İnsanı heyvandan ayıran ədəbdir

* Mömin günəş kimidir. Saralıb, solaraq batır, amma çıxdığı zaman (axirətdə) göz qamaşdıracaq. 

* İnsanı heyvandan ayıran ədəbdir.

* Ədəb həddə, hüduda riayət etmək, onu aşmamaqdır. Ən böyük ədəb isə ilahi hüdudu mühafizə etmək, riayət etməkdir. 

*Əshabı-kirama hörmət etməyən Muhamməd əleyhissalama iman etmiş sayılmaz. 

* Nəyə, kimə bağlısan soruşana İmam Azama demək və ya bağlı olduğu məzhəbi söyləmək lazımdır! Heç bir yerə bağlı deyiləm demək olmaz.

* Gələn cərəyanın kəsilməməsinə diqqət edin. Kabelin arasını açmayın. Cərəyan gəlir, amma sayğac atırsa, deməli araya nəfs qarışır. Nəfsin girdiyi hər keçiddən cərəyan kəsilir. Nəfsinizi aradan çəkdiyiniz müddətdə kabellər güclənəcək. Övliyanın müvəffəqiyyətlərinin səbəbi, gələn cərəyanın arasına girməyib, özlərini sıfırlamalarıdır. 

* İki kəlmə vardır, tələffüzü asan, qiyamət günü savabı çok ağırdır. Bu iki kəlmə: Sübhanallahi və bihamdihi, sübhanallahil azım.

* Ölüm ağrısı yetmiş dəfə qılıncla doğranmaqdan çoxdur, bu hər kəsə vardır. Lakin Allahü təala sevdiyi qullarına hiss etdirməz. Ölüm ağrısı qəbir əzabı yanında heç qalar. Qəbir əzabı məhşər əzabı yanında heç qalar. Cəhənnəm əzabı ondan da çoxdur. 

* Din qardaşının bir ehtiyacını qarşılamağın, bir il nafilə ibadət etməyindən daha vacibdir. 

* İnsanların ən alçağı, din kisvəsi altında dünya mənfəəti güdəndir. 

* Elmdə simiclik edən adama Allahü təala üç bəla verər: Ya ölər, elmi gedər. Yaxud unudar və ya onun elmini unutduracaq adamla dostluq qurar, beləliklə elmi gedər.

* Bir alimin çəkinməli olduğu ən mühüm xüsus; Allahü təalanın haram qıldığı şeylərdən uzaq durması və dünyaya könül bağlamamasıdır.

* İnsanın ən böyük yarası dünya sevgisidir.

* Müjdələr olsun imanı olanlara və ibadətini ixlasla edənlərə... heyflər olsun üç qəpiklik dünyaya ibadətini dəyişənlərə.

* Allahü təalanın hər əmrində mütləq nəfsi qırmaq payı vardır.

* Bəzi yerlərdə, mən bu işdən anlamıram, demək lazımdır. Çünki, insana bəzi fəlakətlər özünə güvənməsindən, gözəlliyindən, zənginliyindən gəlir.

* Əmri-maruf etmək hər müsəlmana fərzdir. Bu təbliğə əvvəlcə öz nəfsindən başlanmalıdır.

* İnsan düşmənini yaxşı tanımalıdır. Ən böyük düşmən insanın nəfsidir.

* Əmirə itaət vacibdir. İtaət olunmazsa, üsyan edilərsə, Allahü təala verdiyi neməti alar. 

* Əmirlik, məmurluq üçün gəlmədik bu dünyaya... Əmirlik deyil, xidmətkarlıq vaxtıdır. Nəfsimizin arzusu üçün əmirlikdən Allah bizi qorusun. Başınızdakı əmirə, içinizdə və ya dilinizdə bir buğzu-ədavət varsa, bunun sizin üçün bir fəlakət olduğunu bilin. Nəticədə Cənabı Haqq sizi bu nemətdən məhrum edə bilər.