Qadınların həccə getməsi
Sual: Bəziləri, “Şafidə qadınlar başqa qadınlarla həccə gedə bildiyi üçün Hənəfi qadınlar da yanında məhrəm bir kişi olmadan Şafini təqlid edərək həccə gedə bilər” deyirlər. Bir qadın məhrəmsiz həccə gedə bilər?
CAVAB
Bir qadın məhrəmsiz həccə gedə bilməz. Ancaq əbədi məhrəm qohumundan fasiq və mürtəd olmayan ağıllı, yetkin və ya mürahıq (yetkinlik çağına çatmayan lakin yetkinlik yaşında görünən) bir kişi və ya əri ilə birlikdə həccə gedə bilər. Hədisi-şərifdə, “Qadın yanında bir məhrəmi olmadan həccə gedə bilməz” buyuruldu. (Bəzzar)
Hənəfi məzhəbində olan qadınların Şafi məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir Hənəfinin Şafi məzhəbini təqlid etməsi ancaq bir fərzi edərkən və ya haramdan çəkinərkən qarşılaşdığı çətinlikdən qurtulması üçün caiz olur. Caiz olduğu vaxt da təqlid edilən məzhəbin o xüsusdakı bütün şərtlərinə əməl etməsi lazım olur. Həccin hamısını Şafi məzhəbinə görə etmələri lazım olur. Qadının məhrəminin həcc yolunda ölməsi Şafini təqlid etməsi üçün üzr olur.
Kişisiz qadın həccə gedə bilməz. Gedərsə həcci səhih olar isə də haramdır. Kişisi ilə gedəndə də oteldə, təvafda, sayʼda və daş atarkən kişilər arasına qarışması həccin savabını aradan qaldırdığı kimi böyük günaha da girər. Əbədi məhrəm kişisi olmayan qadın qocalanda, görə bilməyəndə və ya sağalmayacaq bir xəstəliyə tutulanda yerinə vəkil göndərər. Daha əvvəl göndərə bilməz. 
Sual: Bəziləri, 3 qadının birlikdə həccə gedə biləcəyini söyləyirlər. Dinimizdə belə bir şey varmı?
CAVAB
Dinimizdə belə bir şey yoxdur. “Üç qadın həccə gedər” demək dinimizə ziddir. Qadınlar nə qədər çox olursa olsun Hənəfidə məhrəmsiz həccə gedə bilməz.
Sual: Bir qadın, yeznəsi və ya qaynı ilə uzun yola çıxa bilərmi və həccə gedə bilərmi?
CAVAB
Yeznə və qayın məhrəm qohum olmadığı üçün bunlarla tək qalmaq günah olduğu kimi uzun yola getmək də caiz deyildir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Allaha və axirətə inanan bir qadının atası yaxud oğlu yaxud əri yaxud qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir yola getməsi halal olmaz.” [Buxari]
“Qadının əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.” [Tabərani]
Ancaq bir zərurət və ya ehtiyac olanda məsələn, məhrəm şəxs tapa bilməsə, səfərə də çıxmaq lazım olsa, yanında məhrəm kişiləri olan salehə xanımlarla birlikdə getməsi caiz olur. Fasiq qohum yerinə saleh yad tərcih edilir. Saleh şəxs insanın düşməni belə olsa haram işləməkdən qorxduğu üçün malımıza, canımıza, namusumuza zərər verməz. Səfərdə olan bir xanım isə yanında məhrəm qohumu olmasa da ərinin iqamət etdiyi yerə gələ bilər.
Sual: Keçən il bəzi şirkətlər, qadınlar birlikdə olanda çox uzaq yerə də gedə bilər deyərək bizi həccə apardılar. Uyğun oldu?
CAVAB
Xeyr. Peyğəmbər əfəndimiz gedə bilməz buyurur. Səhv etmisiniz, tövbə etməyiniz lazımdır.
Sual: Qadın Almaniyadan Azərbaycana tək gedə bilir, həccə niyə gedə bilməsin?
