Hacıları qarşılamaq və ziyafət vermək
Sual: Həccə gedərkən və həcdən qayıdanda tanışlara yemək vermək uyğundur?
CAVAB
Həccə və əsgərə gedərkən, səfərə çıxarkən, buna bənzər işlərdə yemək verməkdə, ziyafət verməkdə zərər yoxdur. Qayıtdıqları vaxt da belədir. Bunlar mübah adətdir. Edilsə də olar, edilməsə də olar. Ancaq riya olmadan hər nə vaxt olursa olsun yemək yedirmək savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Yemək yedirmək və gözəl söz həccin gözəl olmasına səbəbdir.” [Beyhəqı]
“Xeyirliniz yemək yedirəndir.” [Hakim]
“Əməllərin ən fəzilətlisi bir möminin ayıbını örtmək, qarnını doyurmaq və bir ehtiyacını qarşılamaq surətiylə onu sevindirməkdir.”  [İsfəhani]
“Cənnətdə elə gözəl saraylar vardır ki, bunlar şirin dilli olan, yemək yedirən və hər kəs yatarkən namaz qılanlar üçündür.” [Tirmizi]
Adam yoldaşları ilə yediyi yeməkdən hesaba çəkilməz.” [İ.Qəzali]
“Allahu təala yoldaşına yemək yedirib su içirəni Cəhənnəmdən uzaqlaşdırar.” [Tabərani]
Sual: Həcdən gələndə mövlud oxutmaq uyğundur?
CAVAB
Bəli. Hər vaxt bidət qarışdırmamaq şərti ilə mövlud oxutmaq savabdır.
Sual: Hacıları qarşılayarkən nə etmək lazımdır?
CAVAB
Hacıları qarşılamaq çox yaxşıdır. Xoş gəldiniz, deyərək sevinclə qarşılamaq və təbərrükən müsafəha (sünnətə uyğun salamlaşmaq) etmək sünnətdir. Qucaqlaşmaq da caizdir. Hədisi-şərifdə buyuruldu ki:
“Hacılarla, qazilərlə qucaqlaşan Peyğəmbərlərlə qucaqlaşmış kimidir.” [Şirə]
Evə girmədən əvvəl hacılardan dua etməsini istəməliyik! Hacının günahları əfv olduğu üçün duası məqbuldur. Hədisi-şəriflərdə buyuruldu ki:
“Hacının və onun dua etdiyi şəxsin günahları əfv olur.” [Bəzzar]
“Ya Rəbbi, hacının və onun əfv olması üçün dua etdiyi kimsənin günahlarını əfv et!” [Hakim]
Yalnız Allah rizası üçün halal pul ilə həccə gedən, vaxtında həcc edən möminin həcci məqbul olar. Həcci məqbul olanın da günahları əfv olar. Hədisi-şəriflərdə buyuruldu ki:
“Suyun çirkləri təmizlədiyi kimi, həcc də günahları təmizləyər.” [Tabərani]
“Hacı yaxınlarından dörd yüz adama şəfaət edər və anasından doğulduğu gün kimi günahlarından xilas olar.” [Bəzzar]
“Hacılar Ərəfatda dayananda, Allahu təala buyurar ki: “Saçları dağınıq, toz və torpaq içində olan qullarıma baxın! Şahid olun ki, onların günahları, yağış damcıları və qum dənələri qədər də olsa, əfv etdim.”  [İbni Hibban]
Hacıların verəcəyi zəmzəmi içməyi bir nemət və qənimət bilmək lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:
“Zəmzəm, doyuran və xəstəyə şəfa verəndir.” [Bəzzar]
“Zəmzəmi bəlalardan qorunmaq niyyəti ilə içəni Allahu təala mühafizə edər.” [Hakim]
Abdullah ibni Mübarək həzrətləri, “Rəsulullah, “Zəmzəm, içildiyi niyyətə görə faydalı olur” buyurduğu üçün mən də qiyamət günü susuzluqdan xilas olmaq üçün zəmzəm içirəm” deyərdi. (İbni Macə)
Abdullah ibni Abbas həzrətləri də zəmzəm içərkən, “Ya Rəbbi, səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa istəyirəm” deyə dua edərdi.