Aliyyül-Mürtəda
Allahın aslanı və Rəsulullahın kürəkəni.
Xəlifəliyi dövründə zühur edən fəsadçılarla mübarizə etdiyindən, sakitlik və dinclik tapa bilməmişdir. Dövlət idarəsində Həzrəti Ömərin yolunu tutmuşdur. Hər işin təhlükəsizlik və istiqamət dairəsində edilməsinə çalışar, xalqa şəfqət göstərərdi. Hər tərəfdə hərbi mərkəz meydana gətirmişdi.
Haqqında bir neçə ayəti-kərimə nazil olub  bir çox hədisi- şəriflə mədh edildi.  Əhli-sünnənin göz bəbəyi, övliyanın rəisi, kəramətlər xəzinəsidir. Ədalət, elm, səxavət, mərhəmət və digər yüksək fəzilətləri özündə toplamışdır. Peyğəmbər əfəndimiz Həzrəti Əliyə  səxavətlilərin sultanı mənasına gələn “Sultan-ül -əshiya” buyurmuşdur.
Buğda bənizli, orta boylu, uzun boyunlu, gülər üzlü, iri və qara gözlü, geniş sinəli, iri bədənli və sıx saqqallı görünüşə sahib olan Həzrəti Əli, elm və əməl baxımından ən yüksək dərəcədə idi. Allah qorxusundan daim ağlayardı. Namaza durduqda aləm alt-üst olsa xəbəri olmazdı.
Həzrəti Əlinin Həzrəti Fatimədən Həsən, Hüseyn və Muhsin adında 3 oğlan,  Zeynəb və Ümmü Gülsüm adında iki qızı olmuşdur. Həzrəti Fatimədən sonra evləndiyi xanımlarından  15 oğlan,  16 qız uşağı olmuşdur.
Həzrəti Əli fövqəladə bəliğ və fəsih danışardı. Peyğəmbər əfəndimizdən sonra, onun  dərəcəsində bəliğ xütbə oxuyacaq bir başqası yox idi. Ərəb dilinin ilk qaydalarını qoyan odur. Bu səbəblə Qurani-kərimin dilinə hər kəsdən çox yaxın idi. Davamlı Peyğəmbər əfəndimizin yanında olması və onun  feyzli nurlarına ilk qovuşanlardan olması səbəbiylə Quranın hökmlərini ən yaxşı bilən o idi. Təfsirə dair bir çox rəvayətlər bildirmişdir. Xüsusilə ayətlərin nazil olması səbəbləri  mövzusunda bir çox rəvayətləri vardı. Bu mövzuda buyurur ki:
—                       Soruşun, məndən nə soruşsanız sizə cavabını verərəm.  Allahın kitabını məndən soruşun. Vallah bir ayə yoxdur ki, mən onun gecəmi, gündüzmü, çöldəmi, dağdamı nazil olduğunu bilməyim.
Bu səbəblərdən haqqında bir çox rəvayət olub başa düşülməsi çətin məsələlərdə onun rəvayəti seçilmişdir.  Həcci Əkbərin qurban bayramı olduğuna dair olan rəvayəti kimi.
Həzrəti Əli Əhli-beytdən olması səbəbiylə, Peyğəmbər əfəndimizin sünnəsinə hər kəsdən daha çox vaqif idi. Bu barədə hər kəsin müraciət qapısıydı. Şəxsən Rəsulullah əfəndimizdən eşidərək yazdığı bir hədis səhifəsi vardı. Bu səhifə, “Sahifəti Əli ibn Əbu Talib” adıyla 1986-cı ildə nəşr olunmuşdur. Ondan 586 hədisi-şərif bildirilmişdir. Bunlardan 20-si həm Buxaridə, həm də  Müslimdədir. Bundan başqa 9 hədisi-şərif Buxaridə, 15 hədisi Müslimdə, qalanı da Əhməd ibn  Hənbəlin  “Müsnəd” adlı kitabında vardır.
Həzrəti Əli, Əshabı kiramın ən böyük fiqh alimlərindəndi. Həll edilə bilməyən mövzular ona həvalə edilirdi. Hətta Həzrəti Ömər  buyurur ki:
—          “Əgər Həzrəti Əli olmasaydı, Ömər həlak olardı”.
Fiqhə dair bildirdiyi hökmlər “Məvsuatü Fiqhi Əli ibn Əbu Talib” adıyla nəşr olunmuşdur.