CAVAB
Bir qadın zərurətsiz 104 kilometrdən uzağa gedə bilməz. Gedən varsa günah işləyir deməkdir. Fəqət aparacaq kimsəsi yoxsa və ya gedəcək vəziyyətdə deyilsə, yəni bir zərurət vəziyyəti varsa, təyyarədə və ya avtobusda saleh kəslər varsa, onlarla səfərə çıxa bilər, fəqət həccə, umrəyə yenə gedə bilməz.
Sual: Dul bir qadının həccə gedə bilməsi üçün bir kişiylə nikahlanması dinimizdə varmı?
CAVAB
Elə bir şey yoxdur. Həccə gedə bilmək üçün biri ilə evlənmək lazım deyildir. Amma mütləq gedəcəm deyirsə, dul xanım boşanma haqqı öz əlində olmaq üzrə nikah edə bilər, müvəqqəti nikah deyil. Normal nikah edə bilər. Gəlincə ərini boşaya bilər. Boşamaq üzrə nikah olmaz. Normal nikah edilir, həcdən gələn kimi istəsə boşanar, istəməsə boşanmaz, özü bilər.
Sual: Dul bir qadın əmisi və ya dayısı ilə nikah edib həccə gedə bilər?
CAVAB
Əmisi, dayısı onun əbədi məhrəm qohumudur, atası kimidir. Birlikdə gedə bilərlər. Əmi ilə dayı ilə evlənilməz. Evlənən kafir olar.
Sual: Anam həccə gedincə, insan sıxlığında haram işləməmək üçün təvaf edə bilməzsə, orada məni vəkil edə bilər?
CAVAB
Vəkil edə bilməz. Haram işləyərək də təvaf etməz. Bir yolunu tapması lazımdır. Tapa bilməzsə mən həcc etmədən ölərsəm yerimə vəkil göndərin, deyə vəsiyyət edər.
Sual: Qoca qadın, qoca və saleh kişi ilə umrəyə də gedə bilər?
CAVAB
Səfərə gedər, umrəyə gedə bilməz.
Sual: Həcdə haram işləmədən həcc edə bilməyən qadın nə edər?
CAVAB
Haram işləmədən həcc etməyə çalışar. Haram işləmədən həcc edə bilməzsə, vəsiyyət etməsi lazımdır. Belə vəsiyyət edə bilər:
“Ölənə qədər həccə gedə bilməsəm, yerimə vəkil göndərin.”  [Ukud-üd-dürriyyə]
Sual: Xanımın nisab miqdarı bilərziyi var. Həccə getməsi fərzdir?
CAVAB
Pulu olması kafi deyildir. Həccə aparıb gətirəcək məhrəminin olması da şərtdir.
Sual: Qadınlar ehrama girdikləri paltarı ehramdan çıxana qədər çıxarmamaları lazımdır, məsələn, oteldə ikən başları açıq qala bilərlər?
CAVAB
Bilərlər.
Sual: Müəyyən halı üzündən ziyarət təvafını edə bilməyən qadın nə edər?
CAVAB
Təmizləndikdən sonra edər.
Sual: Hayzlı və nifaslı qadın təvafı, say’ı təmizlənəndə, ömrünün sonuna qədər ilin hər hansı bir ayında edə bilər?
CAVAB
Bəli. Fəqət gecikdirməməsi lazımdır.
Sual: Həcc səfərində qadınların kişilərin yanında dəstəmaz almaları uyğundur?
CAVAB
Harama əhəmiyyət verməmək çox təhlükəlidir. Başqasının yanında övrət yerini açmadan su ilə istinca (pislikdən təmizlənmə) edə bilməyən kimsə, pislik çox olsa belə, su ilə istincadan imtina edər. Övrət yerini açmaz. Namazı elə qılar. Açarsa haram işlədiyi üçün fasiq olar.
Tənha bir yer tapılanda su ilə istinca edər və namazını iadə edər. Qüsl edəcək kimsə də tənha yer tapa bilməzsə təyəmmüm edər. Çünki bir əmri yerinə yetirmək bir haram işləməsinə səbəb olarsa, haram işləməmək üçün o əmr tərk edilir, yerinə yetirilməz. (Rədd-ül Muxtar) 
Sual: Dul bir qadının məhrəmləri yoxdursa həccə məhrəmsiz gedə bilər deyilir. Bir də həcdə təvaf edərkən izdihamdan sıxlıq olur, qadın-kişi bir-birinə toxunsa da zərurət olduğu üçün haram olmaz deyilir. Ayrıca həcdə qadın yad kişilərin yanında qollarını açaraq dəstəmaz ala bilər, nəcasət varsa təmizləyə bilər, həcdə günah olmaz deyirlər. Bunlar doğrudur?
