Həcc ilə əlaqədar müxtəlif suallar
Sual: Həcc vaxtı nə zamandır?
CAVAB
Həcc vaxtı, arəfə və bayram günləri olmaqla beş gündür.
Sual: Həcdə 15 gündən çox qalan, mukim olub özünə qurban kəsməsi vacib olacağı üçün, bayram qurbanını kəsdirmək üzrə telefonla vətənindəki bir yaxınına vəkalət verib kəsdirə bilər?
CAVAB
Bayram qurbanını vəkalətən vətənində kəsdirməsi caizdir.
Sual: Şükür qurbanını da vəkalətlə vətənində kəsdirməsi caizdir?
CAVAB
Şükür qurbanı Minada kəsilir. Məkkədə belə kəsilməz.
Sual: Bu il həccə gedərkən, Bakıda ehramı girdik. Həccə gedə bilməyincə çıxarmaq məcburiyyətində qaldıq. Ehramı çıxarmağın cəzası nədir?
CAVAB
Mikatdan (Məkkə yolu üzərində hacıların ehrama girdikləri yer) əvvəl çıxaranda, cəza lazım deyil.
Sual: Ehramı kəfən etmək və kəfəni zəmzəmlə yumaq caizdir?
CAVAB
Ehramı kəfən etmək caizdir. Kəfəni zəmzəmlə yumaq isə Hənəfidə caiz, Şafidə haramdır.
Sual: Həcci təxirə salmaq olar? Haram pul ilə həccə gedən, həcc borcundan xilas olar?
CAVAB
Üzərinə həcc fərz olan kimsəyə, həcci təxirə salmaq, Şafidə və imameynə görə caiz, digər üç məzhəbdə caiz deyildir. O il getməzsə, günah olar. Sonrakı illərdə həccə gedərsə, təxirə salmaq günahı əfv olar. O il həcc yolunda ölərsə həcc sakit (hökmü qalmamış) olar.            
Haram pul ilə həccə gedənin həcci Hənbəlidə səhih olmaz, digər üç məzhəbdə günahkar olsa da həcci səhih olar, yəni həcc borcundan xilas olar.
Sual: Bəzi hacılar heç yaxşı örnək olmurlar, niyə?
CAVAB
Axır zamanda ibadət edənlər azalacaq, ibadət edənlərin də ibadətlərində müxtəlif nöqsanlıqlar olacaqdır. Bu gün ticarət üçün, cibgirlik üçün həccə gedənlər yoxdurmu? Dünya getdikcə pozulacaqdır. Hədisi-şərifdə buyuruldu ki:
“Bir zaman gələr ki, həccə sultanlar [dövlər başçıları] gəzinti üçün, zənginlər ticarət, kasıblar dilənmək, din vəzifəliləri də nümayiş üçün gedərlər.” [Hatib]
Sual: Müsəlmanlardan və ya kafirlərdən torpaq basdı pulu almaq haramdır?
CAVAB
Bəli, haramdır.
Sual: Ehramda ikən saçını qırxmaq sünnətdir?
CAVAB
Vacibdir. Ehramdan çıxmadan əvvəl, başın ən az dörddə birini ülgüc ilə təraş etdirmək və ya ən az 3 sm, özü və ya başqası qırxması lazımdır. Bərbər və ya ülgüc tapa bilməməsi üzr sayılmaz. Qadın saçını təraş etməz. Qayçıyla bir az kəsər.
Sual: Həcdə qadınlarla eyni xətdə namaz qılmaq məcburiyyətində qalacağıq. Kəbədə qadınlarla birlikdə eyni xətdə namaz qılmaq caizdir?
CAVAB
Bəli, caizdir.
Sual: “Həcci qəbul olanın, qul və Haqq borclarından başqa bütün günahları əfv edilir” deyirsiniz. İnsanın ya qul borcu və ya Haqq borcu olur. Başqa nə günah olar ki, digər günahlar sözündən istifadə edirsiniz?