Həzrəti Əlinin hikmətli sözləri bir çox kitablarda toplanmışdır. Bunlardan “Əmsalü  İmam Əli”“Gurər-ül-Hikəm və  Dürər-ül-Kiləm”  adlı əsərlər dərc edilmişdir. Bu kitablardakı sözlərində Həzrəti Əli buyurur ki:
“Bağışlamaq fəzilətdir. Qərarlı olmaq mənfəətdir, sahib olunan maldır. Qərarsız olmaq isə hədər olmaqdır. Doğruluq əmanət, yalançılıq xəyanətdir. İnsaf  rahatlıq, şər həyasızlıqdır.  Əmanətə xəyanət etməmək imandandır,  gülər üzlülük ehsandandır.  Dürüstlük xilas edər, yalan fəlakətə sürükləyər. Qənaət insanı zəngin edər, yerində  istifadə edilməyən zənginlik azdırar. Dünya aldadar, şəhvət aldadar. Ləzzət əyləndirər, nəfsin arzuları alçaldar. Həsəd köhnəldər,  nifrət çökdürər”.
“Ağıllı kimsə, günahlarını tövbə ilə örtəndir. Səxavətli insan, pislik edənə yaxşılıqla cavab  verəndir”.
“Elm; gözəl bir miras, ümumi bir nemətdir. İnsaf, ixtilafı aradan qaldırar, ülfəti gətirər”.
“Ədalət; imanın başıdır,ehsanın birləşdiyi nöqtədir və imanın ən yüksək mərtəbəsidir”.
“Alim; sözü, işinə uyğun olandır. Alim elmə  doymaz”.
“Hikmət; ağıllıların bağçası, vəlilərin seyrəngahı, gəzinti yeridir”.
“Ağıllı; şəhvətdən uzaqlaşan, axirəti dünya ilə dəyişməyəndir. Ağıllı, ehtiyacı qədər və dəlillə danışar, yalnız axirətinin islahı üçün çalışar. Ağıllı, günahlardan çəkinər, ayıblardan  uzaq dayanar. Səxavət günahları silər, qəlblərə sevgi əkər”.
Cahil; döyülməklə ağıllanmaz, nəsihətdən payını almaz”.
             “Elm; insanı ağıllı edər, kim elm öyrənərsə ağıllanar. Elm; ruhu canlandırar, dirildər. Ağıl işıqlandırar, cəhaləti öldürər”.
“Zülm; yolun azmasına, nemətin yox olmasına, millətlərin həlak olmasına səbəb olar”.
“Həqiqi möminin sevgisi, hirslənməsi, bir şeyi alması, etməsi və tərki, həmişə Allah üçün olar”.
“Kamil mömin gizli şükür edər, bəlaya qarşı Səbr edər, ümid halında ikən belə qorxar.
Ağıllı kimsə, ibadətlə, nəfsin arzusuna qarşı gələndir. Cahil kimsə, günah iş görərək nəfsin arzusuna uyandır”.
“Allaha qovuşmaq, pis insanlardan uzaq durmaqla olar”.
“Ehtiraslı kimsə, tamamilə dünyaya malik olsa belə yenə kasıbdır”.
“Doğruluq,  İslamın dirəyi, imanın dəstəyidir”.
“Allahın əzabından qorxmaq,  müttəqilərin,  təqva sahiblərinin nişanıdır”.
“Dinin əsası, əmanəti yerinə vermək, sözündə  durmaqdır”.
“Həsəd edən daim xəstədir, xəsis insan daim kasıbdır”.
Başa qaxan, nifrət alovunu qızışdırar”.
“Qənaətkar olmaq, itaət etmə zillətindən daha xeyirlidir”.
“Kamillik üç şeydə tamamlanır: müsibətlərə Səbr, istəklərdə ifrata qaçmamaq və istəyənə verməkdir.”
“Yumşaqlıq,  dözümlülüyü  tez təmin edər və çətin olan şeyləri  asanlaşdırar”.
“Alim,  cahili dərhal tanıyar, çünki daha əvvəl o da cahil idi. Cahil alimi tanımaz, çünki daha əvvəl alim deyildi”.
“Ağıl və elm, bir-birindən ayrılmayan və zidd olmayan iki qardaş kimidir”.
“İman və həya, bir-birindən qopmayan bir bütövdür”.
İman və elm, əkiz qardaş və bir-birindən ayrılmayan yoldaş kimidir”.
“Hirs, yanan bir alov kimidir. Hər kim ki,  qəzəbinə hakim olarsa,  onu söndürər və hər kim onu buraxarsa ilk yanan özü olar.
“Axmaqlıq, dərmanı olmayan bir dərd, şəfası olmayan bir xəstəlikdir”.
“Allah üçün qardaş olanların sevgisi, səbəbi daim olduğu  üçün  davam edər. Dünya üçün qardaş olanların sevgisi, səbəbi davam etmədiyi üçün, qısa sürər, bir an gələr sona çatar”.