CAVAB
Heç biri doğru deyildir. Çünki haramdan qaçmaq, fərzi etməkdən əvvəl gəlir. Bir hədisi-şərifdə, “Çox az bir günahdan çəkinmək, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır” buyurulur. Hər günah Allahu təalaya üsyan olduğu üçün böyükdür, fəqət bəzisi bəzisinə görə kiçik görünür. Bir kiçik günahı etməmək, bütün cahanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyildir. Günahlardan çəkinmək isə fərzdir. (Riyad-un-nasıhin) Haramdan çəkinməyin savabı, fərzləri yerinə yetirmək savabından daha çoxdur. Haram işləyərək fərz edilməz. Fərz ilə haram bir araya gəlincə, yəni fərzi işləyərkən haram işləmək məcburiyyəti olanda, haram işləməmək üçün fərz təxir edilir.
Sual: Qadın bir yazar, “Məhrəm kişi qohumu olmadan qadın niyə həccə gedə bilməz ki? Hayzlı ikən nə üçün hərəmi-şərifə girə bilməz və təvaf edə bilməz? Mövlüd əfəndi, üzrlü qadının Kəbəni təvaf edə bilməyəcəyini söyləyir. Tanrı təvaf haqqını tək kişiyə verəcək qədər ədalətsizdir? Deyək ki qadın həcc əsnasında hayzlı oldu, ertəsi il gedincə yenə hayzlı oldu, nə olacaq?” deyir. “Dinin əmrini bildirənlərin hamısının psixoloqa ehtiyacı var” deyir. Buna necə cavab vermək lazımdır?
CAVAB
Əvvəl gündəlik işlərdən örnək verək:
Azərbaycanda səs vermə yaşı 18-dir. Millət vəkili seçilmə yaşı 25-dir.  İndi 17 yaşında bir gəncin, “18 yaşındakı gənclər səs verirlər, mən nə üçün səs verə bilmirəm. Bu nə ədalətsizlik” deməyə haqqı varmı? İyirmi yaşındakı bir gəncin də, “25 yaşındakılar millət vəkili namizədi olarkən, mən niyə ola bilmirəm” deməsi görəsən normaldır? Bir vəkilin, “Məni nə üçün həkimlik etmirlər” deməsi, bir həkimin də, “Məni nə üçün vəkil etmirlər. Belə  ədalət olmaz” deməsi normaldır? Belə deyənlər psixoloqluq deyildir? Bir çox ölkə pasportu olmayan şəxsi geri göndərir, ölkəsinə qoymur. Pasportsuz bir nəfərin, “Hər kəs gedir, məni niyə qoymurlar? Bu nə ədalətsizlikdir” deməsi əlbəttə səhvdir. 
Dinin sahibi də Allahu təaladır. Qaydaları qoyan Odur. Qurani-kərimi göndərən Odur. Qurani-kərimi hədisi-şərifləriylə açıqlayan Onun Peyğəmbəridir.
Ən böyük Peyğəmbəri Muhamməd əleyhissəlam buyurur ki:
“Allahu təalaya və axirət gününə inanan heç bir qadının yanında atası və ya oğlu və ya əri və ya qardaşı və ya bir məhrəmi olmadan üç günlük və daha çox bir səfərə getməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Buxari həzrətləri bildirir.]
“Əri və ya məhrəmi olmayan müsəlman bir qadının həccə getməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tabərani həzrətləri bildirir.]
“Qadın yanında bir məhrəmi [nikah düşməyən kişi qohumu] olmadan həccə gedə bilməz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Bəzzar həzrətləri bildirir.]
