Həccin fərzləri
Həccin fərzləri üçdür. Biri yerinə yetirilməzsə həcc səhih olmaz.
  • Həcci ehramla etmək.
  • Vakfəyə durmaq. (Arəfə günü Ərəfatın Vadiyi-Urənə deyilən uerindən başqa hər hansı bir yerində günorta və ikindi namazlarından sonra vakfəyə durulur.)
  • Kəbəyi-Muazzamanı Təfavı-Ziyarət etmək.
Təfav, Məscidi-Haram içində Kəbəyi-Muazzama ətrafında dönmək deməkdir. Dördü fərz, üçün vacib olmaqla yedi dəfə dövr edilir. Zəmzəm quyusunun və Məqamı-İbrahimin çöl qismindən də dolaşaraq təvaf etmək caizdir.
Qadınlar təvafda Kəbəyə yaxınlaşmamalı daha uyğundur. Qadına toxunmaq ehtimalı çoxdursa Şafilərin Hənəfi və ya Maliki məzhəblərini təqlid etməsi lazımdır.
Təvafın məscid çölündən edilməsi caiz deyil. Təvafa niyyət etmək də ayrıca fərzdir. Təvafı-ziyarəti Ərəfatdan sonra da, etmək də fərzdir.
Təvaf edərkən və sa’y edərkən azan oxunursa, bunlar tərk olunur, namazdan sonra tamamlanır.