“Ağıllı, susduğu vaxt təfəkkür, danışdığı vaxt zikr edər,  baxdığı vaxt da ibrət alar”.
“Özü əməl etmədən Allah  yoluna çağıran adam, oxsuz yaya bənzəyər”.
“Sükut, sənə təvazö qazandırar və səni üzr istəmə zəhmətindən xilas edər”.
“Ehtiras, qafillərin ürəyində şeytanların sultanıdır”.
“Paxılların ən ucuzu, paxıllıq etdiyi adamın əlindəki nemətlərin yox olmasını istəyər”.
“Elm, insanı Allahın əmr etdiyi şeylərə aparar, zühd isə o şeylərə çatmasını asanlaşdırar”.
Qorxaqlıq, ehtiras və xəsislik, Allaha qarşı pis zənnin bir araya gətirdiyi pis yoldaşlardır”.
“Mal, xərcləndiyi qədər sahibinə ikramda olar. Adamın etdiyi xəsislik qədər ona xəyanət edər”.
“Fəqih (fiqh elmini bilən) elə biridir ki, insanları Allahın rəhmətindən ümidsizliyə düçar etməz və onları Allahın rəhmətindən üz çevirtməz”.
“Mal və uşaqlar, dünya həyatının zinətidirlər. Saleh əməl, dünyadan axirətə aparılan məhsuldur”.
“Allah üçün sevən bir qardaş, ən yaxından daha yaxın, ana və atalardan daha  mərhəmətlidir”.
“Əməl edən cahil adam, yoldan başqa yerdə gedən kimidir. Bu gedişi ona, ehtiyacından uzaqlaşmaqdan başqa bir şey qazandırmaz”.
“İnsan, sözü ilə hesaba çəkilər və ya işi ilə qiymətləndirilər. Səni zinət cəhətdən ağır  gətirəcək şeyi söylə və qiymətini artıracaq şeyi et”.
“Yalançı,  sözündə günahkardır, istərsə dəlili qüvvətli və ağızı dolu söz olsun”.
“Müşavirə, məsləhətləşmə sənə rahatlıq, başqasına  yorğunluqdur”.
“Dünya möminin həbsxanası, ölüm hədiyyəsi, Cənnət də çatacağı yerdir”.
“Dünya kafirin Cənnəti, ölüm qorxulu yuxusu,  Cəhənnəm də çatacağı son dayanacaqdır”.
“Allaha itaətlə məşğul olmaq ən qazanclı iş, doğru danışan dil isə, ən gözəlidir”.
“Qəddarlıq, hər kəs üçün pis bir şeydir.  Şan, şərəf sahibi və böyük şəxslər üçün daha pisdir”.
Təqva, dini islah, nəfsi mühafizə edər və mürüvvəti bəzəyər”.
 “Ağıllı; alçaq dünyadan əl çəkən, Cənnəti-əlaya göz dikəndir”.
“Səbr ən gözəl xasiyyət, elm ən şərəfli bəzək əşyasıdır”.
“Qəlblərin qəflətinə, gözlərin oyaq olması fayda verməz”.
“Çətinliyə düşmədən əvvəl  təhlükəsizlik tədbirini alan kimsə, ayağını möhkəm yerə basmış olar”.
“Səbr, insanların başına gələnə dözməsi deməkdir. Onu  hirsləndirənə qarşı da özünə hakim olmaqdır”.
Qorxu qədəri dəyişdirməz, yalnız savabın yox olmasına səbəb olar”.
“Ehtiras, ruzini artırmaz”.
“Qazanclı olan, dünyanı axirətlə dəyişdirəndir”.
“Xəsis, dünyada öz  nəfsinə səxavətli davranmaz, bütün malını  varislərinə verməyə  razı olar”.
Mal, sahibini dünyada yüksəldər, axirətdə alçaldar”.
“Həsəd, bir dərd və xəstəlik olub, həsəd edən və ya olunan həlak olmadıqca çarəsi tapılmaz”.
“Günahlar bir dərd, dərmanı isə istiğfardır”.
“Səbr iki qisimdir:  Sevmədiyin şeyə səbr etmək və sevdiyin şeyə  səbr etməkdir”.
“Səbr, ən gözəl iman libası və insanların ən şərəfli əxlaqıdır”.
“Şəkk, şübhə, yaxınlığı  aradan qaldırar imanı yox edər.
Mürüvvət; insanın, özünü ləkələyəcək şeylərdən çəkinməsi və gözəllik qazandıracaq şeylərə yaxınlaşmasıdır.
“Səxavət və cəsarət, şərəfli məqsədlər olub, Allahu təala bunları sevdiyi və  sınadığı kimsələrə ehsan edər”.
