobanın içindəki qızğın atəşə əlini bir dəfə salıb çıxarsa alim olar. Niyə? Çünki ölənə qədər acısını çəkər.