CAVAB
Qəbul olan həcc, namaz, oruc və zəkat borclarının əfvinə səbəb olmaz. Bunları gecikdirmə günahlarının əfvinə səbəb olar. Qul borcları da verilmədikcə və ya halallaşılmadıqca ödənmiş olmaz.
Digər günahlar çoxdur. Spirtli içki içmək, yalan danışmaq, qumar oynamaq, cünub gəzmək, donuz əti kimi haram yemək, açıq gəzmək, harama baxmaq, musiqi dinləmək, həsəd etmək, ipək geymək kimi bir çox günahlar vardır. Qəbul olan həcc bu günahların əfvinə səbəb olar.
Sual: Zamanımızda nə qədər pulu olana həcc fərzdır? Məsələn, ailəsinin yanında qalan bir subay şəxs əgər həccə gedəcək və gələcək qədər pulu var isə buna həcc fərzdir?
CAVAB
Həccin əda şərtləri olan kimsədə vücub şərtləri də varsa həcc fərz olar. Vücub şərtlərindən biri də dolanışıq ehtiyacından çox olaraq həccə aparıb gətirəcək və varsa geridə qalan kəslərə çatacaq qədər halal pulu olmaq.
Sual: Rəvaqların ikinci mərtəbəsinə çıxaraq Kəbə-i şərifi təvaf etmək caizdir?
CAVAB
Caiz deyildir.
Sual: Vəkalətən həccə getmiş olan kasıba həcc fərz olur?
CAVAB
Bəli.
Sual: Vəzifə ilə həccə gedən kasıb zəngin olanda təkrar gedər?
CAVAB
Fərzə niyyət edəndə getməz, nafiləyə niyyət edəndə gedər.
Sual: Həccə gedən hilali görsə, Suudların səhvini anlayarsa, sahabısı günü Ərafata çıxması lazımdır?
CAVAB
Əlbəttə.
Sual: Hacılar, ifrad həccə niyyət etsə, şükür qurbanı kəsməz?
CAVAB
Kəsməz.
Sual: Həcc edənin bütün günahları əfv olur?
CAVAB
Qul haqqı və qəza borcu əfv olmaz. Gecikdirmə günahı əfv olar.
Sual: Kəbəyi-şərifi yeddi dəfə dönmək bir təvafmı?
CAVAB
Bəli.
Sual: Həcc mövsümü xaricində umrə edən kasıba həcc fərz olar?
CAVAB
Həcc fərz olmaz.
Sual: Keçən il, həcdə kəsə bilmədiyim şükür qurbanının qəzası olaraq indi on gün oruc tutmağım lazımdır?
CAVAB
Bəli.
Sual: Falçılığa tövbə etdim. Bu pulla həccə getməyim caizdir?
CAVAB
Bəli.
Sual: Sakin olunan yerdən həccə vəkil göndərilər. Atam Gəncədə xəstələnib Bakıya gələndə öldü. Bakıdan vəkil göndərmək olar?
CAVAB
Bəli.
Sual: Həcdə mukim olan, qurbanını kəsdirməsi üzrə telefonla Azərbaycandakı bir yaxınına vəkalət versə caiz olar?
CAVAB
Bəli.
Sual: Ehramlı ikən düşməni öldürmək caizdir?
CAVAB
Bəli.
Sual: Qardaşım, bu pulu al həccə get dedi. Xeyr dedim, günahmı?
CAVAB
Günah olmaz.
Sual: Hər umrədə şükür qurbanı kəsilir?
CAVAB
Bir umrədə edilməsi lazım olan, hər umrədə edilir.
Sual: Zəngin xanımı tərəfindən, yol xərci qarşılanan bir kasıb kişi, xanımını həccə aparmağa məcburdurmu?
CAVAB
Xeyr.
Sual: Ehramlı ikən, tikişli başmaq geymək caizdir?
