Həcəri-əsvədi öpmək
Sual: Hacıların həcəri-əsvədi öpməsi lazımdır?
CAVAB
Həcəri-əsvədi öpmək sünnətdir. Müsəlmanlara əziyyət vermədən öpməyə çalışmaq lazımdır! Əziyyət verəcəksə uzaqdan istilam etmək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:
“Həcəri-əsvəd Cənnət yaqutlarındandır. Qiyamətdə iki gözü və bir dili olduğu halda gətirilər. Təzim və sidq ilə istilam edənin lehinə şahidlik edər. Riya və lağ ilə istilam edənin də əleyhinə şahidlik edər.” [Tirmizi]
[İstilam: Həcəri-əsvədi öpmək, əllə oxşamaq, sıxlıq səbəbiylə mümkün olmazsa, uzaqdan hörmət işarəsi etmək.]
Həcər-ül əsvədlə əlaqədar çox hədisi-şərif vardır. Bəziləri belədir:
“Həcər-ül əsvədə əl sürtmək günahları aparar.” [İbni Hibban]
“Həcər-ül əsvəd təzim və sidq ilə istilam edənin lehinə şahidlik edər. Riya və lağ ilə istilam edənin də əleyhinə şahidlik edər.” [Tirmizi]
“Zülmətlə qaralmasaydı, Həcər-ül əsvədə toxunub da yaxşı olmayan dərdli qalmazdı.” [Beyhəqı]
“Həcər-ül Əsvədə əl sürtmək günahları tökər.” [Nəsai]
“Allaha and içirəm ki, qiyamətdə Həcər-ül Əsvəd görən gözləri və danışan dili olduğu halda ona ixlas ilə əl sürtüb öpənin Cənnətlik olduğuna şahidlik edəcəkdir.” [Tirmizi]