“Çətinliyə qarşı səbr etmək, bolluq anındakı afiyətdən daha üstündür”.
“Ağıllı, yaxşılıqlarını canlandıran, pisliklərini öldürəndir”.
“Ehtiraslı əməl, çox  yaşama arzusu, şərab kimidir, bunu görən su zənn edib aldanar.
Yaxşılığı, tamamlamaq, yenidən başlamaqdan daha xeyirlidir”.
“Öz nəfsindən razı olan  aldanmışdır.  Ona güvənən məğrur və  yolunu azmışdır.
“Həqiqi dost, ayıbını görüb nəsihət edən, qiyabında səni qoruyan və səni özündən üstün tutandır.
“Axmaqlıq; hər şeyi gərəksizmiş kimi heçə saymaq və cahil insanlarla yoldaşlıq qurmaqdır”.
“Allah üçün dost olan, adama doğru yolu  göstərən, fəsaddan uzaqlaşdıran və ibadətlərinə köməkçi olandır”.
Elm, maldan daha xeyirlidir.  Elm səni, sən də malı qoruyursan”.
“Fəzilət; çox mal və  böyük işlərlə deyil, kamil və xeyirli işlərlə olar.
            “İslamiyyət təslimiyyətdir. Təslimiyyət yaxınlıqdır. Yaxınlıq təsdiqdir. Təsdiq iqrardır. İqrar ədadır, yerinə yetirməkdir.  Əda isə əməldir.
“Fəzilət, ən yaxşı maldır. Səxavət, ən gözəl ləl-cavahiratdır. Ağıl, ən gözəl zinətdir. Elm, ən şərəfli  cəhətdir”.
“Ədalət, xalqın diriliyi və nizamı , idarəçilərin bəzəyi və gözəlliyidir”.
“Ağıllı şəxs; dilini pis söz və qeybətdən qoruyan, mömin; qəlbini şəkk və şübhədən  təmizləyəndir”.
“Yaxşılıqla əmr etmək, insanların ən fəzilətli əməlləridir”.
İffət; nəfsin qoruyucusu və kinlərdən təmizləyicidir”.
“Səbr iki qisimdir; bəlaya səbr yaxşı və gözəldir. Bundan daha gözəli haramlara qarşı Səbrdir”.
“Haramlardan çəkinmək, ağıllıların şanı, şərəflilərin təbiətindəndir”.
“Allah qorxusundan göz yaşı tökmək, qəlbi nurlandırar. Yenidən günah iş görməkdən insanı qoruyar”.
“Etdiyi günah bir işlə öyünmək, o günahı etməkdən daha pisdir”.
Arifin üzü nur və təbəssüm, qəlbi qorxu və hüzn doludur”.
“Dünya; gözəl, aldadıcı və müvəqqəti bir ilğım, tez yıxılan bir dayaqdır”.
“Sevgi, qəlblərin bir-birinə yaxınlaşması və ruhların ünsiyyətidir.
“Yumşaqlıq, hirs alovunu söndürər. Hiddət isə hirs alovunu  qızışdırar”.
Mömin, baxdığından ibrət alar. Bir şey verilsə, şükr edər. Müsibət və bəlaya məruz qalacaq olsa, Səbr edər.  Danışacaq olsa, Allah təalanı  xatırladar”.
“Ağıl, möminin dostu; elm vəziri, Səbr əsgərlərinin komandiri və əməl isə silahıdır”.
“İman ilə əməl, əkiz qardaş olub, bir-birindən ayrılmazlar”.
“Həsəd edənin sevgisi sözlərində görülər. Nifrətini işlərində  gizləyər. Adı dost, hərəkəti düşməncədir”.
“Yumşaq üzlü olanlar; ən Səbrli, dərhal bağışlayan və ən gözəl xasiyyətli olan kimsələrdir”.
“Allahu təaladan həya etmək, insanı Cəhənnəm əzabından qoruyar”.
“Qəflət insana qürur gətirər, həlaka yaxınlaşdırar”.
Mömin, dünyaya ibrət gözü ilə baxar. Ehtiyacı üçün qarnını doyurar. Dünyadan  danışıldığı vaxt, nifrət və tənqid  qulağı ilə dinləyər”.
“Fəzilət, gücü çatdığında bağışlamaqdır”.
“Həya və səxavət, əxlaqların ən  üstünüdür”.
Pis insan, heç kimsə haqqında yaxşı düşünməz. Çünki o, hər kəsi özü kimi görər”.
“Kamil olan kimsə, ağlı, arzu və istəklərinə qalib gələndir”.
“Söz  dərman kimidir. Azı faydalı, çoxu zərərlidir”.