CAVAB
Bəli.
Sual: Nafilə həccə başlayıb tərk edən, başqa il həcc edər?
CAVAB
Xeyr. Həcc bir dəfə fərzdir.
Sual: Həcdə, bir üzrlə daş ata bilməyən, yerinə vəkil təyin edər?
CAVAB
Xeyr.
Sual: Ehramı iki çiyinə də sarımaqda zərər vardır?
CAVAB
Ehram, məhraba kimi, iki ağ parça, biri beldən aşağı sarılır, o biri də çiyinlərə sarılır. Təvafa başlayarkən sağ çiyin altından keçirilir. (Cövhərə)
Sual: Həcdə pulsuz yanlış, pozğun kitablar paylayırlar. Nə edək, məhv edək?
CAVAB
Bəli.
Sual: Ehramımı kəfən etməyim caizdir?
CAVAB
Bəli.
Sual: Kasıbam. Məni vəkil edənə “Həccə gedincə, mənə də həcc fərz olar. İkinci ilki həcc pulumu da verərsən gedərəm” demək caizdir?
CAVAB
Bəli.
Sual: Həccimin səhih olmadığını zənn edirəm. Təkrar həccə gedincə, fərz olan həccə deyə niyyət etməyim caizdir?
CAVAB
Bəli.
Sual: Həcdə şükür qurbanı kəsə bilmədən ölənin yerinə vəlisi kəsərmi?
CAVAB
Vəsiyyət etmiş isə kəsmək lazım olur.
Sual: Zəngin və ya kasıb kor həcc etsə, fərz savabı alar?
CAVAB
Xeyr.
Sual: Nafilə həcc, dəstəmazın sünnətindən üstündür demək, fərzi nafilə olaraq etmək, sünnəti etməkdən daha savabdır, mənasına gəlir?
CAVAB
Bəli.
Sual: Həccə getmək yerinə ölkədəki kasıbları doyursam olar?
CAVAB
Olmaz.
Sual: Qayınanam demişdi ki, “Xarici ölkədə çalışıb qazanılan pul haram olur. Bu pul ilə həccə belə gedilməz.” Dinimizdə belə şey varmı?
CAVAB
Xeyr, elə bir şey yoxdur. Xarici ölkədə çalışıb qazanılan pul haram olmaz.
Sual: Həcdə qurban kəsmək fərzdir?
CAVAB
Vacibdir.
Sual: Kişilərin tikişli sandal və kəmər geymələri uyğundur?
CAVAB
Bəli.
Sual: Riallarda İslam hərfləriylə yazı var. Həcdə, içində rial olan kisəni ayaq arasına bağlamaq caizdir?
CAVAB
Zərurət qədər caiz olar.
Sual: Bu il həccə gedirəm. Kəbəni görəndə dua qəbul olurmuş. Kəbəni görəndə necə dua edək? “Ya Rəbbi, edəcəyim bütün dualarımı qəbul et” deyə dua etmək uyğundur?
CAVAB
Biz bilmədən özümüz üçün zərərli olacaq dua da edə bilərik. Malın çoxluğu, ömrün uzunluğu kimi şeylər xeyirli olacaqsa istəmək lazımdır. Bunu da biz bilmərik. Onun üçün dua edərkən, “Ya Rəbbi, edəcəyim bütün xeyirli dualarımı qəbul et” demək lazımdır.  
Kəbəni görəndə və zəmzəm içərkən, “Ya Rəbbi imanla və şəhid olaraq ölməyi nəsib et” deyilə bilər. Ən uyğunu da “Həqiqi imana qovuşdur” deyə dua etməkdir. Çünki həqiqi imana qovuşanda artıq imansız ölmə təhlükəsi yoxdur.
Sual: Zəngin həccə getməyi təxirə salarsa, sonra da kasıb olsa, həccə getməsi yenə fərzdir?
