Ölən atanın yerinə həcc
Sual: Ölən atamın yerinə həccə getmək istəyirəm. Nə etməliyəm?
CAVAB
Vəkalətən həccə gedəcək kimsənin daha əvvəl həcc etmiş olması yaxud zəngin olması lazımdır! Vəkil olaraq həccə gedəcək şəxs kasıbdırsa, daha əvvəl də həccə getməmişdirsə, özü üçün də başqa bir il həcc etməsi fərz olur.
Vəkilin ehrama girərkən, əmr edən şəxs üçün qəlb ilə niyyət etməsi şərtdir. Həcc borcu olan şəxsin öldükdən sonra özü üçün həcc edəcək vəkilin adını bildirərək vasi olan şəxsə əmr verməsi lazımdır. Meyit və ya meyitin vasi etdiyi yad şəxs varislərdən birini digər varislər icazə vermədikcə vəkil edə bilməz.
Bir kimsə icazə vermədən başqasının bunun yerinə həccə göndərilməsi caiz deyildir. Yalnız varis, ölən qohumu vəsiyyət etməmişdirsə, yəni həcc pulu ayırmamışdırsa, özünə miras qalan pul ilə onun yerinə həccə gedə bilər və ya başqasını göndərə bilər. Beləcə ana-atasını həcc borcundan qurtarmış olar. Özünə də fərz olmuş isə özü üçün ayrıca getməsi lazımdır. Onları borcdan qurtarması özünə çox savab qazandırar.
Sual: Ölmüş və ya sağ olan bir şəxsin yerinə fərz olan həccə getmək caizdir? Məsələn, bir kimsə bir il dayısının, o biri il əmisinin yerinə getsə, onlar həcc borcundan xilas olar?
CAVAB
Namaz, oruc kimi bədən ilə edilən ibadətlər başqasının yerinə edilməz. Hər kəsin özü etməsi lazımdır. Vəkalətlə etdirilə bilməz. Zəkat kimi yalnız mal ilə edilən ibadətləri onun icazəsi və malı ilə başqasının etməsi caiz olar. Həcc həm bədən, həm mal ilə edilir. Bir şəxs həyatda ikən, bir üzrü də yox ikən onun yerinə başqası həcc edə bilməz. Davamlı üzrü olan öz yerinə başqasını həccə göndərə bilər. İcazəsiz vəkil olub həcc edənin həcci özünə olar. Savabını vəkili olduğu şəxsə bağışlaya bilər. Fəqət bağışladığı şəxs həcc borcundan xilas ola bilməz.