Qadın yazar bunları bilməyə bilər. Bilmədiyi də meydandadır. Bilmədiyi mövzulardan bəhs etməsi, bilənlərin yanında gülünc vəziyyətə düşməsi ağıllı bir işdirmi? Hayzlı olan qadının namaz qılmaması, oruc tutmaması və təvaf etməməsi Mövlüd əfəndinin düşüncəsi deyildir. Qadının müəyyən üzrlü ikən Hərəmi-şərifə girməməsi də bu və ya o yazarın fikri deyildir. Bunlar Allahın bildirdiyi hökmlərdir. Bunları heç kim dəyişdirə bilməz. Pasportsuz xarici bir ölkəyə gedilə bilmədiyi kimi, təmiz, dəstəmazlı olmayan da Hərəmi-şərifə girə bilməz.
Bu mövzuda Allahın sevgili Peyğəmbəri buyurur ki:
“Hayzlı qadın namaz qıla bilməz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Əbu Davud həzrətləri bildirir.]
“Kəbəni təvaf etmək namaz qılmaq kimidir. Namaz qılarkən dəstəmazlı olmaq lazım olduğu kimi Kəbəni təvaf edərkən də dəstəmazlı olmaq lazımdır.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Tirmizi həzrətləri bildirir.]
“Qüslsüz ilə hayzlı və ya nifaslı qadının məscidə, hərəmi-şərifə girməsi halal olmaz.”
[Bu hədisi-şərifi böyük hədis alimlərindən İmam Muhamməd İbni Macə həzrətləri bildirir.]
Qadın təvaf edərkən hayz olarsa ən çox on gün gözləyər. Təmizlənəndə təvaf edər. Ertəsi il gəlməsinə ehtiyac yoxdur. Təlbiyə əsnasında səsini yüksəltməməsi də yenə dinimizin əmridir.
Bilmədən məhrəmsiz gedilərsə
Sual: “Çox yaşlı qadın səfərə gedə bilər” hökmünü səhv anlayıb saleh şəxslərlə həccə getdim. Halbuki Hənəfiyə görə məhrəmsiz getmək caiz deyilmiş. Məhrəmsiz həccə getmə günahından xilas olmak üçün, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsəm günahdan xilas olaram?
CAVAB
Hənəfi şəxs Şafii məzhəbini təqlid edərək fərz olan həccə də gedə bilməz. Ancaq bilmədən gedilmiş isə, “Şafi məzhəbinə görə getdim” deyə niyyət etsə məhrəmsiz getmə günahından xilas olmuş olar.
Şafidə məhrəmsiz həcc
Sual: Şafii məzhəbində qadınlar məhrəmsiz nafilə həccə və səfərə gedə bilməz?
CAVAB
Bəli, gedə bilməzlər. Yalnız fərz olan həccə qadınlarla birlikdə gedə bilərlər, amma Hənəfilər Şafini təqlid edərək gedə bilməz. 
Qadın və həcc
Sual: Bir kişi yanında məhrəmi yoxdursa, zövcəsinin həccə getməsinə mane ola bilər?
CAVAB
Bəli, yanında məhrəmi olmadan gedirsə mane ola bilər, məhrəmi varsa mane ola bilməz. Qadın, ərini dinləməyib məhrəmsiz gedərsə, günah işləmiş olarsa da, həcci tahrimən məkruh olaraq caiz olar. (İbni Abidin)
Qadın yanında əri və ya məhrəmi olmadan səfəri uzaqlıqdakı bir yerdən həccə getməsi tahrimən məkruhdur. Bir qövlə görə də heç caiz deyildir. (Quduri-Mec. Zühdiyə)
Kişi zövcəsinin yanında məhrəmi olsa da umrəyə getməsinə mane ola bilər.
Həccə getmək üçün evlənmək
Sual: Həccə gedib gələcək qədər pulu olub, məhrəmi olmayan qadının həccə aparsın deyə bir kişiylə evlənməsi lazımdır?
CAVAB
Bu barədə İbni Abidin həzrətləri buyurur ki:
Evlənməklə qadının məqsədi hasil olmaz. Evlənəndə kişi zövcəsini həccə aparmaya bilər. Ümumiyyətlə əri qadına tabe olmaz, beləcə qadın zərər görə bilər. Bu baxımdan həccə gedə bilmək üçün bir kişiylə evlənmək lazım deyildir. (Rədd-ül-muxtar)