CAVAB
Həcc fərz olduqdan sonra mal əldən çıxsa da, əfv olmaz. Yəni, yenə həccə getməsi lazımdır. Həccə gedə bilmədən ölərsə, yerinə vəkil göndərilməsi üçün vəsiyyət edər. 
Sual: Qadın ərinin icazəsi olmadan, həccə gedə bilməz?
CAVAB
Qadın, ərinin icazəsi olmadan nafilə həccə gedə bilməz, fəqət əri xanımının məhrəmi ilə fərz olan həccə getməsinə mane ola bilməz.
Sual: Həcdə ehramlı ikən ətir vurmaq qadağandır. Ancaq ehram geymədən ətir vursa sonra ehramlı ikən bu qoxuları ətrafa saçsa, yaxud, qadağan olmasına baxmayaraq başqası ehramına ətir vursa, biz də onu qucaqlayanda bizə də qoxu keçsə yaxud, Kəbəyi-şərifə toxunanda əlimizə qoxu keçsə, cəza lazım olar?
CAVAB
Xeyr, cəza lazım olmaz. Qadağan olan, şəxsən özümüzün vurması və ya başqasına “Bu ətri mənə vur” deməkdir.
Həcc və örtünmək
Sual: Həcdən gələn qadının örtünməsi şərtdir?
CAVAB
Həclə örtünmənin bir əlaqəsi yoxdur. Yalnız həcdən gələn qadının deyil, hər Müsəlman qadının örtünməsi fərzdir. Yetkinliyə çatınca örtünmək şərt olur. Günah işləyənlərin ibadətləri, məsələn,  namazı, həcci, orucu səhih olarsa da vəd edilən böyük savablara qovuşa bilməz. Namaz, həcc, oruc borcundan xilas olur. Axirətdə niyə bu ibadətləri etmədin deyə soruşmazlar, niyə açıq gəzdin, niyə bu günahları işlədin deyə soruşarlar.
Niyyətsiz həcc
Sual: Özünə həcc fərz olan bir kimsənin, ehrama girəndə, fərz deyə niyyət etməsə də etdiyi həcc ilə fərz yerinə gələr?
CAVAB
Bəli, fərz olar, çünki həcc üçün Məkkəyə gedir, həccə niyyət etmiş olur. (Fətavai-Hindiyyə)
Hacının hər günahı əfv olar?
Sual: Bir xoca, “Həcci-məbrur edənin günahları əfv olur. Dünyaya yeni gəlmiş kimi olar” hədisi üçün, “Namaz borcu, oruc borcu, zəkat borcu kimi bütün günahların əfv ediləcəyini göstərir. Bunun üçün, həcc ediləndə, qəza namazı qılmaq, qəza orucu tutmaq və verilməmiş zəkatları vermək lazım deyildir” deyir. Oğurluq edərək oğurlanılanlar da əfv olur?
CAVAB
Xeyr, xocanın dediyi səhvdir. Şərtlərinə uyğun olaraq və ixlasla edilən həccə, “Həcci-məbrur” deyilir. Həcci-məbrur qəzaya qalmış olan [namaz, oruc, zəkat kimi] fərzlərdən və qul haqlarından başqa günahların əfvinə səbəb olur. Bunların əfv olması üçün qəzaların və qul haqlarının ödənməsi lazımdır. Məcbur həcc etməklə fərzləri yerində etməməyin və vaxtından sonraya buraxmağın günahı əfv olur, heç etməməyin günahı əfv olmaz. Əgər həcdən sonra fərzləri qəza etməyə dərhal başlamazsa, gecikdirmə günahı təkrar başlayar və zamanla qat-qat artar. Gecikdirmək böyük günahdır. “Həcci-məbrur edənin günahları əfv olar. Dünyaya yeni gəlmiş kimi olar” hədisi-şərifi qəzaya qalmış fərzlər və qul haqqından başqa günahların əfv olacağını göstərir. (İslam Əxlaqı)